/ / Türkiyənin 11-ci Prezidenti Abdullah Gülə ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib
Türkiyənin 11-ci Prezidenti Abdullah Gülə ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib
01.05.2015 [10:36]
Aprelin 30-da Türkiyənin 11-ci Prezidenti Abdullah Gülə ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə ADA Universitetinin rektoru Hafiz Paşayev sabiq Prezident Abdullah Gülün həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat verib.
Rektor Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, xüsusilə də elm və təhsil sahələrində əməkdaşlığın inkişafından bəhs edib.
Hafiz Paşayev universitetin Elmi Şurasının qərarı ilə Abdullah Gülün iqtisadiyyat elmindəki nailiyyətlərinə, habelə dünyada sülhün bərqərar olmasında və Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində mühüm roluna görə bu ali təhsil ocağının fəxri doktoru adına layiq görüldüyünü bildirib və diplomu sabiq Prezidentə təqdim edib.
Mərasimdə çıxış edən Abdullah Gül Azərbaycana səfərindən və III Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edib. O, fəxri doktor adına layiq görülməsinə görə universitetin kollektivinə minnətdarlığını bildirib.
Azərbaycanda bütün sahələrdə müşahidə edilən inkişaf proseslərinin qürurverici olduğunu söyləyən Abdullah Gül ölkəmizin birinci Avropa Oyunları və digər mühüm tədbirlərə ev sahibliyi edəcəyini xatırladıb. Azərbaycanın regionun mərkəzinə çevrildiyini deyən sabiq Prezident vurğulayıb ki, onun paytaxtı Bakı tarixi şəhərdir. XIX əsrdə neftin tapıldığı önəmli şəhərlərdən biri kimi Bakı dünyada nüfuzlu şəxsiyyətlərin diqqətini cəlb edib. Bakı həm də siyasi paytaxtdır. Bu şəhərdə bir çox mötəbər beynəlxalq tədbirlər keçirilir.
Türkiyənin 11-ci Prezidenti deyib ki, Azərbaycan enerji resursları ilə zəngin ölkədir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri xəyal kimi görünürdü. Ancaq bu layihə reallaşdı. Sonra Bakı-Tbilisi-Ərzurum qaz boru xətti reallaşdı. Çəkiləcək TANAP kəməri Azərbaycanı Avropada önəmli enerji mənbəyinə çevirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xətti də çox vacib layihədir. Dünya birliyi bu layihələrə böyük önəm verir.
Abdullah Gül deyib ki, bu gün Cənubi Qafqazda təhlükəsizlik və stabillik yoxdur: “Bunun əsas səbəbi də Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olmasıdır. Bu vəziyyətə qısa vaxtda son qoyulması üçün hər kəs əlindən gələni etməlidir. Minsk qrupunun son 20 illik fəaliyyəti qənaətbəxş deyil. Dünyada ikili standartlar mövcuddur. Bu da işğalın davam etməsinə şərait yaradır. Beynəlxalq ictimaiyyət Ukraynadakı vəziyyətə reaksiya verir, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi ilə bağlı isə səssiz qalır. Buna görə də beynəlxalq hüquqa inam azalır. Azərbaycan torpaqlarının işğalına tez bir zamanda son qoyulmalı və Cənubi Qafqazda təhlükəsizlik təmin olunmalıdır”.
Ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini deyən sabiq Prezident qeyd edib ki, Azərbaycan və Türkiyə həmişə olduğu kimi, bütün məsələlərdə birgə fəaliyyət göstərəcək və bir-birinin yanında olacaq. Azərbaycanın mübarizəsi Türkiyənin mübarizəsi, Türkiyənin mübarizəsi Azərbaycanın mübarizəsidir.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

