Qərbi azərbaycanlıların qayıdışına növbəti beynəlxalq dəstək
14.06.2025 [11:52]
Qərbi Azərbaycan İcması TÜRKPA-ya təşəkkür edib
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına beynəlxalq müstəvidə dəstək davam edir. TÜRKPA-nın iyunun 12-də Astana şəhərində “Türk Əsri: Parlament diplomatiyasının rolu” mövzusunda keçirilmiş 14-cü iclasının yekun Astana Bəyannaməsində Qərbi azərbaycanlıların qayıdışı məsələsi də əksini tapıb. Sənəddə Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların taleyindən dərin narahatlıq ifadə edilib və onların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququ dəstəklənib.
Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada qeyd olunub ki, bu qərar insan hüquqlarına, ədalətə və sülhə xidmət edir: “Qərbi Azərbaycan İcması prinsipial, ardıcıl və ədalətli mövqeyinə görə TÜRKPA-ya və onun üzvü olan parlamentlərə təşəkkürünü bildirir”.
Qayıdış Qərbi azərbaycanlıların fundamental hüququdur
Ümumiyyətlə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması onların fundamental hüququdur. Bu məsələ dövlətimiz tərəfindən müxtəlif beynəlxalq platformalarda daim gündəmə gətirilir. Eləcə də, Qərbi Azərbaycan İcması mütəmadi olaraq bir sıra beynəlxalq təşkilatlara müraciətlər edir. Bunların sırasında BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara da müraciətlər var. Hətta bəzi müraciətlər BMT-nin sənədi kimi də yayılıb. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da əksini tapan məqamlardan biri məhz qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanətdir. Sənəddə indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi təsbit olunmasına çalışır. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb.
Qayıdış hüququ digər beynəlxalq təşkilatların sənədlərində də əksini tapır
Qeyd edək ki, TÜRKPA ilə yanaşı digər beynəlxalq təşkilatlar da bu mövzunu gündəmə gətirir. Məsələn, Asiya Parlament Assambleyasının bu il 17-21 fevral tarixlərində Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənədində Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmasına və Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə olunub. Aprel ayında isə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Özbəkistanda keçirilən dördüncü konfrasının yekunu olaraq qəbul edilmiş Daşkənd Bəyannaməsində Qərbi azərbaycanlıların qayıdışı məsələsinə yer verilib. Eyni zamanda, aprel ayında keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Qlobal idarəetmədə parlament diplomatiyası” mövzusunda baş tutan dəyirmi masada da Qərbi Azərbaycan həqiqətləri müzakirə edilib. Əlbəttə, bu yöndə faktların sayını artırmaq da olar. Bu baxımdan, Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans da böyük əhəmiyyət kəsb edir. Bütün bunlar göstərir ki, Qərbi azərbaycanlıların qayıdış hüququ təmin edilənə qədər bu istiqamətdə beynəlxalq fəaliyyət sistemli şəkildə davam etdiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

