Xocavənd rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 21 il ötür
03.10.2013 [10:18]
1992-ci il oktyabrın 2-də Ermənistan silahlı birləşmələri Azərbaycanın dilbər guşələrindən olan Xocavəndi işğal edib. Həmin vaxtdan 21 il ötür.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunun tərkibinə 1 şəhər, 2 qəsəbə və 81 kənd daxil idi.
Rayonun işğalı mərhələ-mərhələ həyata keçirilib. 1991-ci il oktyabrın 30-da azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 15-də Xətai kəndi, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetiriblər. Bu qanlı hadisə Azərbaycan tarixinə Qaradağlı faciəsi kimi yazılıb. 1992-ci il oktyabrın 2-də Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən zəbt edilərək yandırılıb.
Bu ədalətsiz və qüvvələrin qeyri-bərabər olduğu müharibədə Xocavənd 145 şəhid verib. Rayonun 300-dən çox sakini əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49-u erməni faşistləri tərəfindən qətlə yetirilib.
İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye və 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə və 17 təhsil müəssisəsi, 59 mədəniyyət ocağı, 32 körpü, 42 su anbarı, 316 kilometr uzunluğunda su kəməri və digər maddi-mədəni sərvətlər talan edilib, dağıdılıb.
Xocavənd rayonu ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə də zəngindir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, V-XIII əsrlərə aid çoxlu qalalar və türbələr, Alban məbədləri, kilsələri və qəbiristanlıqları (III-VI əsrlər) və onlarca digər abidələr 21 ildir ki, əsarətdədir və erməni vəhşiliyinin qurbanına çevrilib.
Özünəməxsus təbii sərvətlərə, təbiət abidələrinə malik Xocavənd rayonunda ehtiyatları 2 milyon kubmetrə çatan üzlük daşı, 989 min ton həcmində əhəngdaşı yataqları, külli miqdarda yeraltı şirin su mənbələri var. Qırmızı bazar qəsəbəsində yaşı 1000 və 2000 il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil edilmiş III dövrün relikt növünə aid nadir azat ağacları vardı. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsindəki qiymətli palıd ağacları qırılaraq talan edilib, bir sıra ərazilərdəki meşələr yer üzündən silinib, işğalçılar rayonun təbiətinə amansızcasına divan tutublar.
Qarabağ müharibəsi haqqında tarixi həqiqətlərin, o cümlədən Xocavənd rayonunda erməni işğalçılarının törətdikləri bəşəri cinayətlərin, soyqırımların dünya ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra işlər görülüb. Qaradağlı kəndində həyata keçirilmiş soyqırımı ilə bağlı bir sıra sənədli filmlər çəkilib və rus, ingilis dillərinə dublyaj olunub. Azərbaycanın ərazi bütövlüyü naminə canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə Xocavənd rayonunun işğaldan azad edilmiş “Nərgiztəpə” ərazisində “Şəhidlər” abidə kompleksi ucaldılıb.
Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər əsasən Beyləqan rayonu ərazisində məskunlaşıblar. Onlar üçün 500 ailəlik qəsəbə salınıb. Burada rayonun bütün icra strukturları, idarə və müəssisələri, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, müasir tipli ATS, poçt şöbəsi, xəstəxana, mədəniyyət evi fəaliyyət göstərir. Qəsəbədə inşa edilən Bayraq meydanının, parkın, polis və təhsil şöbələri üçün inzibati binaların, müasir idman zalının tikintisi yekunlaşmaq üzrədir.
Xocavəndli məcburi köçkünlər dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunsalar da, doğma yurd həsrəti ilə yaşayırlar və inanırlar ki, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək. Bu gün doğma yurd yerinin həsrəti ilə yaşayan xocavəndlilər torpaqlarımızın yadelli işğalçılardan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün hər an silaha sarılmağa, ön cərgələrdə döyüşməyə bir nəfər kimi hazırdırlar.
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

