Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ukraynada yaşayan həmvətənlərimiz İlham Əliyevin namizədliyini dəstəkləyirlər

Ukraynada yaşayan həmvətənlərimiz İlham Əliyevin namizədliyini dəstəkləyirlər

01.10.2013 [09:50]

Ukraynada yaşayan azərbaycanlılar qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq cənab İlham Əliyevə dəstək verəcəklər. Bu fikir Ukraynanın Sumı şəhərində təşkil olunan Azərbaycan-Ukrayna dostluğuna və Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə həsr olunmuş konsertin rəsmi hissəsindəki çıxışlarda vurğulanıb. 
Tədbirdə Sumı vilayəti Deputatlar Şurasının sədri Gennadı Mixailenko çıxış edərək, ölkələrimiz arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişaf dinamikasından danışıb. Son illər Azərbaycanın inkişaf edərək beynəlxalq arenada nüfuz sahibinə, bölgədə isə lider dövlətə çevrilməsinin tarixi əhəmiyyətindən danışan natiq Azərbaycanın hər bir uğuruna dost və qardaş Ukrayna xalqının da sevindiyini vurğulayıb.
Vilayət radasının rəhbəri bildirib ki, təməli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Ukrayna dostluğu strateji müttəfiqlik zirvəsinə yüksəlib: “Hazırda Azərbaycan dövləti özünün müstəqillik tarixinin yüksəliş və intibah dövrünü yaşayır. Mən çox şadam ki, Ukraynanın bölgədə Azərbaycan kimi güclü və etibarlı strateji müttəfiqi var. Biz bu münasibətləri inkişaf etdirib gələcək nəsillərə ötürməliyik. Bu baxımdan Sumı vilayətinin deputatı, vilayətin sosial-mədəni həyatında yaxından iştirak edən Əfqan Salmanova minnətdarlığımı bildirirəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün xalq diplomatiyası missiyasını üzərinə götürərək, onu layiqincə yerinə yetirir”.
Qarşıdan Azərbaycan xalqının taleyini həll edəcək prezident seçkilərinin yaxınlaşdığını qeyd edən G.Mixailenko Azərbaycan xalqının yenə də müdrik seçim edəcəyinə, dahi Heydər Əliyevin siyasi kursunu layiqincə həyata keçirən İlham Əliyev cənablarına etimad göstərəcəyinə əminliyini bildirib.
“Bu gün Azərbaycan öz inkişaf tempinə görə, MDB və Şərqi Avropa ölkələrinə nümunə göstərilir. Əminəm ki, seçki bülletenini əlinə alan hər bir Azərbaycan vətəndaşı bunun fərqinə varıb öz xalqının və dövlətinin xoş gələcəyinə etimad göstərəcək”, - deyə natiq vurğulayıb.
Azərbaycanın Ukraynandakı səfirliyinin birinci katibi Sabir Rzayev çıxış edərək, tədbir iştirakçılarını səfir Eynulla Mədətlinin adından salamlayıb. O, həmçinin, müstəqillik tarixlərini qoşa addımlayan Azərbaycanla Ukraynanın beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış etmələrini hər iki ölkənin müstəqillik tarixinin uğuru kimi səciyyələndirib.
Tədbir iştirakçılarına minnətdarlığını bildirən Sumı vilayətinin deputatı Əfqan Salmanov isə Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. O, daha sonra qeyd edib ki, Azərbaycanla Ukrayna arasındakı iqtisadi, siyasi, elmi-mədəni əlaqələr Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin apardığı məqsədyönlü siyasət nəticəsində möhkəmlənərək, yeni inkişaf mərhələsinə qədəm qoyub. Natiq, həmçinin, 9 oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkilərinə də münasibət bildirib: “Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlı arxalarında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edir. Bu baxımdan qarşıdan gələn prezident seçkiləri hər bir azərbaycanlının diqqət mərkəzindədir. Və bu seçkilərdə Ukraynada yaşayan azərbaycanlılar bir mənalı olaraq cənab İlham Əliyevə səs verəcəklər”.
Ə.Salmanov daha sonra Sumı vilayətində yaşayan həmvətənlilərimizin səsvermədə iştiraklarının təmin olunması üçün xüsusi avtobuslar təşkil olunduğunu bildirib. Onun sözlərinə görə, həmvətənlilərimiz oktyabrın 9-da, həmin nəqliyyat vasitələri ilə Azərbaycanın Ukraynadakı səfirliyinə gələrək, burada təşkil olunmuş seçki məntəqəsində öz səslərini verəcəklər.
Tədbirdə daha sonra çıxış edənlər-Sumı vilayətinin deputatı Vladimir Tokar, vilayət administrasiyasının rəsmi nümayəndəsi Natalya Federenko, Ukrayna Azərbaycanlıları Konqresinin Sumı vilayət təşkilatının sədri Əli Vəliyev və digərləri Azərbaycanda əlverişli investisiya mühitindən, iş adamlarına yaradılan geniş imkanlardan, son illər Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin bir neçə dəfə artmasından danışıblar, bunları hər iki ölkənin uğurlu siyasətinin məntiqi nəticəsi kimi səciyyələndiriblər.
Sonra tədbir Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərliyi ilə Azərbaycan-Ukrayna dostluğuna həsr olunmuş konsert proqramı ilə davam edib.
Səlim Loğmanoğlu

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31