Bakı yeni qlobal geosiyasi xəritəni formalaşdırır
03.07.2026 [12:50]
Azərbaycanın növbəti strateji missiyası
Cənubi Qafqaz tarix boyu müxtəlif sivilizasiyaların, ticarət yollarının və siyasi maraqların qovuşduğu mühüm geostrateji məkan kimi tanınıb. Müasir beynəlxalq münasibətlər sistemində isə regionun əhəmiyyəti daha da artıb - Cənubi Qafqaz Avropa ilə Asiyanı, Xəzər hövzəsini Qara dəniz və Aralıq dənizi hövzələri ilə birləşdirən əsas körpülərdən birinə çevrilib. Qlobal enerji təhlükəsizliyi, nəqliyyat-logistika şəbəkələrinin inkişafı, beynəlxalq ticarətin şaxələndirilməsi və regional təhlükəsizlik məsələləri Cənubi Qafqazı dünyanın aparıcı siyasi və iqtisadi güclərinin diqqət mərkəzində saxlayır. Məhz bu mürəkkəb geosiyasi mənzərədə Azərbaycan öz əlverişli coğrafi mövqeyi, balanslaşdırılmış xarici siyasəti və davamlı iqtisadi inkişaf strategiyası ilə regionun əsas aktoru kimi çıxış edir. Qeyd olunmalıdır ki, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ona yalnız tranzit ölkə statusu qazandırmır, həm də müxtəlif regionlar arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və mədəni inteqrasiyanın inkişafında mühüm rol oynamaq imkanı yaradır. Son illər həyata keçirilən genişmiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələri ölkənin regional və beynəlxalq əhəmiyyətini daha da artırır, onu Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində əsas logistika mərkəzlərindən birinə çevirir. Bununla yanaşı, Azərbaycan çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirak etməklə regional sabitliyin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və iqtisadi inteqrasiyanın genişlənməsinə mühüm töhfələr verir.
Azərbaycan əsas rol oynaya bilər...
Hazırkı mənzərədə geosiyasi transformasiyalar, qlobal enerji bazarlarında baş verən dəyişikliklər və yeni nəqliyyat marşrutlarına artan tələbat Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldir. Ölkənin malik olduğu təbii ehtiyatlar, inkişaf etmiş nəqliyyat infrastrukturu, etibarlı tərəfdaş imici və praqmatik xarici siyasət kursu onu regionun sabitlik və əməkdaşlıq gündəliyinin formalaşdırılmasında əsas iştirakçı kimi ön plana çıxarır. Bu baxımdan, Azərbaycanın Cənubi Qafqazda oynadığı rol yalnız milli maraqların təmin edilməsi ilə məhdudlaşmır, həm də daha geniş Avrasiya məkanında sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqinə xidmət edir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Bakıda mətbuata bəyanatında bildirib ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir: “Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik”.
Bakı qütblərarası münasibətlər sistemini yeniləyir...
XXI əsrin ikinci onilliyindən başlayaraq dünya iqtisadiyyatında və siyasətində müşahidə olunan dəyişikliklər artıq qlobal məzmun daşıyır. Rəqəmsallaşma, süni intellektin iqtisadi proseslərə təsiri, enerji bazarlarının yenidən formalaşması, hibrid təhlükəsizlik təhdidlərinin artması və qlobal ticarət yollarının dəyişməsi Avrasiyanın geosiyasi mənzərəsini dərin surətdə transformasiya edir. Bu transformasiyanın ən mühüm mərkəzlərindən biri isə Bakı olaraq qalır. Rəsmi Bakı müasir çağırışları sadəcə izləməklə kifayətlənmir, onları əvvəlcədən qiymətləndirərək çevik şəkildə siyasi, iqtisadi və diplomatik xəttinə tətbiq edir. Burada əsas faktor Azərbaycanın həm Şərq, həm Qərb, həm də Mərkəzi Asiya ilə paralel strateji tərəfdaşlıqlar qurmasıdır. Bu əlaqələr statik deyil, dinamik xarakter daşıyır və Bakı bu dinamikanı idarə etmək bacarığı ilə qlobal səviyyədə fərqlənir. Azərbaycan qlobal dünyanın ən mühüm strateji ünvanlarından biri kimi iqtisadi əlaqələrin güclənməsi ilə yanaşı, paralel olaraq siyasi əlaqələrin dərinləşməsində də mühüm rola malik olur.
- Mərkəzi Asiya ilə Qərb arasında dialoqun genişlənməsi;
- Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi;
- Çinlə iqtisadi əlaqələrin sistemli şəkildə böyüməsi;
- Avropa ilə enerji və logistika istiqamətində yeni müqavilələrin imzalanması.
Bütün bunlar Bakının yaratdığı müasir kommunikasiya arxitekturasının göstəricisidir. Azərbaycanın əsas fərqi ondan ibarətdir ki, o, münasibətləri təkcə möhkəmləndirmir paralel olaraq yeni danışıq masaları yaradır, müxtəlif güclər arasında balans tənzimləyir və qlobal oyunçuların maraqlarını kəsişdirən neytral platformaya çevrilir. Bu proses Bakının Avrasiyadakı sistemləşdirici funksiyasını daha da gücləndirir.
AK Prezidentindən müraciət: Tərəfdaşlıq naminə...
Müasir dünyanın ən diqqətçəkən reallıqlarından biri odur ki, artıq ənənəvi siyasi müdaxilə metodları tədricən öz aktuallığını itirir. Qlobal münasibətlər sistemi elə sürətlə inteqrasiya olunur ki, dünyanın istənilən regionunda baş verən kiçik böhran belə geniş coğrafiyada domino effekti yaradır. Buna görə də münaqişələr, qeyri-sabitlik, təhlükəsizlik boşluqları artıq təkcə siyasi problem deyil - bu, iqtisadiyyatı, energetikanı, logistikanı çökdürə biləcək riskə çevrilib. Bu yeni dövrdə sabitlik artıq üstünlük deyil, məcburi şərtdir. Həm də buna görə Azərbaycan bu gün Avrasiyanın təhlükəsizlik arxitekturasında əvəzolunmaz mövqe qazanır. Rəsmi Bakı 2020-ci ildən sonra regionda yaratdığı yeni reallıqla Cənubi Qafqazda təhlükəsizlik konturlarını tamamilə yenidən formalaşdırdı. Bölgədə artıq müharibə riski demək olar ki, aradan qaldırılıb, separatizm məhv edilib. Ən əsası, Ermənistanın destruktiv siyasətdən uzaqlaşması üçün real mexanizm formalaşdırılıb. Azərbaycanın təhlükəsizlik fəlsəfəsi təkcə hərbi gücə əsaslanmır; bu fəlsəfə iqtisadi əlaqələr sisteminin qurulmasını, enerji davamlılığını və kommunikasiya marşrutlarının şaxələndirilməsini özündə ehtiva edir. İki qitənin qovşağında yerləşən Azərbaycan həm Avropanın enerji təchizatında, həm də Orta Dəhliz boyunca yüklərin təhlükəsiz daşınmasında əsas zəmanətçi ölkə kimi qəbul edilir. Sabitliyin zərurət olduğu coğrafiyada dünyanın güclü aktorları - Avropa İttifaqı, Çin, Türkiyə, Mərkəzi Asiya ölkələri Azərbaycanla əməkdaşlığı prioritet elan edirlər. Çünki bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də təhlükəsizlik baxımından əsaslı mexanizm formalaşdırır. Bu, Azərbaycanın Avrasiyanın strateji mərkəzi statusunun əsas şərtlərindən biridir: Bakı təkcə coğrafi mərkəz deyil, həm də təhlükəsizlik məntiqinin mərkəzidir. Ursula Fon der Lyayenin fikirləri bu tezisin doğruluğunu ortaya qoyur: “Prezident Əliyev, Avropa İttifaqı bu regionun parlaq gələcəyinə inanır. Beləliklə gəlin, dinc Cənubi Qafqaz naminə, Avropaya, Xəzər regionuna və Mərkəzi Asiyaya bağlantısı olan Cənubi Qafqaz naminə, aramızdakı həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışaq”.
Azərbaycan dialoqu praktiki əməkdaşlıq modeli kimi reallaşdırır
Avropa Komissiyasının Bakıya, Prezident İlham Əliyevə xitabən səsləndirliyi bu müraciətin altında uzun illərə söykənən bir sıra məsələlər toplanır:
- Qlobal dünya Prezident İlham Əliyevin yürütdüyü siyasətin düzgün olduğunu, gələcək, hətta qlobal inkişafa yönəldiyini, qitələrarası münasibətlərin sistemləşdirilməsində nümunəvi olduğunu bir daha təsdiqləyir:
- Qlobal dünya Azərbaycanın bölgədə formalaşdırdığı yeni situasiyanın birləşdirici funksionallıq daşıdığını etiraf edir:
- Qlobal dünya uzun illərdir ki, fərqli qütblərə bölünərək rəqabət aparan Şərq ilə Qərbin məhz Azərbaycan vasitəsilə birləşmə imkanını, əməkdaşlıq etmək imkanını etiraf edir.
Bu, olduqca mühüm bir məqamdır. Müasir dövrdə “dialoq” sadəcə diplomatik termin deyil, həm də sivilizasiyaların bir-birini anlamaq, mədəniyyətlərin qarşılıqlı inteqrasiya imkanı qazanmaq, xalqların birgəyaşayış fəlsəfəsini formalaşdırmaq üçün əsas platformadır. Qlobal böhranların, siyasi gərginliklərin, geosiyasi parçalanmaların sürətlə artdığı bir vaxtda dövlətlər arasında etimadın bərpası, fərqli ideoloji sistemlər arasında körpülərin qurulması həyati vacib zərurətə çevrilir. Bu mənada Bakı artıq uzun illərdir ki, sivilizasiyalararası dialoq və əməkdaşlıq məkanının ən nüfuzlu mərkəzlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyev hətta qlobal məkanda rəqib sayılan ölkələri belə vahid ideya uğrunda bir platformada birləşdirir. Bunun ən bariz nümunəsi Azərbaycan tərəfindən keçirilən Qlobal Bakı Forumu, Humanitar Zirvə, BMT Sivilizasiyalar Alyansının yüksək səviyyəli tədbirləri, Türk Dövlətləri Təşkilatının toplantılarıdır - burada hətta fərqli ideoloji baxışa malik ölkələrin rahat dialoq qurmaq imkanı vardır. Azərbaycanın dialoqu sadəcə ideoloji konsepsiya kimi deyil, praktiki əməkdaşlıq modeli kimi reallaşdırır. Bu model nəticə verir - bölgədə siyasi proseslər daha rasional xətt üzrə hərəkət edir, ölkələr arasında etimad artır, iqtisadi layihələr isə daha geniş miqyas qazanır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

