/ / Sarayevoda “Xocalıdan Srebrenitsaya: Soyqırımı və etnik təmizləmənin qarşısının alınması” mövzusunda beynəlxalq simpozium işə başlayıb
Sarayevoda “Xocalıdan Srebrenitsaya: Soyqırımı və etnik təmizləmənin qarşısının alınması” mövzusunda beynəlxalq simpozium işə başlayıb
11.07.2013 [14:08]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə iyulun 10-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda “Xocalıdan Srebrenitsaya: Soyqırımı və etnik təmizləmənin qarşısının alınması” mövzusunda beynəlxalq simpozium işə başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən (DQİDK) AzərTAc-a bildiriblər ki, simpozium “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və EMISCO tərəfindən, DQİDK-nın, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin və TİKA-nın dəstəyi ilə təşkil edilib.
Simpoziumda Avropanın 15-dən artıq ölkəsini təmsil edən nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri, Bosniya ictimaiyyətinin və burada akkreditə olunmuş diplomatik korpus təmsilçiləri iştirak edirlər.
Tədbirdən əvvəl iştirakçılar Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə salınmış Bosniya və Herseqovina-Azərbaycan dostluq parkındakı Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
İştirakçılar, həmçinin DQİDK sədri Elşad İsgəndərov və Noviqrad şəhərinin meri Semir Efendiç tərəfindən Sarayevonun mərkəzindəki Bristol otelində açılmış “Xocalıdan Srebrenitsaya” adlı foto və rəsm sərgisi ilə tanış olublar.
Sərgidə rəssam Nazim Məmmədovun Xocalı qətliamını əks etdirən rəsm əsərləri nümayiş olunub.
Simpoziumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın tədbir iştirakçılarına müraciəti oxunub. Müraciətdə Srebrenitsa və Xocalı soyqırımları arasındakı oxşarlıqdan söhbət açılıb. Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən layiqli hüquqi-siyasi qiymətini almamasından doğan cəzasızlığın Srebrenitsa, Ruanda və s. kimi soyqırımı cinayətlərinə rəvac verdiyi, cinayətkarların ədalət məhkəməsinə cəlb olunmaları və belə cinayətlərin təkrarlanmaması üçün birgə fəaliyyətin vacibliyi xüsusilə vurğulanıb.
DQİDK-nın sədri və DƏ-İKGF-nin baş katibi Elşad İsgəndərov, Avropa Şurası yanında Qeyri-Hökumət Təşkilatları Konfransının prezidenti Jan Mari Heydt, Noviqrad şəhərinin meri Semir Efendiç, EMISCO-nun təmsilçisi Veysəl Filiz, TİKA-nın Bosniyada və Herseqovinadakı əlaqələndiricisi Zülküf Oruc çıxış edərək Srebrenitsa qətliamının 18-ci ildönümü ərəfəsində keçirilən tədbirin əhəmiyyətini vurğulayıblar. Natiqlər bildiriblər ki, belə tədbirlər zamanı dünyada baş vermiş bütün soyqırımlarının qurbanları üçün ədalətin tələb edilməsi, beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda törədilmiş vəhşiliklərin cinayətkarlarının ədalət məhkəməsinə cəlb edilməsi beynəlxalq hüququn qorunması baxımından müstəsna əhəmiyyətə malikdir.
Açılış mərasiminin sonunda simpozium iştirakçılarına avropalı kinematoqrafçılar tərəfindən çəkilib və Xocalıya həsr olunmuş “Sonu olmayan dəhliz” sənədli filmi nümayiş etdirilib.
XX əsrdə baş verən qətliamlar arasındakı əlaqələrin ilk dəfə kompleks şəkildə təhlil edildiyi simpoziumun ən mühüm cəhəti onun bəşəriyyət tarixində qara ləkə olan soyqırımı faktlarının yenidən dəyərləndirilməsi, eləcə də belə cinayətlərin qarşısının alınması üçün zəruri praktiki mexanizmlərin və nəzəri prinsiplərin müzakirə edildiyi bir platforma olaraq düşünülməsidir. Gün ərzində davam edən simpoziumun sonunda iştirakçılar tərəfindən səsləndirilən fikirlərin sistemləşdirilərək birgə bəyannamə şəklində imzalanması və sənədin beynəlxalq təşkilatlara təqdim olunması nəzərdə tutulub.
Tədbirin nəticəsi olaraq iyulun 11-də - Srebrenitsa soyqırımının ildönümü günündə “Xocalıdan Srebrenitsaya” adlı foto və rəsm sərgisi Sarayevo şəhərinin mərkəzi Marşal Tito meydanında bir həftə ərzində nümayiş etdiriləcək.
Tədbir yerli və xarici mətbuat tərəfindən geniş işıqlandırılır.
Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası 2008-ci il mayın 8-də İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq aləm tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədilə təsis edilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41

