Siyavuş Novruzov: Heydər Əliyev Fondunun fəaliyyəti genişmiqyaslıdır
08.03.2014 [09:57]
“Ümumiyyətlə, biz Heydər Əliyev Fondunun fəaliyyətinə nəzər salsaq görərik ki, bu, çoxşaxəli bir fəaliyyətdir. Xüsusilə, mədəniyyətimizin təbliğ olunması, həmçinin səhiyyə, təhsil sahələrinə göstərilən diqqət, eləcə də müxtəlif xəstəliyə düçar olmuş uşaqlar üçün Heydər Əliyev Fondu tərəfindən xəstəxanaların açılışı sevindirici amil kimi dəyərləndirilir”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 2014-cü ilin “Ən nüfuzlu qadını” adına layiq görülməsi və Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışarkən deyib.
Millət vəkilinin sözlərinə görə, sadalanan sahələrin hər biri üzrə Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti öz əksini tapıb: “Eyni zamanda, Heydər Əliyev Fondu tək ölkə daxilində deyil, eləcə də ölkə hüdudlarından kənarda da çoxşaxəli fəaliyyət göstərir. Məsələn, Pakistanda baş verən zəlzələ zaman uçmuş məktəb binasının yerində Heydər Əliyev Fondu tərəfindən yeni, müasir təhsil ocağının tikintisi, Fransada Luvr muzeyinə Fondun töhvəsi, Moskvada, Astraxanda, Volqoqradda Fond tərəfindən məktəbin, bağçanın tikintisi, parkın və müxtəlif körpülərin salınması və s. buna ən layiqli misaldır.
Eləcə də mədəniyyətlərarası əlaqələrin genişlənməsinə, beynəlxalq konfransların, simpoziumların keçirilməsi və mədəniyyətlərlə insanların, xalqların, dövlətlərin bir-birinə yaxınlaşmasına, o cümlədən dinlərarası əlaqələr, Şərqlə Qərbin və Şərqlə Avropanın, İslam dünyası ilə xristian dünyasının yaxınlaşmasına verdiyi xüsusi töhvəsinə görə Heydər Əliyev Fondunun işini uğurlu saymaq olar. Təbii ki, bu işlər Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilir. Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dəfələrlə Milli Məclisdə Amnistiya aktı qəbul edilib. Bu mənada mən Mehriban xanım Əliyevanı 2014-cü ilin “Ən nüfuzlu qadını” adına layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm və uğurlar arzulayıram”.
Siyavuş Novruzov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlər haqqından da danışaraq deyib ki, “Xocalıya ədalət” kampaniyası başlayan andan ABŞ-ın 15 ştatında, eləcə də ayrı-ayrı dövlətlərdə Xocalı faciəsi soyqırımı kimi tanınıb və dünyanın əksər yerində bununla bağlı tədbirlər keçirilir: “Xüsusilə, gənclər aktiv şəkildə bu məsələyə qoşulublar. Ayrı-ayrı konqresmenlərə, senatorlara məktublar göndərilir və müraciətlər olunur. Bu baxımdan Leyla xanım Əliyevanın fəaliyyəti əvəzolunmazdır. Heç də təsadüfi deyil ki, Leyla xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə əlaqədar olaraq Rusiyanın Provaslav Kilsəsinin ən yüksək ordeninə layiq görülüb”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

