/ / ABŞ-ın nüfuzlu “The New York Times” jurnalında Azərbaycanın sürətli iqtisadi inkişafından bəhs edən məqalə dərc olunub
ABŞ-ın nüfuzlu “The New York Times” jurnalında Azərbaycanın sürətli iqtisadi inkişafından bəhs edən məqalə dərc olunub
12.09.2013 [09:19]
ABŞ-ın nüfuzlu “The New York Times” jurnalında Azərbaycanın sürətli iqtisadi inkişafından bəhs edən “Azərbaycan: Gələcəyi inamla qarşılayan ölkə” sərlövhəli məqalə dərc olunub.
AzərTAc xəbər verir ki, məqalədə Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri olduğu, ölkənin müasir mədəniyyətin və sivilizasiyanın yaranmasına, inkişafına və şaxələnməsinə öz töhfəsini verdiyi bildirilir. Qeyd edilir ki, Azərbaycan qədim İpək yolunun üzərində, Qərb və Şərq mədəniyyətlərinin birgə təsiri ilə formalaşmış sivilizasiyaların qovuşuğunda yerləşir. Müxtəlif vaxtlarda fərqli imperiyaların tərkibinə qatılsa da, Azərbaycan xalqı öz dilini, mədəniyyətini və milli xüsusiyyətlərini qoruyub saxlaya bilib.
Məqalədə qeyd edilir ki, regionun aparıcı dövləti olan Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 80 faizdən artıqdır. Regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilir.
Məqalədə bildirilir ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olub. Qızlar üçün ilk məktəb məhz burada açılıb. Azərbaycanda qadınlar hələ bir əsr öncə seçkilərdə iştirak etmək hüququ qazanıblar. Müsəlman Şərqində ilk opera və balet də elə həmin dövrdə yazılıb və səhnələşdirilib.
Diqqətə çatdırılır ki, mövcud olduğu qısa müddətdə bu gənc dövlət çox ciddi problemlərlə qarşılaşdı. Bakı neftinə olan xarici maraq isə bu problemləri daha da ağırlaşdırırdı. Nəticədə Sovet Rusiyası hərbi müdaxilə ilə Azərbaycanı işğal etdi və ölkə müstəqilliyini itirdi. Azərbaycan xalqı təxminən 70 il sovet rejiminin ağır qaydaları şəraitində yaşamağa məcbur olub.
Nəhayət, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan müstəqilliyini bərpa edib. Həmin dövrdə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında ən çətin vəziyyətlə üzləşən ölkə olub. Bu gənc dövlət Ermənistanın ərazi iddiaları və ölkədaxili hərc-mərclik kimi ciddi təhlükələrlə üzləşdi. Ermənistanın hərbi müdaxiləsi Azərbaycan ərazisinin 20 faizinin işğalı və 1 milyondan artıq azərbaycanlının isə öz yurd-yuvalarından didərgin düşməsi ilə nəticələndi. BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyü təsdiqlənib, ölkə ərazisinin işğalı faktı əksini tapıb. Bütün bunlara baxmayaraq, işğal vəziyyəti və 1 milyondan artıq insanın məcburi köçkün kimi yaşaması faktı dəyişilməz olaraq qalır.
1993-cü ildə Bakıya qayıdan və Prezident seçilən Heydər Əliyev 2003-cü ilə qədər hakimiyyətdə olub. 2003-cü və 2008-ci illərdə keçirilən prezident seçkilərində qələbə qazanan İlham Əliyev hazırda Azərbaycan dövlətinin başçısıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə iqtisadiyyatı üç dəfə inkişaf edib və 1,2 milyon yeni iş yeri açılıb. Ümumiyyətlə, son 22 ildə Azərbaycan sürətli inkişafa təkan verən yeni siyasi və iqtisadi sistem qurmaqla böyük uğurlar əldə edib.
Məqalədə bildirilir ki, bu gün Azərbaycan olduqca əhəmiyyətli enerji layihələri həyata keçirir. Neft ölkəsi kimi tanınan Azərbaycan Xəzər hövzəsinin zəngin enerji potensialını aşkar edən ilk dövlət olub və regionda yüksək səviyyəli iqtisadi inkişaf modeli yaradıb. Azərbaycan Avropa ilə Asiya arasında ticarət və siyasi əlaqələrin genişlənməsində, həmçinin Qafqaz nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun davamlı inkişafının təmininə və prioritet sahələrə irimiqyaslı sərmayələrin yatırılmasına təkan verib.
İqtisadi inkişaf göstəricilərinə görə Azərbaycan dünya ölkələri arasında ilk sıralardadır. Dünya İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətlilik üzrə hesabatına əsasən Azərbaycan rəqabətlilik reytinqinə görə dünya dövlətləri arasında 39-cu yerdə qərarlaşıb. Bu göstərici üzrə Azərbaycan MDB-də birinci yerdədir. Ölkənin iqtisadi inkişafı əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün bir sıra sosial proqramların həyata keçirilməsinə imkan yaradıb. Son illərdə həyata keçirilən ən mühüm sosial layihə yoxsulluğun 49 faizdən 6 faizə qədər azaldılması olub.
Yazıda vurğulanır ki, Azərbaycan sürətlə müasirləşir. Bakı müasir Avropa şəhərlərinə bənzəyir. Qısa zamanda Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlərə Bakı Beynəlxalq Humanitar Forumu, Davos Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, “Eurovision” mahnı müsabiqəsi, həmçinin ölkənin əsas turizm məkanlarından biri olan Qəbələ şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalı daxildir. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib. Ölkədə həm də bir sıra beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirilib. 2015-ci ildə Bakı ilk Avropa Oyunlarına ev sahibliyi edəcək.
Məqalədə yazılır ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Həmin il bu ölkə, həmçinin Qoşulmama Hərəkatında üzv olub. Son iki ildə BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan beynəlxalq miqyasda öz mövqeyini nümayiş etdirib. Bütün bunlar Azərbaycan kimi gənc, lakin sürətlə inkişaf edən bir dövlətə dünya ictimaiyyətinin göstərdiyi hörmətin bariz nümunəsidir.
Məqalədə qeyd edilir ki, Azərbaycan xalqı gələcəyə inamla baxır. Yaxın zamanlarda ölkə əhalisinin gələcəyə inamını daha da gücləndirəcək yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. 2015-ci ildə adambaşına düşən ümumi daxili məhsulun 10 min dollara çatdırılması, 2018-ci ilə qədər isə bu göstəricinin iki dəfə artırılması planı Azərbaycan dövlətinin sürətli inkişafı qoruyub saxlamaq imkanlarını göstərir. Gələcəkdə Azərbaycan inkişaf etmiş ölkələr sırasına yüksələcək. Bu tarix Azərbaycan xalqı üçün o qədər də uzaq deyil.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

