Azərbaycan və Keniya arasında ilk siyasi məsləhətləşmələr keçirilib
03.05.2025 [13:54]
Mayın 2-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Keniya Respublikasına səfər edib.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Səfər çərçivəsində Nayrobi şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Keniya Xarici və Diaspor İşləri Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr baş tutub. Nazir müavini Yalçın Rəfiyev və Keniya xarici və diaspor işləri nazirinin müavini Abraham Korir SingOeinin rəhbərliyi ilə keçirilən iclasda ikitərəfli siyasi, iqtisadi-ticarət, humanitar və parlamentlərarası əlaqələrin müsbət dinamikası, habelə beynəlxalq platformalarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Tərəflər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 il ərzində formalaşan münasibətlərin gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar.
İnformasiya-kommunikasiya və rəqəmsal iqtisadiyyat, mütərəqqi “ASAN xidmət” modelinin təşviqi, enerji və mədən resursları, kənd təsərrüfatı, turizm, təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğuna dair həmrəylik ifadə olunub.
Çoxtərəfli formatlarla, xüsusilə, BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti yüksək qiymətləndirilib və genişləndirilməsi imkanları müzakirə edilib.
Siyasi məsləhətləşmələrdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Səfər zamanı nazir müavini Yalçın Rəfiyev Keniya Respublikasının Baş naziri, eyni zamanda, xarici və diaspor işləri naziri Musalia Mudavadi tərəfindən qəbul edilib. İlk dəfə keçirilən siyasi məsləhətləşmələrin ikitərəfli və çoxtərəfli istiqamətdə mövcud əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyi vurğulanıb.
Səfər çərçivəsində Keniyanın gənclər çempionu, “Beynəlxalq Gənclər Şəbəkəsi” ictimai birliyinin rəhbəri Şarlin Rutonun təşəbbüsü ilə nazir müavini Yalçın Rəfiyev və keniyalı gənclər arasında görüş təşkil olunub.
Xəbər lenti
Hamısına baxSosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59

