Siyavuş Novruzov: İsa Qəmbər çıxış edəndə adamların bir hissəsi meydanı tərk elədi
29.09.2013 [09:59]
“Milli şura”da birləşən müxalifətin prezidentliyə namizədi Cəmil Həsənovun dünən keçirdiyi mitinq-görüşü bundan əvvəlkindən də biabırçı formada oldu”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dünən prezidentliyə namizəd Cəmil Həsənovun keçirdiyi mitinqə münasibət bildirərkən deyib.
S.Novruzov qeyd edib ki, mitinq uğursuz alınıb: “Demək olar ki, keçən dəfəki mitinqdən iki dəfə az insan toplaşmışdı. Bundan başqa mitinq həm sönük, həm də çıxışların hər biri bayağı idi. İsa Qəmbər çıxış edəndə isə insanların bir hissəsi meydanı tərk elədi. Eyni zamanda “Milli şura”da olanların bir-birinə qarşı olan hikkələri, nifrəti də burada özünü göstərdi. Ümumilikdə onu demək olar ki, növbəti mitinq eləsələr, ora adam gəlməyəcək. Beş-üç nəfər həvəskar cavandan başqa orada adam görmək olmur. Sosial bazaları necə də tükənib! Mitinqdə o qədər təşkilat adı hallandırdılar ki, o təşkilatların adı orada yığışanların sayından çox idi. Adları çəkilən təşkilatların hərəsindən bir nəfər gəlsəydi, min-min beş yüz nəfər yığışmış olardı. Amma o da yox idi”.
YAP İcra katibinin müavini müxalifətin mitinqlərinin belə olmasının maneələrlə deyil, sosial bazalarının olmaması ilə izah edib: “Bu günə qədər bunlar cəmi bir dəfə Ağstafada görüş keçirmək istəyiblər, onda da Eldar Namazov gedib qəbiristanlıqda qohum-əqrabasını ziyarət edib, qayıdanda da restoranda yeyib-içib, Bakıya dönüb. Burada keçirdikləri iki mitinqin də getdikcə birinin əvvəlkindən uğursuz alınması göstərdi ki, əvvəldən onsuz da sosial bazası olmayan bunların aldadıb yoldan çıxartdıqları beş-on adam da gördü ki, bunlardan heç nə çıxmır. Ortada olan qohum - əqrəbalarını, partiya işçilərini, qəzetlərinin nümayəndələrini bura yığıblar”.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17

