/ / Almaniyanın xarici siyasət reallıqları və hegemonluq fəlsəfəsi: əməkdaşlıq, yoxsa gizli təzyiq cəhdləri?
Almaniyanın xarici siyasət reallıqları və hegemonluq fəlsəfəsi: əməkdaşlıq, yoxsa gizli təzyiq cəhdləri?
24.06.2015 [09:41]
Müasir dünya siyasətində müxtəlif geosiyasi məkanların aparıcı aktorlarının hegemonluq mübarizələrinə rast gəlinir. Bu kontekstdə cərəyan edən proseslər ayrı-ayrı bölgələrin siyasi, iqtisadi mənzərəsinə təsir etməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin də xarakteristikasında müəyyən izlər buraxır. Avrasiyanın klassik geosiyasi tendensiyası kimi səciyyələndirilən bu halların müşahidə edildiyi məkanlardan biri də iki dünya müharibəsinə və sərt rəqabətlərə ev sahibliyi etmiş Avropadır.
Hazırda “qoca qitə”də cərəyan edən proseslərin xarakteristikasından görünür ki, Avropa ekspansiyası daha çox Almaniyanın timsalında müşahidə olunur. Regionun iqtisadi, siyasi və təhlükəsizlik rıçaqlarını özündə cəmləşdirən Berlin Avropada vahid hegemon güc kimi formalaşmağa çalışır. “NeoHitler” obrazını yaratmağa çalışan kansler Angela Merkel isə baş rolda çıxış edir...
Almaniyadan Azərbaycana geosiyasi baxış: mövcud reallıqlar nəyi tələb edir?
Almaniyanın Avropada hegemonluq siyasəti iki trend kontekstində cərəyan edir. Birincisi klassik vasitə kimi “qoca qitə”nin lokomotivləri və digər dövlətləri üzərində təsir mexanizmini gücləndirməkdirsə, ikincisi ayrı-ayrı regionlarda üstün nüfuza və əhəmiyyətli potensiala malik olan ölkələri təsir dairəsinə almaqdır. Bu kontekstdə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla münasibət və ölkəmizə qarşı atılan addımlar da xüsusi yer tutur...
Əsas etibarilə, Almaniyanın Azərbaycana geosiyasi baxışı daha çox əməkdaşlıq formatı üzərində təşəkkül tapıb. Çünki Cənubi Qafqazın lider aktoru olan Azərbaycanla çoxşaxəli strateji münasibətlər yaxşı perspektiv vəd edir. Öz növbəsində, bu kontekstdə bir sıra məqamlara ayrıca nəzər yetirmək məqsədəmüvafiqdir.
İlk növbədə, qeyd edək ki, müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqazın lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycan həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir. Digər tərəfdən, Azərbaycanın xarici siyasət kursunda Avroatlantik qurumlarla əlaqələr və Qərb dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycan əksər Qərb dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir. Qərb dövlətlərinin özünün müsbət beynəlxalq imicini formalaşdırmış Azərbaycanla əməkdaşlığa olan yüksək marağı, eləcə də, ölkəmizin milli siyasi və iqtisadi maraqları zəminində respublikamızın Avropa məkanına inteqrasiyası davam etməkdədir. Bu kontekstdə Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir. Azərbaycanla Almaniya arasında əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir.
Almaniya rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanla əməkdaşlıq təkcə Xəzər hövzəsində əhəmiyyətli strateji üstünlük əldə etmək deyil, eyni zamanda, Avrasiyada geosiyasi mövqeyin güclənməsidir. Dolayısıyla, mövcud reallıqlar və geostrateji tendensiyalar Almaniyanın Azərbaycanla əməkdaşlıq əlaqələrini inkişaf etdirməsini tələb edir...
Almaniyanın anti-Azərbaycan kampaniyası: faktlar nə deyir?
Amma bir çox hallarda Almaniya Azərbaycana münasibətdə doğru strateji və taktiki seçimlər etmir, əməkdaşlıq əvəzinə təzyiq metoduna istinad edir. Bu isə həm bu ölkənin özü üçün bumeranq effekti yaradır, həm də ikitərəfli münasibətlərin mahiyyətinə zidd hal kimi çıxış edir. Məsələn, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Almaniya ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmaq üçün genişmiqyaslı “qara piar” kampaniyasının mərkəzində yer aldı. Bu ölkənin “Spiegel”, ARD kimi aparıcı KİV-lərində Azərbaycana qarşı qərəzli materiallar verilməsi Berlinin müəyyən dairələrinin Azərbaycanla bağlı maraqları ilə uzlaşdırıldı. Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondlar fəallaşdılar, Almaniyanın rəsmi şəxslərinin, parlamentarilərinin müxalifət partiyalarının rəhbərləri ilə görüşləri intensiv xarakter aldı.
Həmin dövrdə Almaniya hökumətinin İnsan Hüquqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarından birinə çevrildi. O, 2011-ci ilin avqustunda Azərbaycana səfəri zamanı kəskin fikirlər söylədi: “Almaniya Azərbaycanda dəyişikliklər etmək üçün sizə hər zaman kömək etməyə hazırdır”. Löninqin anti-Azərbaycan ritorikası 2013-cü ilə kimi, BMT-nin İnsan Hüquqları Komissiyasında Almaniyada insan hüquq və azadlıqlarının pozulması, irqçilik və ksenofobiya faktlarının artmasını nəzərdə tutan hesabatın açıqlandığı günə qədər davam etdi.
Almaniyadan Azərbaycana qarşı digər kampaniya isə Avropa Şurasının insan hüquqları üzrə məruzəçisi Kristofer Ştrasserin xəttilə təşkil edildi. Lakin AŞ PA-nın 2013-cü il yanvar sessiyasında onun Azərbaycana dair məruzəsi fiaskoyla nəticələndi.
Bundan sonra isə Bundestaqın Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini, Yaşıllar Partiyasının fəalı, ermənipərəst Viola fon Kramon bildirdi ki, Bundestaqın “Eurovision-2012” mahnı müsabiqəsinin boykot edilməsi ilə bağlı Avropa İttifaqı ölkələrinə müraciət etməsinə nail olacaqlar. Bu partiyanın Almaniya parlamentindəki nümayəndəsi Folker Berq isə mətbuata açıqlamasında dedi ki, “Bakı “Eurovision”un keçirilməsi üçün münasib yer deyil”.
Sadalananlardan əlavə, 2012-ci ilin martında Azərbaycanda səfərdə olmuş Almaniyanın xarici işlər naziri Guido Vestervellenin, bu ölkənin Azərbaycandakı səfiri Herbert Kvellenin müxalifət fəalları ilə davamlı təmasları onu ifadə edirdi ki, Almaniya dövlət səviyyəsində anti-Azərbaycan kampaniyası aparır. 2012-ci ildə Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini və Fridrix Nauman Fondunun xəttilə Bakıda keçirilən bütün tədbirlərin aparıcı siması olan Mixael Linkin Almaniya xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunması AXCP-də böyük ruh yüksəkliyi ilə qarşılanmışdı.
Azərbaycanın konkret tələbləri və Almaniya rəsmilərinin zəmanəti
Bu kontekstdə bir nüansa da diqqət yetirmək lazımdır. Belə ki, 2012-ci ildə “Eurovision” mahnı yarışması ərəfəsində Almaniyanın xarici işlər naziri Guido Vestervellenin Azərbaycana səfərinin indiyə kimi açıqlanmamış təfərrüatları ictimai maraq baxımından böyük əhəmiyyət kəsb edir. Həmin il martın 15-də - Almaniyadan Azərbaycana qarşı kampaniya başlandığı bir dövrdə G.Vestervelleni qəbul edən Prezident İlham Əliyevin məsələ ilə əlaqədar ona Öz iradlarını bildirdiyi ehtimal edilə bilər. Güman ki, Vestervelle dövlət başçısını əmin etməyə çalışıb ki, bu, Almaniya hökumətinin rəsmi xətti deyil. Vestervelle Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla mətbuat konfransında da Almaniya mediasının Azərbaycana qarşı kampaniyası ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, “Almaniyada media azaddır və onun üzərində nəzarət yoxdur. Ancaq Almaniyada Azərbaycan haqqında fikir müxtəlifliyi də var və bəziləri hesab edirlər ki, Azərbaycan inkişaf edən ölkədir”.
Aprel ayında isə Almaniyanın Azərbaycandakı səfiri H.Kvelle Prezident Administrasiyasına müraciət ünvanlayaraq xahiş etmişdi ki, Azərbaycan Prezidenti ABŞ-a səfəri zamanı G.Vestervelle ilə yenidən görüşmək məsələsini nəzərdən keçirsin. Buna səbəb isə Almaniyadan təşkil olunmuş və getdikcə güclənən anti-Azərbaycan kampaniyasının Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanması və güclü cavab reaksiyasının başlanmasıydı. Alman QHT-lərinin Azərbaycandakı ofislərinin fəaliyyətinə təhlükə yarandığı bir zamanda Azərbaycan hökuməti də bu ölkə ilə iqtisadi sahədə əməkdaşlıq məsələlərini yenidən nəzərdən keçirməyə hazırlaşırdı.
Qeyd edək ki, 2012-ci il mayın 4-də Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etmək üçün Nyu Yorka səfər etmişdi. Məhz həmin səfər çərçivəsində İlham Əliyevin Vestervelle ilə görüşü baş tutmuşdu. Rəsmi məlumata əsasən, Prezident İlham Əliyev ölkələr arasında uzun illər davam edən dostluq və əməkdaşlıq mühitinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulamışdı. Ancaq əminliklə demək olar ki, həmin görüşdə İlham Əliyev Vestervelleyə sərt xəbərdarlıq edərək Almaniya hökumətinin qeyri-səmimi davranışının ikitərəfli münasibətlərə mənfi təsir etdiyini onun diqqətinə çatdırmışdı. Çünki hadisələrin gedişi təsdiq edirdi ki, anti-Azərbaycan kampaniyası heç də spontan şəkildə yaranmamışdı və bu prosesin arxasında konkret qüvvələr dururdu. Buna görə də Almaniya hakimiyyəti qeyri-konstruktiv siyasətini davam etdirəcəyi halda, ikitərəfli münasibətlərdə ciddi problem yaranacağı gözlənilə bilərdi. Bundan çıxış edərək söyləmək olar ki, görüşdə Vestervelle də Azərbaycan dövlət başçısını problemin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz və hiss olunacaq tədbirlərin görüləcəyinə əmin etmişdi.
Bütün bu məqamlar və ölkəmizə qarşı aparılan kampaniya göstərdi ki, Almaniyanın Azərbaycanla bağlı konkret planları var. Bu planların ana xəttini isə Azərbaycanı təsir altına salmaq təşkil edirdi.
Bu planlar çərçivəsində 2005-2009-cu illərdə Almaniya xarici siyasət idarəsinə rəhbərlik etmiş Frank-Valter Ştaynmayer yenidən bu vəzifəyə qaytarılmışdı. Bu şəxs Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. O, 2007-ci ildə də Bakıda səfərdə olmuşdu. Xarici işlər nazirinin Azərbaycana növbəti səfəri isə onun 2014-cü ilin oktyabrında Cənubi Qafqaz turnesi çərçivəsində reallaşmışdı. Ştaynmayer Azərbaycana vacib missiya ilə gəlmişdi - onun üzərinə 2012-ci ildən iki ölkənin münasibətlərində yaranmış durğunluğu aradan qaldırmaq yükü qoyulmuşdu. Bu məqsədlə Almaniya hökuməti xüsusi təkliflər paketi ilə də çıxış etmişdi. Ancaq problemi həll etmək üçün Azərbaycanın da öz tələbləri var idi. Ehtimal ki, həmin vaxt xarici işlər nazirini qəbul edən Prezident İlham Əliyev ona bu tələbləri (Azərbaycan müstəqil dövlətdir, öz beynəlxalq əlaqələrini milli maraqlar və müstəqillik prinsipi əsasında qurur) çatdırmışdı. Güman ki, “Eurovision” yarışması dövründə Almaniyadan aparılan qarayaxmanın konturları, onun başlıca məqsədlərinə dair Azərbaycanın rəyi də Ştaynmayerin diqqətinə çatdırılmış və belə bir şəraitdə səmərəli əməkdaşlıq əlaqələrinin mümkün olmadığı xüsusi vurğulanmışdı. Təbii ki, məqsədli şəkildə Azərbaycana gələn Ştaynmayerin Almaniya hakimiyyətinin bundan sonrakı dövrdə hərtərəfli əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu, baş vermiş halların bir daha təkrarlanmaması üçün tədbirlər görüldüyünü deməkdən başqa çıxış yolu yox idi. Bununla da Almaniyanın xarici işlər naziri sonrakı dövrdə Almaniyanın Azərbaycana qarşı səmimi davranacağına zəmanət vermiş olurdu.
Görünür, məhz Ştaynmayerin zəmanətindən sonra Prezident İlham Əliyev Azərbaycan hökumətinə Almaniya ilə iqtisadi, siyasi və humanitar sahədə əlaqələrin bərpa olunması, alman şirkətlərinin Azərbaycanda fəaliyyətinə əlverişli şərait yaradılması barədə tapşırıq vermişdi.
İlk Avropa Oyunlarına qarşı “qara piar” və təzyiq kampaniyasında Almaniya xüsusi fəallıq nümayiş etdirdi
Bütün bunlara rəğmən, ilk Avropa Oyunları ərəfəsində də ABŞ-ın əsasında durduğu, Avropadan idarə edilən anti-Azərbaycan kampaniyasında Almaniya xüsusi fəallıq nümayiş etdirdi. Təkcə iyunun 1-dən 15-dək bu ölkənin mediası Azərbaycanla bağlı 30-a yaxın tənqidi material yayımladı. Bunlarla yanaşı, Avropa Parlamentində təşkil edilən müzakirələrin də arxasında məhz Almaniyanın durduğu sirr deyil.
Bu kontekstdə iyunun 12-də Almaniya Bundestaqında CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) və SPD (Sosial Demokratlar Partiyası) fraksiyalarının irəli sürdüyü “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qətnamənin qəbulu Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb oldu. Bu hal növbəti dəfə onu göstərdi ki, Avropanın bəzi dairələrinin fəaliyyətinin timsalında “demokratiya” oyunu müstəqil milli dövlətlərə, o cümlədən, Azərbaycana qarşı təzyiq məqsədinə xidmət edir. Almaniyanın ilk sırada olduğu bu dairələr ölkəmizdə insan hüquqlarının vəziyyətini tənqid obyektinə çevirsələr də, yaxşı bilirlər ki, Azərbaycanda insan və vətəndaş hüquqları yüksək səviyyədə təmin edilib, ölkəmiz demokratik inkişaf yolunda əmin addımlarla irəliləyir. Daha dəqiq desək, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.
Onu da vurğulamaq gərəkdir ki, Almaniya Bundestaqında belə bir qətnamənin qəbul edilməsi mövcud reallıqların təhrif olunması ilə yanaşı, həm də Azərbaycan-Almaniya münasibətlərinin ruhuna, mahiyyətinə ziddir. Əsas etibarilə, bu cür addımlar Azərbaycana qarşı aparılan “qara piar” kampaniyasına dəstək xarakteri daşıyır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı açıqlamasında bildirildi ki, belə bir qətnamənin qəbulu Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir: “Hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da istintaq və məhkəmə prosesinə təzyiq etmək qəbuledilməzdir. Azərbaycan Respublikasında heç bir şəxs öz jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmur. Həmin qətnamədə əksini tapmış ittihamların heç bir əsası yoxdur. Hesab edirik ki, bu, Azərbaycanın nüfuzuna xələl yetirmək məqsədi güdən qrupların və ya digər dövlətlərin qərəzli şəkildə təqdim etdiyi yanlış məlumatlardan qaynaqlanır”.
Bunlarla yanaşı, qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, Ermənistanın apardığı etnik təmizləmə nəticəsində zəbt olunmuş ərazilərdən, həmçinin, Ermənistandan didərgin salınmış qaçqın və məcburi köçkünlər barədə məlumat qeyd edilsə də, təəssüflə bildirmək lazımdır ki, ən bəsit konvension hüquqları kobud şəkildə pozulmuş bu insanların hüquqlarının müdafiəsi və Ermənistan tərəfinin bu əməllərinə görə məsuliyyəti barədə heç bir çağırış və ya tələb əks olunmur. Əlbəttə, qətnaməni qəbul edən subyektlər demokratiya təəssübünü çəksəydilər, 20 ildən artıqdır Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, həmçinin, adi insani hüquqlarının pozulması, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və s. bu kimi faktları da gözardı etməz, Ermənistana təzyiq göstərməyə çalışardılar.
Beləliklə, Almaniya Bundestaqında qəbul edilmiş qətnamə qərəzli və qeyri-obyektiv olmaqla yanaşı, bu ölkənin imicinə və nüfuzuna da mənfi təsir göstərir. Bütün hallarda, Azərbaycan ictimaiyyəti belə bir addımın atılmasına etiraz etdi, həmin dairələri ikili standartlardan əl çəkməyə çağırdı.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55

