Xətai rayonunun nümayəndə heyəti Türkiyənin Mersin vilayətində səfərdə olub
14.03.2015 [10:46]
Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai rayon bələdiyyəsinin sədri Teymur Məmmədovun daxil olduğu nümayəndə heyəti Türkiyənin Mersin vilayətində səfərdə olub. Səfər Bakının Xətai rayonu ilə Türkiyənin Mersin şəhəri, eləcə də Mersinin Xətai rayonu ilə qardaşlaşmış Tarsus rayonu arasında əməkdaşlıq əlaqələri çərçivəsində həyata keçirilib. Bu əlaqələrin nəticəsi olaraq Tarsusda 2,5 hektar ərazidə salınan Heydər Əliyev Parkında yenidənqurma işləri tamamlanmaq üzrədir. Səfər çərçivəsində nümayəndə heyəti, eləcə də azərbaycanlı və türkiyəli mütəxəssislər Heydər Əliyev Parkında görülən işlərlə tanış olublar. Ərazinin abadlaşdırılması, idman meydançaları, uşaqlar üçün əyləncə meydançalarının yaradılması, peyzaj işləri ilə bağlı müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin qonaq kimi iştirakı ilə Mersin Bələdiyyə Məclisinin toplantısı keçirilib. Toplantıda Xocalı soyqırımının pislənməsi ilə bağlı qətnamənin qəbul edilməsi məsələsi Məclisin gündəliyinə daxil edilib. Yaxın günlərdə qəbul edilməsi nəzərdə tutulan qətnamə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin davamı olacaq. Toplantıdan sonra Mersin Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, deputat Hüseynbala Mirələmov və nümayəndə heyətinin digər üzvləri Xocalı soyqırımı ilə bağlı qəbul edilən mühüm qərara görə Mersin Bələdiyyəsinə minnətdarlıqlarını bildiriblər.
Bələdiyyə sədri Burhanettin Kocamaz bu addımı Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, 2012-ci ildə Bakıya etdiyi səfər zamanı paytaxtımızda gördüyü inkişafın onda yaratdığı xoş təəssüratlar barədə danışıb. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanları haqqında fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti Xətai rayonu ilə geniş əməkdaşlıq tarixinə malik olan Tarsusda da olub. Burada Tarsus şəhər bələdiyyəsinin sədri Şövkət Can ilə Xətai rayon nümayəndə heyəti arasında görüş olub. Görüşdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov səmimi qəbula görə nümayəndə heyəti adından bələdiyyə sədrinə minnətdarlığını bildirərək, Azərbaycan və Türkiyə arasında mövcud dostluq əlaqələrindən danışıb. Xatırladaq ki, Xətai rayonu ilə Tarsus şəhəri 2007-ci ildə qardaşlaşıb. Tərəflər arasındakı əməkdaşlıq çərçivəsində 2011-ci ilin mart ayında Tarsusdakı Berdan çayı üzərindən salınan körpüyə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı verilib. Eyni zamanda, mövcud qardaşlıq münasibətlərini daha da sıxlaşdırmaq məqsədilə 12-15 aprel 2012-ci il tarixdə Burhanettin Kocamazın rəhbərliyi ilə nümayəndə heyətinin Bakı şəhəri, eləcə də Xətai rayonuna işgüzar xarakterli səfərləri də baş tutub.
Nümayəndə heyətinin üzvləri Tarsus bələdiyyəsində də olublar.
Görüşdə Tarsus və Xətai rayonunun yeni seçilmiş bələdiyyə sədrləri Şövkət Can və Teymur Məmmədov əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar. Tarsus Bələdiyyə rəhbərinə Azərbaycan xalçası, eləcə də xatirə hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10

