Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb
24.11.2025 [12:21]
Noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın mədəniyyət nümunələrini əks etdirən stendlərlə tanış olublar.
Forumun açılış mərasimində türk dövlətləri arasında mövcud tarixi bağlılıq, ortaq dəyərlər və sıx əməkdaşlıq münasibətlərini əks etdirən, bu əlaqələrin inkişaf yolunu və perspektivlərini əyani şəkildə nümayiş etdirən videoçarx təqdim olunub.
Sonra Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun iştirakçılarına məktubunu oxuyub.
Qeyd edək ki, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir. Bu, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə təşkil olunan ən böyük tədbirdir.
Forumda iki panel müzakirəsi keçiriləcək. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” panelində regional əməkdaşlıq və vətəndaş cəmiyyətinin təşəbbüsləri müzakirə olunacaq. Digər panel isə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”na həsr ediləcək və qarşılıqlı təcrübə mübadiləsi imkanları nəzərdən keçiriləcək.
Tədbir Bakıda bədii-mədəni proqramla yekunlaşacaq, forum isə işini Naxçıvanda davam etdirəcək. Burada TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Platformaya rəhbərliyi Azərbaycan edəcək və 8 ölkənin QHT-lərini birləşdirəcək.
Forum iştirakçıları 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna dəvət olunacaq və tədbir birgə bəyanatın qəbul edilməsi ilə başa çatacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

