ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar hadisələri barədə məlumatlandırma kampaniyası keçirir
10.01.2015 [11:24]
ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətinin 1990-cı ilin Qanlı Yanvar hadisələri barədə məlumatlandırılması üzrə hər il keçirilən yazılı kampaniyaya başlayıb. Şəbəkənin hazırladığı müraciətdə “Human Right Watch” hüquq müdafiə təşkilatının “Azərbaycanda Qanlı Yanvar” adlı hesabatından faktlar göstərilir, habelə sovet ordusu tərəfindən qətlə yetirilmiş dinc Bakı sakinləri barədə statistik məlumatlar verilir. Müraciətdə deyilir ki, 1990-cı il yanvarın 20-də 26 min nəfərlik sovet qoşunları kontingenti Bakını işğal edərək şəhərin dinc əhalisini qırıb və nəticədə 147 nəfər həlak olub, xeyli adam itkin düşüb. Qeyd edilir ki, sovet qoşunlarının Azərbaycandakı günahsız vətəndaşlara qarşı hücumu 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda dinc əhali arasında törədilmiş qırğının davamı idi. Qanlı Yanvardan sonra 1991-ci ildə Litvada qırğın davam etdirildi.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinə, mətbuatına və bu ölkənin qanunvericilərinə müraciətində o da bildirilir ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinə son qoydu. Müraciətdə deyilir: “20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında matəm səhifəsi kimi qaldı, lakin bu hadisələr həm də 1991-ci ildə respublikamızın müstəqilliyinin bərpa edilməsinə gətirib çıxardı. İyirmi beş ildən sonra da 20 Yanvar öz mahiyyətini itirməyib. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakı şəhərindəki Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda həlak olan insanların xatirəsini yad edir”.
Yazılı kampaniya vasitəsilə ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerika ictimaiyyətinə 20 Yanvar hadisələri barədə məlumat verir, ölkənin qanunvericilərini bu amansız aksiyanı rəsmi şəkildə pisləyən qətnamələr qəbul etməyə çağırırlar.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50

