/ / Pekində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013” kitabının Çin dilində nəşrinin təqdimatı olub
Pekində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013” kitabının Çin dilində nəşrinin təqdimatı olub
28.08.2013 [09:22]
Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekin şəhərində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013” kitabının Çin dilində nəşrinin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı ilə Pekin Dünya Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ÇXR-in rəsmi şəxsləri, elm xadimləri, iş adamları, yerli KİV rəhbərləri, Rusiya və Qırğızıstanın bu ölkədəki səfirləri, Türkiyə, Venesuela, Moldova və Ukraynanın diplomatları iştirak ediblər.
SAM-dan AzərTAc-a bildiriblər ki, tədbiri Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov açıb. Ölkəmizin müstəqillik illərində keçdiyi yol haqqında tədbir iştirakçılarına məlumat verən səfir deyib: Azərbaycan iyirmi ildən çoxdur ki, müstəqillik şəraitində yaşayır. Bu dövr, xüsusən onun son on ili heç də sadə olmayıb. Tarix göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti də ilk növbədə dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə yönəlib.
Qeyd olunub ki, bir ictimai quruluşdan digər bir ictimai quruluşa keçilməsi yeni dövlət institutlarının təsis edilməsini, iqtisadiyyatın strukturunun tamamilə dəyişdirilməsini, həmçinin respublikanın ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasını tələb edirdi. Dahi Çin mütəfəkkiri Konfutsi deyirdi ki, heç kəsə dəyişikliklər dövründə yaşamağı arzu etməzdim. Azərbaycan məhz belə dövrü yaşamalı olub. İndi inanmaq çətindir ki, 2000-ci illərin əvvəlində Azərbaycan qaz və elektrik enerjisi idxal edirdi, yaranmış enerji böhranı isə vəziyyəti daha da ağırlaşdırırdı.
L.Qəndilov mərasim iştirakçılarına məlumat verib ki, Prezident İlham Əliyev keçid dövrünün bu çətin vəzifələrini qısa müddət ərzində həyata keçirməyə nail olub. Azərbaycan iqtisadiyyatının dövrün tələblərinə cavab verən tamamilə yeni strukturu yaradılıb. Bu gün ölkə nəinki enerjiyə olan tələbatını ödəyir, eyni zamanda qaz və elektrik enerjisi ixrac edir, öz neftini xarici bazarlara çıxarır.
Azərbaycanın iki mühüm enerji layihəsini uğurla həyata keçirdiyini diqqətə çatdıran səfir daha sonra deyib: Bakı-Tbilsi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmasına imkan yaradıb. Yaxın vaxtlarda isə Qərblə Şərqi birləşdirən Bakı-Tibilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Ölkəmizdə adam başına düşən milli gəlir 7000 ABŞ dollarını ötüb keçib, ölkənin valyuta və qızıl ehtiyatları isə 50 milyarda dollara yaxındır. Bu gün Azərbaycan başqa ölkələrin iqtisadiyyatına investisiya yatıran mühüm donor ölkələrdən birinə çevrilib. Bütün bu nailiyyətlər yalnız daxili imkanlar hesabına və düzgün, məqsədyönlü neft strategiyası sayəsində əldə olunub.
Xarici siyasət sahəsində qazanılan uğurlardan da danışan səfir qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və dünyada sülhün və sabitliyin qorunmasına böyük töhfələr verir. Bu, Prezident İlham Əliyevin son on ildə həyata keçirdiyi praqmatik siyasətin başlıca yekunudur. Təqdimatı keçirilən kitab oxucuya Azərbaycanı daha yaxından tanımaq, ölkəmizin keçdiyi inkişaf yolu ilə bilavasitə tanış olmaq imkanı yaradacaq.
Daha sonra mərasimdə Çinin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının vitse-prezidenti Fın Çon Pin, Etnik Universitetin professoru, türkoloq Xu Cen Xua və SAM-ın direktoru Fərhad Məmmədov çıxış ediblər. Qeyd olunub ki, dövlətlər və xalqlar arasında münasibətlərin qurulmasında, möhkəmləndirilməsində liderlərin müstəsna rolu var. Müasir Azərbaycan ilə Çin arasında səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Hər iki ölkənin rəhbərlərinin səyləri nəticəsində bu əməkdaşlıq ən müxtəlif sahələrdə inkişaf etdirilir və real nəticələrini verir.
Təqdimatı keçirilən kitabın əhəmiyyətindən danışan SAM-in direktoru F.Məmmədov deyib: “Çin dilində nəşr olunan bu kitab bizim dostluq əlaqələrimizin daha bir bariz nümunəsidir. Kitab dövlətimizin başçısı İlham Əliyevin 2003-2013-cü illər ərzində uğurlu prezidentlik fəaliyyəti ilə yanaşı, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən, onun dünya birliyinə inteqrasiyasından, son on ildə keçdiyi inkişaf yolundan, aktual problemlərindən bəhs edir. Əminəm ki, bu kitab dövlətlərimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımızın bir-birini daha yaxşı tanımasına yardımçı olacaqdır”.
Azərbaycanın son on il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında keçdiyi genişmiqyaslı inkişaf yolundan söhbət açan SAM-ın direktoru qeyd edib ki, bu müddətdə ölkənin iqtisadi potensialı bir neçə dəfə artıb, əhalinin sosial vəziyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyası Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində fəal iştirakını təmin edib. Bu, həmçinin regionda iqtisadi-siyasi mənzərəni kökündən dəyişib, dünyaya inteqrasiya prosesini sürətləndirib. Dünyanın 144 dövləti sırasında milli iqtisadiyyatın rəqabət qabiliyyəti göstəricilərinə görə Azərbaycan ilk 50 dövlət, makroiqtisadi sabitliyə görə isə ilk 20 dövlət sırasında mövqe tutub. Ötən on il ərzində ölkə iqtisadiyyatına 137 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. İqtisadiyyatın və sosial sahələrin inkişafına yönəldilən vəsaitin 49 faizini dövlət, 51 faizini isə qeyri-dövlət investisiyaları təşkil edib. Qeyri-neft sektorunun inkişafına yönəldilib vəsaitin ümumi həcmi 11 dəfədən çox artaraq təqribən 60 milyard dollara çatıb.
Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı “Doing Business 2009” hesabatında Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan olunduğunu bildirən F.Məmmədov vurğulayıb ki, bu islahatlar sayəsində ölkədə 1,2 milyon yeni iş yerləri açılıb. Sosial müdafiəyə yönəldilən xərclər 9 dəfə, əhalinin gəlirləri 6,9 dəfə, əməkhaqqı 6,3 dəfə, pensiyalar 8,6 dəfə çoxalıb. Ölkədə yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə enib.
Bu gün Azərbaycanın qarşılaşdığı ən aktual problem Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərinin 20 faizinin işğal edilməsi, bir milyondan çox qaçqın və məcburi köçkünün olmasıdır. Bununla belə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin diqqət mərkəzindədir. Ötən dövr ərzində bu insanların həyat şəraitinin yüngülləşdirilməsi məqsədi ilə 23,5 min evdən ibarət 57 müasir qəsəbə və məhəllə salınıb.
Qeyd edilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi -2012” hesabatında Azərbaycan İKT-nin inkişafı indeksi üzrə göstəricilərini xeyli yaxşılaşdıraraq, 155 ölkə arasında 68-ci yerə çıxıb, ilk telekommunikasiya peykini orbitə buraxıb. Bununla da dünyanın on ən dinamik inkişaf edən ölkələr qrupunda mövqeyini daha da möhkəmlədib.
Təqdimat mərasimdə vurğulanıb ki, mədəniyyətlərarası dialoqu yeni çalarlarla zənginləşdirmək, xalqlar, dövlətlər və dinlər arasında qarşılıqlı anlaşmanı və birgəyaşayış prinsiplərini təmin etmək bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm tərkib hissəsidir. Azərbaycanda tarixən bərqərar olmuş tolerantlıq, müxtəlif din və mədəniyyətlərin birgəyaşayış modeli bu gün başqalarına nümunə göstərilməkdədir. Təsadüfi deyildir ki, 2011-ci ildən etibarən Bakı ümumdünya mədəniyyətlərarası dialoq forumlarının təşkilatçılığını öz üzərinə götürüb və bu missiyanın öhdəsindən layiqincə gəlir. Kitabda bütün bunlar da öz əksini tapıb.
Təqdimat mərasimi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məşhur kəlamı ilə yekunlaşıb: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Tədbirdən sonra qonaqların şərəfinə ziyafət verilib.
Qeyd edək ki, kitabın tərcüməçisi, SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimov, məsləhətçisi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanovdur.
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

