Milli Məclisdə büdcə müzakirələri başa çatıb
15.11.2013 [09:32]
Təxminən bir həftədən sonra 2014-cü ilin büdcə zərfi parlamentdə səsverməyə çıxarılacaq
Milli Məclisin dünən keçirilən iclasında 2014-cü ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirilib. Çıxış edən millət vəkili Fuad Muradov Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların məsələsinə toxunub. F.Muradov bildirib ki, ötən il bu məsələ ilə bağlı Milli Məclisdə məsələ qaldırıb: “Keçən il biz müraciət etmişdik ki, Xocalı faciəsində hər iki valideynini itirən 25 nəfərin məsələsinə baxılsın. Düşünürəm ki, onların məsələsinə bir də qayıtmaq olar. Bu çox böyük məsələ deyil. Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlər üçün cənab Prezidentin Sərəncamı ilə yeni binalar, məktəblər tikilir”.
Millət vəkili Aydın Mirzəzadə isə çıxışında bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində, həmçinin, Bakı şəhərində uşaq bağçalarının sayında çatışmazlıq müşahidə olunur. Millət vəkili təklif edib ki, Təhsil Nazirliyi bununla bağlı ayrıca dövlət proqramı hazırlasın və ölkədə mövcud olan bağça çatışmazlığı problemi aradan qaldırılsın: “Bu gün bölgələrdə və paytaxtda uşaq bağçalarının çatışmazlığı yaşanır. Mən yerlərdən çoxlu sayda müraciətlər alıram. Ona görə yaxşı olardı ki, bununla bağlı müəyyən dövlət proqramı hazırlansın və qəbul edilsin. Eyni zamanda, mənzil-kommunal təsərrüfatlarının problemlərinin həlli ilə bağlı addımların atılmasına böyük ehtiyac var”.
Bununla yanaşı, A.Mirzəzadə qeyd edib ki, ölkədə sahibkarlığın inkişafına ayrılan vəsait artırılmalıdır. Onun sözlərinə görə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu il sahibkarlara 150 milyon manat vəsait verilib: “Bu çox gözəl addımdır. Amma çox təəssüf ki, bu vəsaitlərdən bütün sahibkarlar istifadə edə bilmir. Çünki bu vəsait çox azdır. Xahiş edərdim ki, bu vəsait artırılsın və digər sahibkarlar da bu vəsaitdən istifadə edə bilsinlər”.
Millət vəkili Muxtar Babayev isə təmsil etdiyi Sumqayıt şəhərinin problemlərindən danışıb: “Sosial infrastruktur mütləq dövlət proqramlarında əks olunmalıdır. Sumqayıtda yataqxana problemi var. Keçmiş Sovet İttifaqı vaxtında müvəqqəti yaşayış üçün tikilmiş yataqxanalarda indi 25-30 min nəfər yaşayır. Bu, Sumqayıtın ümumi əhalisinin 8-10 faizidir. Yataqxanalarda əsaslı təmir işləri aparmalıdır”.
Millət vəkili onu da qeyd edib ki, Sumqayıt şəhəri özünü dolandırma sxemləri ilə bu yataqxanaların təmirini öz üzərinə götürə bilməyəcək. “Çünki nə özəl biznes var, nə də bura maliyyə ayırması mümkündür. Şəhərə miqrasiya artır. Qeyri-rəsmi məlumata görə, bu gün Sumqayıtda 400 mindən artıq adam yaşayır. Burada qocalar evinin tikilməsi və istismara verilməsi vacibdir. Bu, uzun müddətdir gündəmdədir”.
Millət vəkili Kamilə Əliyeva çıxışında MİS-lərin fəaliyyətinə toxunub. O bildirib ki, bu gün mənzil-istismar sahələrinin (MİS) arayış verməkdən başqa işi yoxdur: “Halbuki büdcədən bu sahəyə 28 milyon manat pul ayrılır. Fikrimcə, mənzil istismar idarələri bələdiyyələrə verilməli və o, pul bələdiyyələrə ayrılmalıdır”.
Millət vəkili, seçildiyi rayondakı problemlərdən də danışıb. “Zaqatala insanların istirahəti üçün önəmli turizm rayonudur. Amma bu rayonda turizmin inkişafı üçün ciddi işlər görülməlidir. Büdcədən bu rayonda turizm sektorunun inkişaf etdirilməsi üçün əlavə pul ayrılmasını təklif edirəm”.
“2014-cü ilin büdcəsi ümumi mənada investisiya tutumludur, sosial yönümlüdür və dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yaradır. Büdcə layihəsinin təhlili onu göstərir ki, 2014-cü ilin büdcə layihəsinin əsas konseptual məzmunu respublikamızın sosial-iqtisadi inkişaf göstəriciləri və ümumi daxili məhsulun artım dinamikasının davamlılığını, ölkəmizin maliyyə sabitliyi və artım tempi ilə irəlilədiyini göstərir”. Bu fikirləri isə YAP Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva deyib. Millət vəkili vurğulayıb ki, 2014-cü ilin iqtisadi ssenariləri ilə yanaşı, mövcud maliyyə resursları və dövlət büdcəsi bütün sosial və iqtisadi hədəflərə çatmağa imkan verir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev 2014-cü ilin dövlət büdcəsinin mükəmməl hazırlandığını bildirib. O, büdcədə elm və təhsilə ayrılan xərclərin artırılmasını da yüksək qiymətləndirib. Onun sözlərinə görə, indiki şəraitdə bu sahədə çalışanların əməkhaqlarının 10 faiz artırılması tamamilə məntiqli və düzgündür. Komitə sədri deyib ki, bu maaşların 10 faiz artırılması üçün dövlət büdcəsindən 300 milyon manat həcmində vəsaitin ayrılması tələb olunur.
O, həmçinin, qeyd edib ki, “Elm haqqında” qanun layihəsi yaxın günlərdə Milli Məclisin müzakirəsinə çıxarılacaq. Ş.Hacıyev qeyd edib ki, hazırda elm sahəsində ciddi islahatlar həyata keçirilir. Onun sözlərinə görə, bu sahədə qanunvericilik bazası olmadan islahatlar, görülən işlər o qədər də səmərəli olmayacaq. “Ona görə də, “Elm haqqında” qanun layihəsinin qəbul edilməsi vacibdir. Qanunda elm sahəsi ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur. Hesab edirəm ki, sənəd qəbul ediləndən sonra bu sahədə mövcud problemlər də aradan qalxacaq” - deyə, komitə sədri vurğulayıb.
Millət vəkili İsa Həbibbəyli də çıxışında büdcədə elm və təhsil sahəsi üçün vəsaitin artırılmasını yüksək qiymətləndirib.
Daha sonra iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deputatların suallarını cavablandırıb. “Qarşımızda duran əsas vəzifələrdən biri ölkə iqtisadiyyatının diversifikasiyasını daha da sürətləndirməkdir” - deyən S.Həsənova bildirib ki, 2020-ci ilə qədər iqtisadiyyatı qeyri-neft sektorunun hesabına iki dəfə artırmaq nəzərdə tutulur. Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün ölkədə makroiqtisadi sabitlik qorunub saxlanmalıdır. “Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində vacib addımlar atılır. Xüsusilə, bölgələrdə emal müəssisələri yaradılır. Regionların sosial-iqtisadi inkişafına dair ikinci dövlət proqramına əsasən 25 mindən çox müəssisə yaradılıb. Gələcəkdə bu işlər daha sürətlə davam etdiriləcək” - deyə, nazir müavini qeyd edib. S.Həsənova həmçinin, ölkədə kommunal xidmətlərin tariflərinin artırılması haqda məlumatlara münasibət bildirib. Bu məlumatları təkzib edən nazir müavini qeyd edib ki, bununla bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb: “Kommunal xidmətlərin tarifləri artırılmayacaq”.
Daha sonra millət vəkilləri Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü il üçün büdcəsini müzakirə ediblər. Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu haqda fikirlərini bildirib. Sonra DSMF-nin sədr müavini Elman Mehdiyev Fondun büdcəsi haqda məlumat verib. O bildirib ki, Fondun 2014-cü ildə gəlirlərinin ötən illə müqayisədə 11 faiz artacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, Fondun 2014-cü il üçün gəlirləri 2 928 milyon manat həcmində nəzərdə tutulub: “Gəlirlərin 60,8 faizini və ya 1 784 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9 faiz artım deməkdir”.
DSMF rəsmisi bildirib ki, gələn il büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 milyon manat təşkil edəcək: “Fondun xərcləri gələn il üçün 2 928,5 milyon manat həcmində proqnozlaşdırılır. Bu, 2013-cü ilin proqnozuna nisbətən 295,8 milyon manat və ya 11,2 faiz çoxdur. Əhaliyə ödənişlər 2 861,8 milyon manat təşkil edəcək. Əmək pensiyalarının ödəniş xərcləri isə əhaliyə ödənişlərin 97,4 faizini təşkil edəcək. Pensiya ödənişlərinə 2 788,6 milyon manat yönəldiləcək. Bu da 2013-cü illə müqayisədə 11,5 faiz və ya 288,3 milyon manat çoxdur”.
E.Mehdiyev qeyd edib ki, DSMF 2014-cü ildə büdcədənkənar təşkilatlardan daxilolmaların artımını proqnozlaşdırır: “Gələn il üçün Fondun gəlirləri ümumilikdə 2,928 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisini 11,2 faiz üstələyir. Gələn il dövlət büdcəsindən DSMF-nin büdcəsinə transfertlərin həcminin azaldılması planlaşdırılır. DSMF-nin ümumi gəlirləri strukturunda dövlət büdcəsindən transfertlərin xüsusi çəkisi 38,9 faiz təşkil edir ki, bu da 2013-cü ilin göstəricisindən 2 faiz bəndi aşağıdır”.
Milli Məclisin dünənki iclasında həmçinin, “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri müzakirə edilib. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, o cümlədən, əməkqabiliyyətli əhali üçün 136 manat, uşaqlar və pensiyaçılar üçün 103 manat məbləğində nəzərdə tutulub. Onun sözlərinə görə, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanun layihəsi ünvanlı sosial yardımın təyinatı üçün bu meyarın cari ildəki 93 manatdan 100 manatadək artırılmasını nəzərdə tutur: “Gələn il dövlət büdcəsinin sosialyönümlü xərcləri bu ilin proqnoz göstəriciləri ilə müqayisədə 5,9 faiz və ya 298,9 milyon manat artım, həmçinin, 2012-ci ilin faktiki göstəriciləri ilə müqayisədə 12,6 faiz və 597,1 milyon manat artım ilə 5,337 milyard manat səviyyəsində proqnozlaşdırılır”.
İclasda Milli Məclisin 2014-cü il üçün xərclər smetası məsələsinə də baxılıb. Bildirilib ki, parlament və onun aparatının saxlanması üçün 19 milyon 102 min 998 manat vəsait nəzərdə tutulub. Eləcə də, Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası 3 milyon 634 min manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin proqnozundan ümumilikdə 2,3 faiz çoxdur.
Müzakirələr zamanı Milli Məclisin sədr müavini Bahar Muradova deputatlara hər bir dairədə ayrıca ofislərin tikilməsini təklif edib. B.Muradova bildirib ki, məsələ ilə əlaqədar ölkə Prezidentinə müraciət edəcək: “Mən bu işin gələn ilə nəzərdə tutulmasını demirəm. Gələn il layihə hazırlansa, 2015-ci ildə də həyata keçirilə bilər”.
Vitse-spiker, həmçinin, deputatların nəqliyyat və telefon xərclərinin də həll edilməsini istəyib. O, eyni zamanda, deputat köməkçiləri ilə bağlı nəzərdə tutulan maliyyənin də artırılmasını təklif edib: “Bəzən olur ki, deputat köməkçiləri əllərində qovluq küçələrdə gəzməli olurlar. Deputatların ofisləri ilə bağlı məsələ həllini tapmalıdır”.
Millət vəkili Elmira Axundova da deputat köməkçilərinin maaşlarının artırılması ilə bağlı təklifi dəstəklədiyini qeyd edib. O, deputat köməkçilərinə hər hansı xüsusi status verilməsini təklif edib.
İclasda digər millət vəkilləri də müzakirə olunan məsələyə münasibət bildiriblər. Çıxışlardan sonra 2014-cü ilin büdcə zərfinə daxil olan sənədlərin müzakirəsinə yekun vurulub. Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, təxminən bir həftədən sonra büdcə zərfinin yekunları ilə bağlı maliyyə naziri Samir Şərifovun münasibəti olacaq və bundan sonra büdcə zərfinə daxil olan sənədlər səsverməyə çıxarılaraq qəbul ediləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

