/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda “Yer kürəsi uşaqların gözü ilə” gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi açılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda “Yer kürəsi uşaqların gözü ilə” gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi açılıb
14.05.2013 [13:08]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində mayın 12-də Bakıda “Yer kürəsi uşaqların gözü ilə” devizi altında gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla xanım Əliyeva “Yer kürəsi uşaqların gözü ilə” devizi altında keçirilən gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisinin açılışında iştirak edib.
AzərTAc xəbər verir ki, mayın 14-dək davam edəcək festival və sərgi Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Festival və sərginin təşkilatçıları İDEA Kampaniyası və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır.
Əvvəlcə gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi çərçivəsində qrafit sərgisi ilə tanışlıq olub.
Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Böyük Britaniyadan olan rəssamların işlərinin nümayiş olunduğu sərgidə məqsəd ekoloji maarifləndirməni təbliğ etməkdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və ənənəvi Gül bayramı günlərinə təsadüf edən bu Beynəlxalq festivala Bakının ev sahibliyi etməsi gənc istedadların qədim mədəniyyətin, möhtəşəm memarlığın və bayramların gözəlliklərini fotoaparatın yaddaşına köçürmələri üçün yaxşı imkan yaradıb.
Bu festival-müsabiqə ən yaxşı 100 fotoşəklin seçilməsi şansını yaradıb. Festival çərçivəsində “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” devizləri altında keçirilən müsabiqə dünyanın 90 ölkəsindən minlərlə gəncin diqqətini cəlb edib. Fotomüsabiqə sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur.
Gənclərin birinci beynəlxalq fotofestivalı və sərgisində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi və təşəbbüskarı Leyla xanım Əliyeva ölkəmizin ecazkar təbiəti və faunası ilə tanındığını bildirib. Son zamanlar ölkə həyatının bir çox sahələrində olduğu kimi, ekologiya sahəsində də inkişafın müşahidə olunduğunu bildirən Leyla xanım Əliyeva sərginin əhəmiyyətindən danışaraq deyib: “Əziz dostlar! Bugünkü sərginin mövzusu - “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” fotoları təbiət haqqında fikirləri ifadə etmək imkanı yaradır. Dünyanın istedadlı gəncləri “Yer kürəsi uşaqların gözü ilə” sərgisi vasitəsilə ekspertlərə, məsul şəxslərə və bütün dünyaya ətraf mühitdə mövcud olan mühüm problemləri təqdim edirlər. Mən bizim bu festival-sərginin hər il keçirilməsi barədə məlumatı sizə çatdırmaqdan məmnunam. Ümidvaram ki, bu, dünyada olan bütün uşaqları və gəncləri bir ümumi məqsəd ətrafında birləşdirəcək, insanları həmin problemi həll etməyə ilhamlandıracaqdır. Fikrimcə, ətraf mühitin fotosunu çəkənlər - bizim gözlərimizdir. Doğrusu, fotoqrafların ətraf mühiti göstərmək üsulu dəyişməlidir. Çox zaman biz Facebook, İnstaqram kimi sosial şəbəkələrdə gözəl fotolar görürük. İncəsənəti dəyərləndirən bir insan kimi mən inanıram ki, təbiəti ancaq gözəl tərəfdən göstərmək düzgün ideya deyildir. Bu gün burada gördüyümüz fotolar 90 ölkənin gəncləri tərəfindən təqdim edilən minlərlə foto arasından seçilib”.
Gənc fotoqrafların kreativ şəkillərində dünyadakı problemlərin əks olunduğunu deyən İDEA-nın təsisçisi qeyd edib ki, bu, planetimizi qorumaq üçün insanları konkret addımlar atmağa sövq edəcək. Leyla xanım Əliyeva sərgi-festivalda iştirak etmək üçün ölkəmizə səfər edən qonaqların qədim paytaxtımıza gəlişinin gözəl günlərə təsadüf etdiyini qeyd edib. Bildirib ki, bu günlərdə Azərbaycanda Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi və Gül bayramı qeyd edilir: “Bu, gənc fotoqraflar üçün ölkəmizi bayram günlərində fotoobyektivin gözü ilə bütün dünyaya təqdim etmək üçün daha bir şansdır. Əminəm ki, bu festival böyük uğur hekayəsi olacaq”.
Qonaqları Azərbaycanda salamlayan Leyla xanım Əliyeva bu sərgi-festivalın ölkəmizlə daha yaxından tanış olmaq imkanı yaratdığını da bildirib.
Festival çərçivəsində İDEA tərəfindən mükafatlar təqdim olunub.
Mükafata layiq görülən İngiltərənin “National Geographic Kids” jurnalının keçmiş baş redaktoru, hazırda festivalın kataloqunun baş redaktoru Loren Cervez fotoların planetimizi qorumaq istiqamətində gənclər üçün platforma olduğunu söyləyib.
Mükafata layiq görülən Fransanın “Polka” jurnalının redaktoru, gənclərin birinci Beynəlxalq fotomüsabiqəsinin münsiflər heyətinin üzvü Alen Cenestar fotoların yalnız göz ilə deyil, ürəklə təsvir olunduğunu deyib. Bildirib ki, onların məqsədi fotolar vasitəsilə cəmiyyətin diqqətini təbiətin qorunmasına cəlb etməkdir.
Xüsusi mükafatı alan dünyanın tanınmış fotoqrafı, müsabiqənin münsiflər heyətinin sədri Reza Deqaiti gənc fotoqraflarla təcrübəsini bölüşüb, Qarabağda, Şuşada çəkdiyi fotolarını nümayiş etdirib. Bildirib ki, o, həyatında 12 mindən çox qaçqın uşağın fotosunu lentə alıb və bu fotolar sayəsində 3 min 500 uşağın valideyni tapılıb.
“Planetimiz uşaqların gözü” ilə filmi nümayiş olunduqdan sonra ən həyəcanlı an yetişib. Fotomüsabiqənin qaliblərinin adları elan edilib. Bunlar Fransa, Hindistan, Kanada, Sloveniya, Cənubi Afrika, Ukrayna, Nepal, Türkiyə, Böyük Britaniya, İndoneziya və İspaniyadan olan uşaqlardır.
Dünya şöhrətli fotoqraf Reza Deqatinin sədrlik etdiyi münsiflər heyətinə “Reuters”, “Polka” jurnalı, “National Geographic”, “Associated Press” və foto sahəsində tanınmış digər qurumların nümayəndələri daxildir.
Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilib. Onlardan yalnız yüz ən yaxşısı festival-sərgidə nümayiş olunur.
Müsabiqənin qaliblərinə mükafatlar, o cümlədən kamera avadanlığı təqdim edilib. Onlar, həmçinin dünyada məşhur fotoqraf Reza Deqaitinin fotoseminarında iştirak etmək imkanı əldə ediblər.
Fotosərgi və festivalın açılış mərasimində qonaqlar milli musiqimizlə tanış olmaq imkanı da qazanıblar.
Reza Deqati ikinci müsabiqənin də başlandığını elan edib. Bildirib ki, bu müsabiqə “Su həyatdır. Susuz həyat mümkün deyil” adlanacaq.
Sonda İDEA-nın himni səslənib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40

