Həyata keçirilən məqsədyönlü siyasət regionların sürətli inkişafını təmin edib
16.05.2013 [17:45]
Prezident İlham Əliyev: 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaq
Hazırda Azərbaycan regionun dinamik inkişaf etmiş dövlətidir. Hökumətin həyata keçirdiyi məqsədyönlü siyasət, respublikada aparılan davamlı sosial islahatlar təkcə ölkə daxilində iqtisadi və siyasi sabitliyin möhkəmlənməsini şərtləndirməyib. Eyni zamanda, son 10 ildə ümumi daxili məhsul (ÜDM) 300 faiz artıb, yoxsulluq 50 faizdən 6 faizə enib, işsizlik 5 faizə qədər azalıb. Ötən müddət ərzində Azərbaycanda 1 milyondan çox iş yeri yaradılıb. Həmçinin, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olunub. Təkcə onu demək kifayətdir ki, 2013-cü ilin ilk 3 ayında qeyri-neft sektorunda müşahidə olunan artım 11 faizdən çoxdur.
Heç şübhəsiz, Azərbaycanın ümumi inkişafında regionların sosial-iqtisadi inkişafının rolu da əhəmiyyətli dərəcədə böyükdür. Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Artıq beşinci ildir ki, regionların sosial-iqtisadi inkişafını müəyyən edən ikinci Dövlət Proqramı (2009-2013-cü illərə dair) icra edilir. Sözügedən Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib. Başqa sözlə, paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı diqqətdə saxlanır.
Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, nəqliyyat, su, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.
Mayın 1-də Qobustan İdman Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev ölkəmizdə həyata keçirillən sosial, iqtisadi, infrastruktur islahatlarının davam etdiriləcəyi və Azərbaycanın yüksək inkişaf edən dövlətlər sırasında olacağını bir daha vurğulayıb: “Yəni, bu nailiyyətlərə çatmaq üçün əlbəttə ki, düşünülmüş siyasət və müstəqil xətt olmalıdır. Bax, bunlar Azərbaycanda vardır. Ölkəmizin bundan sonra da uğurlu inkişafı üçün bütün proqramlar vardır və qəbul edilmişdir. Bu ilin sonunda regionların inkişafına dair ikinci Dövlət Proqramı başa çatır. İndi hökumət üçüncü proqram üzərində işləyir. Üçüncü beşillik proqram bütün rayonlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaqdır”.
Qeyd edək ki, əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ötən il regionlarda 2 su elektrik stansiyası istifadəyə verilib, 935 transformator və 29 yarımstansiya tikilib və ya əsaslı təmir olunub. Regionlarda 3570 kilometr elektrikötürücü xətləri çəkilib və ya əsaslı təmir olunub. Bakıda, Balaxanıda məişət tullantıları zavodunun tərkib hissəsi olan elektrik (təqribən 20 meqavata yaxın elektrik enerjisi əldə etmək mümkün olacaq) stansiyasının tikintisi artıq başa çatıb. Hazırda Azərbaycan qonşu ölkələrə elektrik enerjisinin ixracı ilə bağlı ötürücü xətlərin yenilənməsi məsələlərini müzakirə edir. Eləcə də, bərpa olunan enerji növlərinin yaradılması istiqamətində işlərə başlanılıb.
İnfrastruktur layihələri arasında qazlaşdırma prosesi xüsusi əhəmiyyət daşıyır. Yaşayış məntəqələrinin qazlaşdırılması işləri ötən ildə də davam etdirilib, regionlarda 6200 kilometrə yaxın qaz kəməri çəkilərək, 34 rayonun 174 kəndi və 10 qəsəbəsi təbii qazla təmin olunub. Cari ilin sonuna qədər Azərbaycanda qazlaşdırma prosesinin 90 faizə çatacağı nəzərdə tutulub. Bütün bölgələrdə qazlaşdırmanın 100 faizə çatdırılması üçün böyük investisiya layihələri icra edilməkdədir.
İnfrastruktur layihələri arasında içməli su və kanalizasiya layihələrinin icrası xüsusi yer tutur. Keçən il əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı 61 şəhər və rayon mərkəzlərində işlər davam etdirilib, regionlarda 1200 kilometr su, 543 kilometr kanalizasiya xətti çəkilib və ya təmir olunub, 25 su anbarı tikilib. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilib. Bununla da, hazırda bu qurğuların istismara verildiyi 20 rayonun 221 kəndində 400 mindən çox sakin keyfiyyətli içməli su ilə təmin olunur. Digər tərəfdən, Aran iqtisadi rayonunun su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulub ki, bu da Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin, 121 kəndin ümumilikdə 470 min nəfər əhalisini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcək. Həmçinin, Taxtakörpü su anbarının tikintisi davam edir və bu il bu nəhəng infrastruktur layihəsi istifadəyə veriləcək. Layihənin reallaşdırılması nəticəsində on minlərlə hektar torpaq sahələrini suvarmaq mümkün olacaq və eyni zamanda, bu layihənin tərkib hissəsi olan 25 meqavat gücündə su elektrik stansiyası tikiləcək.
Həmçinin, Proqram çərçivəsində il ərzində 537 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilib və ya təmir olunub, 25 yeni körpü və tunel inşa edilib, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində rayondaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılıb.
İndi hər bir yerdə kənd yollarına xüsusilə böyük vəsait ayrılır. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən ötən il 18 layihə üzrə işlərə başlanılıb, cari ildə bu çərçivədə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaq ki, bu da 18 rayonun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bundan əlavə, cari ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanması nəzərdə tutulub. Yaxın 2-3 il ərzində Azərbaycanda bütün kənd yollarının yüksək keyfiyyətlə yenidən qurulub istifadəyə verilməsi planlaşdırılır.
İnvestisiya Proqramında mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən biri də kənd təsərrüfatının inkişafı ilə bağlı olan meliorasiya layihələridir. Hazırda ölkəmizdə iki nəhəng, qeyri-neft sektoruna qoyulan ən böyük investisiya tutumlu layihə - Taxtakörpü və Şəmkirçay su anbarları layihələri icra edilməkdədir. Bu layihələrin icrası nəticəsində 10 minlərlə hektar yeni torpaq sahələri dövriyyəyə buraxılacaq ki, bu, həm ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün çox vacibdir, eyni zamanda, əlavə ixrac potensialı da yaradacaq.
Şübhəsiz, ölkəmizdə aparılan sənayeləşmə siyasəti də regionların dinamik inkişafına ciddi təkan verib. Hazırda Bakı şəhərində, respublikanın müxtəlif bölgələrində sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayıb. Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılıb, bir çox məhsullar artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq, qeyri-neft ixracını artırıb. Bununla belə, dövlət başçısı respublikada qeyri-neft sektorunun inkişafına təkan vermək, Azərbaycanda uzunmüddətli məhsul istehsalını genişləndirmək və xarici ölkələrə çıxmaq imkanının genişləndirilməsi üçün yerli məhsulların keyfiyyətinin artırılmasının vacibliyinin önəmli faktor olduğunu bəyan edib və fəaliyyət göstərən müəssisələrin qarşısında əsas tələb kimi qoyub.
Xatırladaq ki, ötən il ölkə iqtisadiyyatı üçün böyük layihə olan “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunan Azgüntex zavodu, həmçinin, STP-də ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının, Balaxanıda istifadəyə verilən Bakı bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ rayonunda 300 milyon avro dəyərində investisiya qoyulan “Holcim” sement zavodunun açılışı sənayeləşmə istiqamətdə atılan mühüm addımlardan biridir. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda fəaliyyət göstərən sement zavodlarının ümumi istehsal həcmi 3,3 milyon tondur və ölkə daxili tələbatının yalnız 70 faizini ödəyir. Lakin icrada olan layihələrin hər birinin reallaşması nəticəsində Azərbaycanın sement istehsalı 5 milyonadək artırılacaq.
Eyni zamanda, hökumət Sumqayıt, Gəncə şəhərləri və Bakının Qaradağ rayonunda 3 sənaye şəhərciyi yaratmağı planlaşdırır. Bu istiqamətdə kompleks tədbirlər görülür. Texnologiya parklarının bundan sonrakı uğurlu fəaliyyəti üçün əlavə tədbirlər paketi hazırlanır. Beləliklə, bir neçə yerdə - Sumqayıtda, Balaxanıda, Qaradağ rayonunda və digər yerlərdə böyük sənaye komplekslərinin yaradılması nəzərdə tutulub. Bununla yanaşı, texnologiya parklarının ixtisaslaşması prosesi də artıq müəyyən edilib - yüksək Texnologiya Parkı, Kimya Texnologiya Parkı və Balaxanı Texnologiya Parkı. Sözügedən parklarda yeni yaradılacaq müəssisələr ölkəmizin sənaye potensialının güclənməsinə xidmət göstərəcək.
Beləliklə, dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib, maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri və digər sənaye müəssisələri istismara verilib, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisi davam etdirilir. Cari ilin mayında fəaliyyətə başlayan Sumqayıt “Gilan” Tekstil Parkının (parça toxuma, boyama və tikiş fabriklərindən ibarət yüngül sənaye müəssisələri), Abşeron rayonunun Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışı buna misaldır.
SEVİNC
Xəbər lenti
Hamısına baxSiyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55

