Mübariz Qurbanlı: Ziyalılar Forumunun çağırışı “stəkanda fırtına”dan başqa bir şey deyil
12.04.2013 [00:55]
Azərbaycan Ziyalılar Forumunun, müxalifətinin Facebook səhifəsində cəhdləri heç bir nəticə verməyəcək, çünki Azərbaycan gəncliyi, bütövlükdə İnternet səhifələrində yazan, iştirak edən vətəndaşlar dövlətimizi, dövlət müstəqilliyimizi və dövlət maraqlarını hər şeydən uca tutanlardır. Bunu dünən Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ziyalılar Forumunun aprelin 10-da keçirilən toplantısında səslənən fikirlərə münasibətini bildirərkən deyib.
“Bu cür Ziyalılar Forumu deyilən dırnaqarası qurumun üzvlərinin çağırışı “stəkanda fırtına”dan başqa bir şey deyil. Buyursunlar, biz hər sahədə onlarla açıq siyasi mübarizə aparmağa hazırıq. İdeoloji sahədə, digər sahələrdə biz onlarla polemikaya hazırıq və hesab edirəm ki, ideoloji-siyasi cəhətdən də üstünlüyümüzü daim nümayiş etdiririk” - deyə, M.Qurbanlı bildirib.
Qeyd edək ki, Ziyalılar Forumunun toplantısında “EL” hərəkatının həmsədri Eldar Namazov Facebookda “beyin fırtınası” keçirə biləcək qrupun yaradılması və problemlərin virtual aləmdə daha geniş formatda müzakirə edilməsi təklifi ilə çıxış edib.
M.Qurbanlı Ziyalılar Forumu deyilən qurumun toplantısında səsləndirilən fikri “stəkanda fırtına” adlandırıb.
“Məşhur bir söz var “stəkanda fırtına”. Bunu o zaman deyirlər ki, hər hansı bir siyasi şəxs və ya hər hansı bir siyasi təşkilat iddiasından artıq bəyanatlar verir və cəmiyyətə, ictimaiyyətə özünü böyük partiya və ya böyük aparıcı qüvvə kimi təqdim etmək istəyir. Bu zaman çox dəyərli bir fikir söylənilir ki, bu sadəcə “stəkanda fırtına” qopartmaqdır. Ona görə də mən Ziyalılar Forumu deyilən qurumun toplantısında səsləndirilən bu fikri elə “stəkanda fırtına” hesab edirəm” - deyə, millət vəkili bildirib.
Deputatın fikrincə, Ziyalılar Forumu deyilən qurum özündə cəsarət tapıb onun üzvü olan və erməni təbliğatında alət rolunda çıxış edən şəxsləri tənqid etmək əvəzinə, bu cür çağırışlar edirsə, ilk əvvəl özünə baxmalıdır, özünü güzgüdə görməyə çalışmalıdır.
“Onların dəbdəbəli şəkildə cəmiyyətə təqdim etmək istədikləri Əkrəm Naibov “Daş yuxular” romanını yazaraq erməni təbliğatında iştirak edir. Onların dəbdəbəli şəkildə cəmiyyətə təqdim etmək istədikləri Rüstəm İbrahimbəyov da xarici agentliyə verdiyi müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldı və Dağlıq Qarabağ ilə əlaqədar yanlış, tarixə zidd və bütövlükdə ümummilli maraqlarımıza zidd olan fikirlər səsləndirdi” - deyə, M.Qurbanlı bildirib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

