/ / Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində xarici işlər nazirlərinin görüşü keçirilib və əməkdaşlıq protokolu imzalanıb
Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində xarici işlər nazirlərinin görüşü keçirilib və əməkdaşlıq protokolu imzalanıb
16.08.2013 [09:30]
Avqustun 15-də Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində xarici işlər nazirləri Şurasının iclası keçirilib. AzərTAc xəbər verir ki, “Qafqaz Resorte” otelində təşkil olunan görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri iştirak ediblər. Toplantıda türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün təşkilatın gələcək fəaliyyət perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov, Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, TürkPA-nın baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Akademiyasının direktoru Şakir İbrayev, Milli Məclisin deputatı, respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış ediblər.
Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən dost və qardaş ölkələrin nümayəndə heyətlərini və təşkilatla əlaqəli işləyən qurumların təmsilçilərini salamlayıb, görüşün əhəmiyyətindən danışıb. Elmar Məmmədyarov Qırğızıstan xarici işlər nazirini şuraya sədrlik missiyasının uğurla tamamlanması münasibətilə təbrik edib, Qırğızıstan tərəfinin sədrliyi müddətində təşkilat daxilində əməkdaşlığın genişlənməsinə verilən töhfələrə görə öz minnətdarlığını bildirib.
E.Məmmədyarov çıxışında qeyd edib ki, bu gün bütün müstəqil dövlətlər sülhün və sabitliyin qorunması, eləcə də sosial-iqtisadi rifahın və mədəni zənginliyin təmin olunması kimi müasir çağırışlarla üzləşirlər. Şübhəsiz ki, heç bir dövlət kollektiv səylər və çevik addımlar tələb edən mürəkkəb problemlərin qarşısını təkbaşına ala bilməz. Bununla bağlı ölkəmizin mövqeyini açıqlayan nazir deyib: Azərbaycan səylərimizin birləşdirilməsini bu cür çağırışların vaxtında və effektiv cavablandırılması üçün önəmli vasitə hesab edir. Təşkilatımız bu baxımdan nadir imkanlara malikdir. Əsas vəzifəmiz bu imkanlardan xalqlarımızın sosial-iqtisadi inkişafı naminə səmərəli istifadə etməkdir. Təşkilatımız ortaq mədəniyyətimiz, ənənələrimiz, maddi və xüsusilə mənəvi dəyərlərimizi əhatə etməklə türkdilli xalqların tarixi köklərini qorumaqda və təbliğ etməkdə əvəzolunmaz rol oynayır.
Nazir Elmar Məmmədyarov qeyd edib ki, müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətini azaltmadan əsas diqqət iqtisadi əlaqələrin gücləndirilməsinə, qarşılıqlı ticarətin və investisiya axınlarının artırılması, ortaq müəssisələrin yaradılması və birgə layihələrin həyata keçirilməsinə dəstək verilməsinə yönəldilməlidir. Azərbaycanın sədrliyi dövründə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət veriləcək. Bu baxımdan təşkilatın iqtisadi gündəliyinin hazırlanması çox mühümdür. Bu gündəlik, konkret məqsəd və müddətlərin müəyyənləşdirilməsi ilə prioritet əməkdaşlıq sahələrini əhatə etməlidir.
Nazirin sözlərinə görə, iqtisadiyyat, nəqliyyat və gömrük orqanları rəhbərlərinin görüşlərinin təşkili, o cümlədən bu sahələrdə işçi qrupların görüşləri böyük əhəmiyyət daşıyır. Bu görüşlərdə qəbul olunan qərarların və əldə edilən nəticələrin təşkilat daxilində əməkdaşlığın inkişafına önəmli töhfə olacağını vurğulayan E.Məmmədyarov deyib: “Qərarların müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsi və imzalanmış sənədlərin ratifikasiyası təşkilat çərçivəsindəki əməkdaşlığımızın daha da inkişaf etdirilməsi istiqamətində başlıca məqsədimiz olaraq qalmaqdadır. Azərbaycan Respublikası 2012-ci ildə Bişkek şəhərində keçirilən II Zirvə görüşü zamanı imzalanmış sənədlərin ratifikasiyasını, demək olar, yekunlaşdırıb. Regional əlaqələndirmənin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığın təbliği məqsədi ilə göstərdiyimiz səylərin bir hissəsi kimi, BMT Baş Assambleyasının hazırkı sessiyası çərçivəsində qəbul olunması üçün “Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə” başlıqlı qətnamə layihəsini irəli sürmüşük. Bu sənəd layihəsi Trans-Avrasiya İnformasiya Super Magistralı haqqında qətnamənin davamıdır və davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün bir platforma kimi Avrasiya Bağlantı İttifaqının təsis olunması təklifini nəzərdə tutur. Biz türkdilli ölkələrin TASİM layihəsinə göstərdikləri dəstəyi yüksək qiymətləndirir və Avrasiya Bağlantı İttifaqının təsis olunması istiqamətində birgə əməkdaşlığımızın davamlı şəkildə həyata keçiriləcəyinə əminliyimizi bildiririk”.
Azərbaycan tərəfinin təşkilatın katibliyinin fəaliyyətini dəstəklədiyini bildirən Elmar Məmmədyarov daha sonra deyib: “Katiblikdən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının inkişaf strategiyasının hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutan yeni və əsaslı təkliflər gözləyirik. Şuranın ixtisaslaşmış qurumları olan TürkPA, TÜRKSOY, Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirir və Türk Mədəni İrs Fondunun da tezliklə fəaliyyətə başlayacağına inanırıq”.
Regional əməkdaşlıq məsələlərindən danışan Elmar Məmmədyarov bu cür əməkdaşlığı əngəlləyən amilləri xüsusilə qeyd edərək vurğulayıb ki, aqressiv separatizm, milli və etnik mənşəli münaqişələr, dövlətlərimizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zorla dəyişməyə yönəlmiş addımları ciddi təhlükə doğuran təhdidlər kimi qiymətləndirilməlidir. Nazir deyib: “Ermənistanın 20 ildən çoxdur ki, davam edən hərbi təcavüzü və əsassız ərazi iddialarının nəticəsində meydana gələn Ermənistan-Azərbaycan münaqişəsi bunun ən bariz nümunəsidir. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və əhalisinin hər 9 nəfərindən biri ya qaçqın, ya da məcburi köçkündür. Biz Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə, qeyd-şərtsiz və dərhal çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi əsasında tezliklə həllinin tərəfdarıyıq”.
E.Məmmədyarov bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həlli istiqamətində Azərbaycan Respublikasının səylərini dəstəkləyən üzv ölkələrə minnətdarlığını bildirib.
Görüşdə çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Xarici İşlər Nazirləri Şurasının Qəbələdə keçirilən növbəti iclasının yüksək səviyyədə təşkil edildiyini bildirib, təşkilatın işinə uğurlar arzulayıb. O, regional əlaqələndirmənin möhkəmləndirilməsinə yönəlib və birgə əməkdaşlığın təbliği məqsədi ilə göstərilən səyləri yüksək qiymətləndirib. Əhməd Davudoğlu qeyd edib ki, Türkiyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını dayandırmaq üçün mümkün olan və ondan asılı olan hər şeyi etməyə hazırdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda sabitliyin saxlanmasını əngəlləyən maneə olduğunu bildirən Ə.Davudoğlu deyib: “Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərinin azad edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır və bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəyik. Biz Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsinə və azərbaycanlı qardaşlarımızın zorla öz evlərindən didərgin salınmasına qəti etirazımızı bildiririk. Münaqişənin sülh yolu ilə həll olunması üçün 20 ildən bəri davam edən danışıqların nəticəsiz qalması bizi ciddi narahat edir. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyincə, Cənubi Qafqazda və Orta Asiyada sülh, sabitlik və əmin-amanlığa nail olmaq çətin olacaq”.
Ə.Davudoğlu daha sonra qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyə bu istiqamətdə öz səylərini davam etdirəcək. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışıqların 20 ildən artıq davam etməsinə baxmayaraq, heç bir nəticə əldə edilməməsi çox üzücü faktdır.
İclasda Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, təşkilatın ixtisaslaşmış qurumları olan TürkPA, TÜRKSOY və Türk Akademiyasının rəhbərləri çıxış edərək təmsil etdikləri qurumların fəaliyyətindən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
İclasının sonunda dörd ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb.
Zirvə görüşündə qəbul olunacaq qərarların açıqlanması ilə bağlı avqustun 16-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı tərəfindən mətbuat konfransının keçirilməsi planlaşdırılır.
Xarici işlər nazirlərinin görüşündə qəbul edilən qərarlar təsdiq üçün avqustun 16-da dövlət başçılarının görüşünə təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

