Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir
17.09.2015 [10:13]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 16-da ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov son günlərdə Türkiyədə törədilən terror hadisələri nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib, yaralananlara şəfa diləyib. Milli Məclisin sədri deyib ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir və dünya ölkələri üçün nümunədir. O, əlaqələrimizin iqtisadi sahədə də çox yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, hazırda Azərbaycanda 2400-ə yaxın Türkiyə şirkəti, qardaş ölkədə isə 1300-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir. Ümumiyyətlə, 2020-ci ilədək Azərbaycanın Türkiyə iqtisadiyyatına yatıracağı sərmayələrin həcmi 20 milyard dollara çatacaq. Türkiyə şirkətləri də Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyublar. Ən önəmlisi odur ki, bu sərmayələrin 45 faizi qeyri-neft sektoruna yönəlib.
Oqtay Əsədov deyib ki, ölkələrimiz arasında əlaqələrin inkişafı bəzi qüvvələrin xoşuna gəlmir. Ancaq biz bilirik ki, həm Türkiyə, həm də Azərbaycan müstəqil siyasət aparır və aparacaq, münasibətlərimiz daha da möhkəmlənəcək.
Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O deyib ki, ölkələrimiz arasında əlaqələr gündən-günə inkişaf edir. Ticarət sahəsində əlaqələrimiz, qarşılıqlı sərmayələrimiz artır. Hədəflərimiz böyükdür. Birlikdə layihələr həyata keçiririk. Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP kimi önəmli layihələr gündəmdədir.
Nazir vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstəyini davam etdirəcək. Türkiyə xarici siyasət idarəsinin rəhbəri parlamentlərarası əlaqələrin inkişafına da önəm verildiyini, bu sahədə sıx əməkdaşlığımızın mövcud olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, parlamentarilərimiz beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləyirlər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

