Baş nazir Əli Əsədov Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüşüb
21.11.2025 [18:03]
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 21-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin ilə görüşüb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Beynəlxalq Telekommunikasiya İttifaqının Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının əhəmiyyəti vurğulanıb. Konfransın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə Azərbaycanda təşkil edilməsi əlamətdar hadisə kimi qiymətləndirilib, tədbirdə 2500 mütəxəssisin iştirak etdiyi qeyd olunub.
Konfrans çərçivəsində Bakı şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin açılışının əhəmiyyətinə toxunularaq, Mərkəzin region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəyinə əminlik ifadə olunub.
Azərbaycanda İKT sektorunun, informasiya və biliklər iqtisadiyyatının, süni intellektin inkişaf etdirilməsi, rəqəmsal infrastrukturun genişləndirilməsi, kibercinayətkarlıqla mübarizənin gücləndirilməsi sahələrində görülən ardıcıl tədbirlər barədə söhbət açılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İKT sektorunun inkişafını ölkəmizdə prioritet istiqamət elan edib. Cari ildə Rəqəmsal İnkişaf Konsepsiyası və 2025-2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası təsdiq edilib.
Azərbaycanın bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutduğu diqqətə çatdırılıb.
Yüksək texnologiyaların inkişafının "ağıllı şəhər/ağıllı kənd” konsepsiyasının tətbiqinə zəmin yaratdığı diqqətə çatdırılıb, hazırda ölkəmizin işğaldan azad edilmiş ərazilərində bu konsepsiyaya əsaslanan unikal və innovativ şəhərsalma modelinin geniş tətbiqi barədə məlumat verilib.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında rəqəmsal transformasiya, kibertəhlükəsizlik, elektron hökumət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Beynəlxalq Telekommunikasiya İttifaqının beynəlxalq təcrübəsinin xüsusilə rəqəmsal idarəetmə, rəqəmsal bacarıqların artırılması sahəsində tətbiqinin ölkəmiz üçün faydalı olacağı qeyd edilib.
Eyni zamanda, Azərbaycan nümayəndələrinin Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər orqanlarında və işçi qruplarında təmsilçiliyinin artırılması, xüsusilə İttifaqın Şurasında ölkəmizin üzvlüyünün növbəti müddətə uzadılması və ikitərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

