Mart soyqırımından 95 il ötdü
02.04.2013 [01:42]
1918-ci ilin 31 martında ermənilər Azərbaycan xalqına qarşı növbəti dəfə soyqırım aktı törətdilər
Məlum olduğu kimi, ermənilər tarix boyu özgə millətlərə - xüsusilə də, türklərə qarşı ərazi iddiaları ilə çıxış edib və təcavüz hesabına “Böyük Ermənistan” arzularını gerçəkləşdirməyə çalışıblar. Onlar bu məqsədlə misli görünməmiş çirkin metod və vasitələrə baş vurublar. Mənfur qonşularımızın “Hai Tahd ideologiyası”na uyğun olaraq “türksüz Ermənistan” (oxu: “Böyük Ermənistan”) yaratmaq ideyaları, eyni zamanda, böyük güclərin maraqları ilə üst-üstə düşüb. Bunun da nəticəsidir ki, ermənilər, ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyaların altına imza atıb, tarixi Azərbaycan torpaqlarına qarşı eksponsionalist iddialarını daha da gücləndiriblər. Müxtəlif dövrlərdə ermənilər xalqımıza qarşı fərqli-fərqli təhdidlərdən məharətlə istifadə etməyə çalışıblar ki, buraya da təbliğat, qondarma “soyqırımı” iddiaları, torpaq tələbləri, qətllər-qırğınlar və s. daxildir.
Erməni vandalizminin növbəti nümunəsi
Ermənilərin xalqımıza qarşı amansızlıqla törətdiyi soyqırımı aktları sırasında 31 mart soyqırımını xüsusi vurğulamaq lazımdır. Tarixdən bəlli olduğu kimi, 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açıb. 31 mart tarixində bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Erməni vandalları bu hücum nəticəsində dəhşətli qətllər törədiblər. Bununla yanaşı, azərbaycanlılara məxsus məktəblər, kitabxanalar, mədəniyyət ocaqlarının hamısı yandırılıb. Həmçinin, Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” yandırılıb, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları, eyni zamanda, “Təzə pir” məscidinin minarələri dağıdılıb. Məlumat üçün qeyd edək ki, 31 mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox insan qətlə yetirilib.
31 mart soyqırımının coğrafiyası Bakı ilə məhdudlaşmır
Qeyd etmək lazımdır ki, 31 mart soyqırımının coğrafiyası yalnız Bakı ilə məhdudlaşmır. Belə ki, ermənilər Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktını davam etdiriblər və minlərlə soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib.
Məlumat üçün qeyd etmək lazımdır ki, 3-16 aprel 1918-ci il tarixində Şamaxı əhalisinə qarşı vandalizm aktı törədilib. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən yerlə-yeksan edilib. Hesablamalara görə, təxminən 8 minə yaxın insan qətlə yetirilib. Qətlə yetirilmiş insanların 1653 nəfəri qadın, 965-i isə uşaq olub. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enib ki, bu da yerli əhalinin ermənilər tərəfindən soyqırımına məruz qalmasını göstərən başlıca tarixi faktlardandır.
Bunlarla yanaşı, ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma Komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması, müsəlman əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma Komissiyasının 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar.
Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırımı hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar törətdiklərini bir daha göstərir. Vurğulamaq lazımdır ki, bəhs etdiyimiz Təcili Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.
Həmçinin, Quba qəzasında da hadisələr eyni ssenari əsasında davam edirdi. Belə ki, daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırmışdılar. Yerli sakinlər isə xüsusi amansızlıqla və dəhşətli işgəncələrlə qətlə yetirilirdilər. Bəhs olunan soyqırımı aktı zamanı 30 minə yaxın insan qətlə yetirilmişdi.
Qeyd etmək lazımdır ki, ermənilərin növbəti hədəfi Gəncə şəhəri olsa da, onlar bu şəhərə hücum planını gerçəkləşdirməyə nail ola bilmədilər. Belə ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda gərgin mübarizənin başlanması işğalçıların bütün planlarını alt-üst etdi.
Mart hadisələrinin əsas təşkilatçısı olan S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda bildirmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyil. Biz bilərəkdən buna yol verdik”.
31 mart soyqırımına ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən siyasi və hüquqi qiymət verilib
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra 31 mart soyqırımına siyasi və hüquqi qiymət verilib. Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. 1998-ci ildə imzalanmış Fərmanda qeyd edilir ki, “1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir”.
Göründüyü kimi, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın başına gətirilmiş bütün faciələr kimi 31 mart soyqırımına da ilk dəfə siyasi və hüquqi qiymət verilməsinə nail olub.
1918-ci il 31 mart soyqırımına dair həqiqətlər dünya ictimaiyyətinə uğurla çatdırılır
Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin əsası qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan həqiqətlərinin, o cümlədən, 31 mart soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Məhz bunun qanunauyğun nəticəsidir ki, bu soyqırımına dair həqiqətlərin dünyaya çatdırılması vasitəsilə ermənilərin formalaşdırdıqları stereotiplər dağıdılır, xalqımıza qarşı törədilmiş qətllər bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət hadisəsi kimi səciyyələndirilir.
Yeri gəlmişkən, artıq Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatının Əyalət Məclisi də 1918-ci il soyqırımını tanıyıb. ABŞ-dakı Azəri-Türk Cəmiyyəti Pax Turcica quruluşu vasitəçiliyi ilə apardığı tədqiqatlar nəticəsində Nyu-Cersi Əyalət Məclisi 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiklərini və 31 martın Nyu-Cersidə “Azərilərin anma günü” kimi qeyd olunmasını qərara alıb. Qərar sənədi Əyalət Məclisinin üzvü və Demokratik Partiya Əksəriyyət lideri Tomas P.Giblin tərəfindən Amerika Azərbaycan Cəmiyyətinə təqdim edilib. Xatırladaq ki, 31 martın soyqırım günü kimi qəbul olunması qərarı ilk dəfə 2012-ci ildə Nyu-York Əyalət Məclisində qərara alınıb. Nyu-Yorkdan sonra bu qərarı Nyu-Cersi qəbul edib.
NURLAN
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

