/ / Azərbaycan nümayəndə heyəti Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin sessiyasında iştirak edir
Azərbaycan nümayəndə heyəti Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin sessiyasında iştirak edir
06.10.2015 [10:12]
Oktyabrın 5-də Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 66-cı sessiyası öz işinə başlayıb.
Azərbaycan Respublikası 2012-ci ildən etibarən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin tam hüquqlu üzvüdür. Doxsan səkkiz üzv dövlətin təmsil olunduğu Qaçqınlar üzrə Ali Komissarlığın İcraiyyə Komitəsinin sessiyasında qaçqın, məcburi köçkün və miqrasiya sahələri üzrə məsul nazirlər, yüksək vəzifəli dövlət rəsmiləri, BMT-nin Cenevrə Bölməsi yanında fəaliyyət göstərən daimi nümayəndələr, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və digər aidiyyəti şəxslər iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycanı Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Nazim Salmanov, BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli və daimi nümayəndəliyin əməkdaşları daxildir.
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş sessiyanın açılışında çıxış edərək tədbirin gündəliyindəki məsələlər, habelə Ali Komissarlıq tərəfindən 2015-ci il ərzində görülmüş işlər və növbəti il üçün qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib. O, son 5 il ərzində 15 yeni münaqişə ocağının yarandığını, münaqişələr nəticəsində didərgin vəziyyətinə düşən şəxslərin sayının dörd dəfə artdığını bildirib. Ali komissar hazırda dünyada münaqişə və təqiblərdən əziyyət çəkən 60 milyondan çox qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxsin mövcud olduğunu diqqətə çatdırıb. Ötən il ərzində Ali Komissarlığın müxtəlif donorlardan əldə etdiyi ianələrin həcminin 3,3 milyard ABŞ dolları təşkil etdiyini, lakin bunun mövcud ehtiyacları qarşılamağa kifayət etmədiyini vurğulayıb. Eyni zamanda, Avropada qaçqınların hazırkı vəziyyəti, mövcud və yeni yaranan münaqişələr, eləcə də digər humanitar böhranlardan əziyyət çəkən qaçqın və məcburi köçkünlər məsələsinə, habelə onların öz doğma yurd-yuvalarına qayıtmalarının vacibliyinə diqqət yetirib.
Oktyabrın 9-dək davam edəcək sessiya çərçivəsində bu gün ümumi müzakirələr zamanı və oktyabrın 7-də əfqan qaçqınları məsələsinə həsr olunan yüksək səviyyəli seqmentdə Azərbaycan nümayəndə heyətinin çıxışları nəzərdə tutulub.
Xatırladaq ki, İcraiyyə Komitəsi BMT İqtisadi və Sosial Şurası tərəfindən 1958-ci ildə yaradılıb və BMT Baş Assambleyasının köməkçi orqanı qismində fəaliyyət göstərir. İcraiyyə Komitəsinin ildə bir dəfə keçirilən sessiyası zamanı ötən il ərzində Ali Komissarlıq tərəfindən görülmüş işlər və növbəti il üçün qarşıda duran vəzifələr barədə müzakirələr aparılır, habelə büdcə, idarəçilik, maliyyə və inzibati nəzarətlə bağlı müvafiq qərarlar qəbul edilir.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33

