/ / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada Azərbaycan günləri ilə bağlı keçirilən tədbirlər davam edir
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada Azərbaycan günləri ilə bağlı keçirilən tədbirlər davam edir
19.06.2013 [01:52]
Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan günləri ilə bağlı “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində növbəti tədbir iyunun 14-də Fransanın Bove şəhərində keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri açan Bove şəhərinin meri, departamentdən senator seçilən xanım Karolin Kayöks vurğulayıb ki, ölkəmizlə bağlı təşkil olunan sərgi və konsert Azərbaycanı, onun tarixini, qədim və zəngin mədəni irsini, musiqi alətlərini, incəsənət əşyalarını yaxından tanımaqda xüsusi əhəmiyyət kəsb edir.
Mühüm mədəni və tarixi irslə zəngin Azərbaycanı qədim sivilizasiyanın məskəni kimi dəyərləndirən mer Fransanın iqtisadiyyatı dinamik inkişafda olan ölkəmizlə hərtərəfli əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.
Uaz departamentindən deputat seçilən, Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jan-Fransua Mansel Azərbaycana səfərinin, buradakı gözəllik və qədimliyin onda zəngin təəssürat yaratdığını diqqətə çatdırıb. O, Azərbaycanda müxtəlif millətlər və dinlərin nümayəndələrinin heç bir problem olmadan dost və mehriban şəraitdə yaşadığını, ayrıseçkiliyə yol verilmədiyini, Şərqlə Qərb arasında hərtərəfli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində ölkəmizin körpü rolu oynadığını bildirib.
Jan-Fransua Mansel Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri kimi dəfələrlə Fransaya səfər etdiyini, iki ölkə arasında dostluq əlaqələrinin inkişafına xüsusi töhfə verdiyini xatırladıb. O, Azərbaycanı Fransada tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.
Sərgidə nümayiş etdirilən müxtəlif eksponatların Azərbaycanın tarixi və mədəniyyətinin zənginliyindən xəbər verdiyini vurğulayan deputat azərbaycanlıların səmimiliyindən, qonaqpərvərliyindən bəhs edib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov artıq Fransanın 14 şəhərində Azərbaycan günləri ilə bağlı sərgi və konsertin təşkil edildiyini və gələcəkdə də bu təşəbbüsün davam etdiriləcəyini xüsusi vurğulayıb.
Azərbaycanın qədim və zəngin tarixi olduğunu xatırladan səfir ölkəmizdə onlarla müxtəlif millətlərin azsaylı nümayəndələrinin yaşadığını, onların dil və dininin, mədəniyyətinin, ədəbiyyatının inkişafına heç bir məhdudiyyət qoyulmadığını, əksinə dövlətimiz tərəfindən xüsusi qayğı və diqqət göstərildiyini bildirib.
Son illər Azərbaycanda turizm imkanlarının genişləndiyini və bu istiqamətdə yeni layihələrin reallaşdığını diqqətə çəkən E.Əmirbəyov Azərbaycanın Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən lider dövlətinə çevrildiyini qeyd edib.
Uaz departamentinin perfekti Nikola Desforj Bove şəhərində təşkil olunan sərgi və konsertin iki ölkənin dostluğu istiqamətində atılan addım kimi dəyərləndirib, mədəni sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.
Sonda “Bakustik” qrupunun və “Muğam” instrumental ansamblının ifasında Azərbaycan xalq və bəstəkar mahnıları səsləndirilib.
Bovedə keçirilən Azərbaycan günlərinin şərəfinə şəhərin mərkəzindəki kafedralın fasadında lazer şou göstərilib.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15

