/ / Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun 3-cü iclasının iştirakçıları Milli Məclisdə olublar
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun 3-cü iclasının iştirakçıları Milli Məclisdə olublar
04.09.2015 [10:18]
Sentyabrın 3-də Milli Məclis sədrinin müavini Bahar Muradova Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Qadınlar Qolunun 3-cü iclasının iştirakçıları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iclasın nəticələrinin uğurlu olduğunu söyləyən Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) ICAPP-ın fəal üzvlərindən biri olduğunu bildirib. Bahar Muradova deyib ki, YAP artıq qurumun bir sıra tədbirinə ev sahibliyi etməklə həm bu təşkilatdakı fəaliyyətinə verdiyi önəmi, həm də bu ICAPP-ın qarşısına qoyduğu hədəfləri dəstəklədiyini nümayiş etdirir. Bu beynəlxalq təşkilatla münasibətlərimizin qısa vaxtda formalaşmasına baxmayaraq, birlikdə çox böyük yol keçmişik.
Diqqətə çatdırılıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə sürətli və dinamik inkişaf yolu keçərək beynəlxalq aləmdə özünə layiqli yer tutub. Parlamentin sədr müavini ICAPP Qadınlar Qolunun 3-cü iclasında yoxsulluğun aradan qaldırılması, təhsil və sağlamlıq məsələləri, qadınların səlahiyyətləndirilməsi, siyasi təmsilçilik kimi mühüm məsələlərin müzakirə olunduğunu bildirərək deyib: “Bu problemlərin aradan qaldırılması işinə daha yaxından qoşulmaq və töhfə vermək üçün qadınlar ilk növbədə siyasi təmsilçilik sahəsində uğurlar qazanmalıdırlar. Azərbaycan məhz bunu prioritet istiqamət kimi qəbul edib. Azərbaycan Asiya ölkələrinin siyasi partiyaları ilə münasibətlərinə mühüm əhəmiyyət verir”.
Vurğulanıb ki, hazırda dünyada mövcud münaqişə ocaqlarının 80 faizi Asiya ölkələrinin payına düşür. Kasıblıq, təhsildə gerilik, səhiyyə sahəsində problemlər, ailə-məişət zəminində baş verən zorakılıqlar, erkən nikah, dini-milli dözümsüzlük, ayrı-seçkilik, bütün bunlar Asiyadakı vəziyyəti öz xeyrinə dəyişmək istəyən qüvvələrin əlinə çox ciddi əsaslar verir.
ICAPP daimi komitəsinin həmsədri və qurumun baş katibi Çunq Eu Yonq təşkilata verdiyi dəstəyə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib. ICAPP-ın Qadınlar Qolunun fəaliyyəti barədə məlumat verən Çunq Eu-Yonq dünən qəbul olunan “Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi”nin təşkilatın gələcək fəaliyyətinin əsas istiqamətlərini özündə əks etdirdiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30

