Azərbaycanda gənclərə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir
11.02.2015 [10:06]
Əli Həsənov: Azərbaycan dövləti nəinki özünün siyasətində gənclərə üstünlük verir, bu istiqamətdə siyasəti prioritet fəaliyyət kimi, gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir
Bu, bir həqiqətdir ki, hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də uğurlu gənclər siyasəti təşkil edir. Gənclər siyasətinin mahiyyətindən bəhs edərkən ümumi olaraq qəbul edilən tərif budur ki, bu siyasət gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Bu baxımdan Azərbaycan dövlətinin də həyata keçirdiyi gənclər siyasəti strateji səciyyə daşıyır. Başqa sözlə, bu siyasətin fonunda gənclərin intellektual, fiziki və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək, gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanmasına, həmçinin, həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti uğurla davam etdirilir
Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanmasını isə bu istiqamətdə atılan növbəti addım kimi dəyərləndirmək olar.
Qeyd etmək lazımdır ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənclərin intellektual, fiziki və mənəvi inkişafına hədəflənib
Yeri gəlmişkən, bu sənədin əhəmiyyətinə toxunan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun vurğuladığı kimi, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın əsas məqsədi qarşıdakı 10 il ərzində Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Bu strategiya əsasən gənclərin intellektual, fiziki və mənəvi inkişafına hədəflənib.
Şübhəsiz, Azərbaycanda gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin idarəetmədə səmərəli və uğurlu təmsil olunmasını təmin etməkdir. Fevralın 5-də Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclasında çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan dövləti nəinki özünün siyasətində gənclərə üstünlük verir, bu istiqamətdə siyasəti prioritet fəaliyyət kimi, gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir: “Bu, onu göstərir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur, həm də gənclərin ideyalarını, təkliflərini bilavasitə özlərindən alaraq həyata keçirir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi məhz bu siyasətin bariz nümunəsidir”.
Yeni Strategiyadan gözləntilər böyükdür
Sözsüz ki, dövlət tərəfindən qəbul olunan hər hansı bir sənəd və yaxud proqramlardan müəyyən gözləntilər də olmalıdır. Elə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bir müddət əvvəl AzərTAc-a müsahibəsində dövlət başçısı tərəfindən qəbul edilən yeni Strategiyadan gözləntilərin çox böyük olduğunu vurğulayıb: “Eyni zamanda, görülən hər bir işin məntiqi sonluğu olmalıdır. Strategiyanın gənclərimizin sosial problemlərinin həlli, onların işsizlik səviyyəsinin aşağı salınması, təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, elm və texnika sahəsində çalışan gənclərin sayının artması və digər sahələrdə əhəmiyyətli nəticələr verəcəyinə əminəm. Şübhə etmirəm ki, əlaqədar dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və fəal gənclərimizin birgə səyləri nəticəsində Strategiyada müəyyənləşdirilən vəzifələr uğurla həll olunacaq, qarşıdakı 10 ildə gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi sahəsində daha əhəmiyyətli addımlar atılacaqdır”.
Azərbaycan gəncliyinin qarşısında duran başlıca vəzifə Strategiyanın həyata keçirilməsinə öz töhfəsini verməkdir
Göründüyü kimi, Strategiyada Azərbaycan əhalisinin əhəmiyyətli hissəsini təşkil edən gənclərin üç əsas istiqamət - intellektual, fiziki və milli-mənəvi dəyərlərə sadiqlik baxımından inkişafı üçün bütün lazımi tədbirlər nəzərə alınıb ki, bütün bunlar da gənc nəslin uğurlu gələcəyinə xidmət edir. Başqa sözlə, Sərəncam gənclərin intellektual, fiziki və mənəvi inkişafını, eləcə də onların ölkənin sosial, iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin edir. Bu mənada, gənclər daim dövlətin diqqət və qayğısı ilə əhatələnir, onların layiqli vətəndaş, kreativ qüvvə kimi formalaşmaları üçün əlverişli şərait yaradılır.
Nəticə etibarilə, indi Azərbaycan gəncliyinin qarşısında duran başlıca vəzifə bu Strategiyanın həyata keçirilməsinə öz töhfəsini verməkdir.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20

