/ / Baş nazirin müavini Əli Həsənov Bərdədə qaçqın və məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə bağlı müşavirə keçirib
Baş nazirin müavini Əli Həsənov Bərdədə qaçqın və məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə bağlı müşavirə keçirib
22.08.2013 [12:11]
Avqustun 21-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə Bərdə rayonunda olub.
AzərTAc xəbər verir ki, Baş nazirin müavini yaşayış məhəlləsinin ərazisini gəzərək tikinti işləri ilə yaxından tanış olub, xüsusilə sosial obyektlərin inşası ilə maraqlanıb, görülən işlərə münasibətini bildirib.
Burada inşaatçılarla müşavirə keçirən Ə.Həsənov icraçılara işlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıqlar verib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq salınan yeni yaşayış məhəlləsində hər biri 5 mərtəbəli olmaqla 15 ədəd yaşayış binası, 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, həkim məntəqəsi, klub icma mərkəzi, inzibati bina, ATS binası, qazanxana, 2 ədəd transformator yarımstansiyası, yanğın və içməli su anbarları inşa edilib. Binalardakı mənzillərin 70-i bir, 430-u iki, 325-i üç, 45-i dördotaqlıdır. Burada tikinti işləri ilə 20-yə yaxın şirkət məşğul olur.
Hazırda yaşayış massivinin tikintisində tamamlanma işləri sürətlə davam etdirilir. Yaşayış massivində işlərin avqustun sonunadək tam yekunlaşdırılması nəzərdə tutulur. Yeni məhəllədəki mənzillərə Bərdə rayonu ərazisindəki təhsil müəssisələrində müvəqqəti məskunlaşmış ailələr köçürüləcək.
Müşavirədə tikinti şirkətlərinin nümayəndələri görülən işlərlə bağlı məlumat verərək inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar. Yaşayış massivinin qaz, su, kanalizasiya, müasir istilik sistemləri, elektrik təchizatı, daxili yolların çəkilişi, yaşıllıq zonalarının salınması və sair məsələlər ətrafında müzakirələr də aparılıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşavirəyə yekun vurub.
Xəbər lenti
Hamısına baxİdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27

