/ / Həştərxanda “Heydər Əliyev irsi” mövzusunda yaradıcı işlər müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib
Həştərxanda “Heydər Əliyev irsi” mövzusunda yaradıcı işlər müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib
21.05.2013 [13:06]
Mayın 20-də Həştərxandakı Heydər Əliyev adına orta məktəbdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş yekun tədbirlər çərçivəsində “Heydər Əliyev irsi” mövzusunda yaradıcı işlər müsabiqəsinin iştirakçılarına mükafatlar təqdim edilib.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyub, sinif otaqlarına baxıb, şagirdlərin yaradıcı işləri ilə tanış olublar.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov tədbiri açaraq qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun, Nərimanov rayon İcra Hakimiyyətinin və Həştərxan vilayəti Administrasiyasının dəstəyi ilə Həştərxanda keçirilən silsilə tədbirlər bu gün başa çatır.
Həştərxan vilayətinin baş naziri Konstantin Markelov Azərbaycan xalqının Ümummilli lideri, həm Azərbaycan, həm də bütövlükdə sovet ölkəsi üçün çox iş görmüş Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlərin əhəmiyyətini vurğulayaraq deyib: “Ölkələrimiz arasında çox yaxşı iqtisadi, siyasi və sosial əlaqələr vardır. Rusiya və Azərbaycan Prezidentlərinin dəstəyi ilə Həştərxanda həyata keçirilən layihələr buna sübutdur. Həştərxanda məktəb, park, uşaq şəhərciyi salınmışdır. Bundan əlavə, burada knyaz Vladimirə abidə ucaldılacaqdır”.
Baş nazir qeyd edib ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda uşaq bağçası da tikiləcək. K.Markelov bildirib ki, bu il Bakıda Azərbaycan ilə Həştərxan vilayəti arasında dostluğun rəmzi olan park salınacaq, abidə qoyulacaq.
Sonra Həştərxan vilayətinin baş naziri Konstantin Markelov və Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məktəbin 10 şagirdinə və 5 müəlliminə Heydər Əliyev Fondunun mükafatlarını təqdim ediblər.
Daha sonra məktəb şagirdləri arasında “Heydər Əliyev irsi” müsabiqəsinin “Şeir”, “İnşa”, “Kompyuter yaradıcılığı”, “Yaradıcı layihə” və “Tədqiqat işi” nominasiyalarında qalibləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

