“Od təkcə düşdüyü yeri yandırsa da, tüstüsü çoxlarının gözlərini yaşardır”
30.09.2015 [09:55]
Bahar Muradova: Süngü ucunda “demokratiya” bəxş etmək istədiyiniz bütöv bir regiona bədbəxtlik və səfalət gətirildi, səsiniz çıxmadı
Hazırda Avropada miqrasiya məsələsi ciddi problemə çevrilib. Belə ki, Avropa ölkələrinin əksəriyyəti ağır problemlər, münaqişələr səbəbindən öz torpaqlarını tərk etmək məcburiyyətində qalan müsəlmanları qəbul etmək istəmir. Öz növbəsində, sözügedən məsələyə münasibət bildirən Milli Məclisin sədr müavini Bahar Muradova deyib: “Avropa - avropalılar üçündür”, “Miqrantlara yox”, “İslama nifrət” deyə bağıran avropalılara üzümü tuturam. Onların içərisində isə şəxsən tanıdığım həmkarlarımdan (ATƏT və digər təşkilatlarda olan parlamentarilər və ictimai-siyasi xadimlər daxil olmaqla) soruşmaq istəyirəm:
Bu gün bu binəvaların üzərinə bütün qapıların bağlanmasını can-dildən tələb etdiyiniz halda, nədən zamanında öz ölkələrinizin yüksək və hərbi rəsmilərinin qərarlarına etiraz etmədiniz?
Nədən Orta Şərq və Şimali Afrika ölkələrinin ərazi bütövlüyünün, suverenliyinin sarsıdılmasına, legitim hakimiyyətlərinin devrilməsinə, minillik tarix və mədəniyyətlərinin dağıdılmasına qarşı çıxmadınız?
Nədən milyonlarla insanın öz yurdunda özləri üçün məqbul hesab etdikləri həyatlarının alt-üst edilməsini qınamadınız? “Afrika - afrikalılar üçündür” söyləmədiniz?
Nədən terrorçu qrupların yaradılması, maliyyələşdirilməsi, silahlandırılması və nəhayətdə dünyəvi islam dövlətlərinin dağıdılıb yerlə yeksan edilməsinə yönəldilməsinə “yox” demədiniz?
Bu susqunluğunuzla da İslamın “sülh, qardaşlıq və bərabərliyə” deyil, terror və müharibələrə yol açan bir din olduğunu sübuta yetirmək istəyən başbilənlərinizlə eyni mövqedən çıxış etməklə daha artıq suç işlətdiniz.
Süngü ucunda “demokratiya” bəxş etmək istədiyiniz bütöv bir regiona bədbəxtlik və səfalət gətirildi, səsiniz çıxmadı. İmdad dilədilər, eşitmədiniz. “Kömək edin, xilas edin” dedilər - halınızı pozmadınız. Yenə susdunuz.
Düşünmədinizmi ki, od təkcə düşdüyü yeri yandırsa da, tüstüsü çoxlarının gözlərini yaşardır.
Amma, deyəsən, indiki halda sizi narahat edən təkcə tüstüdən yaşaran gözləriniz deyil, həm də adət etdiyiniz komfortlu həyatın bir balaca pozulmasıdır.
Bəs necə, əlbəttə ki, narahatlığınıza çox ciddi əsaslar var. Dünyanın bir yarısını öz ambisiyalarına qurban verməyə hazır olanların təkcə məlum regionu və onun xalqlarını deyil, həm də sizin “rahatlığınızı” hədəf aldıqlarını düşünməliydiniz. Milyonlarla insan iztirablar, qanlar və ölümlər məngənəsində çabalayarkən sizin qayğısız həyat sürəcəyinizə inamlarınız artıq puç olmaqdadır.
Odur ki, həyəcan təbili çalırsınız. Amma yenə də bu təbili bütün insanlıq və bəşəriyyət üçün deyil, yalnız özünüz üçün çalmaqdasınız.
Ölkələrinizin sərhədində, evlərinizin qapılarında bir içim su, bir tikə çörək, daldalanmaq üçün bir parça yer həsrətində olan milyonlar dünənədək müdrik bir əda ilə “hüquqlarını qorumaq, demokratik və azad cəmiyyət bəxş etmək” istədiyiniz həmin insanlardır. Onlar bu “cəmiyyət”i Sizinlə bölüşmək istəyirlər.
Nə deyirsiniz, razısınız, yoxsa yox?
Səsiniz gəlsin”.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52

