/ / Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasına start verib
Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasına start verib
10.10.2015 [12:48]
Oktyabrın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərin təbliğat - təşviqat kampaniyasına start verilib.
Yeni Azərbaycan Partiyası (YAP) seçkilərə möhtəşəm hazırlıq işlərini uğurla yekunlaşdırıb, dünən səhər saatlarından etibarən təbliğat - təşviqat kampaniyası çərçivəsində həyata keçiriləcək tədbirlərin icrasına başlayıb. YAP-ın Mərkəzi Seçki Qərargahının yerli strukturları əvvəlcədən müəyyənləşmiş qrafikə uyğun fəaliyyətə başlayıb, Yeni Azərbaycan Partiyasının namizədlərinin təşviqat materialları bütün dairələr üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşmiş ünvanlarda yerləşdirilib, YAP-ın Milli Məclisin deputatlığına namizədlərinin seçicilərlə görüşlərinə başlanıb.
Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq işləri çərçivəsində rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə bir neçə ümumrespublika müşavirəsi keçirilib, müşavirələrdə seçkilərə hazırlıq işləri müzakirə edilib, Mərkəzi Seçki Qərargahı tərəfindən yerli şöbələrə konkret tapşırıqlar və tövsiyyələr verilib.
1 noyabr 2015-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 117 dairə üzrə namizəd irəli sürülüb. Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasını qısa müddət ərzində uğurla başa çatdırıb, namizədləri dairə seçki komisiyaları tərəfindən Milli Məclisin deputatlığına namizəd kimi qeydə alınıb. Bununla da, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, seçkilərdə seçki dairələrinin 60-dan coxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanıb.
Uğurla başa çatmış imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.
Yeni Azərbaycan Partiyası seçkiləri müşahidə etmək üçün dairə seçki komisiyalarına 125 nəfər müşahidəçi, daha 125 nəfər məşvərətçi səs hüquqlu nümayəndə, seçki məntəqələrində müşahidəçi kimi 5415 nəfər, məşvərətçi səs hüquqlu nümayəndə qismində də 5415 nəfər təyin edib. Beləliklə, Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkiləri təxminən 11 min nəfər müşahidəçi ilə izləyəcəkdir.
Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərin təbliğat - təşviqat kampaniyasını da yüksək əhval - ruhiyyə və inamla həyata keçirmək əzmindədir. Bu məqsədlə Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilən hazırlıq işləri tam başa çatıb.
Oktyabrın 9-dan etibarən YAP-ın seçki dövrünü əhatə edəcək “www.yap.az” seçki saytı seçicilərin istifadəsinə təqdim edilib.
“Yeni hədəflərə doğru!” şüarı ilə təqdim edilən seçki saytında “Namizədlər”, “Azərbaycan: 2005-2015”, “10 uğurlu zirvə”, “Yeni hədəflərə doğru 10 addım” və “Seçici siyahısı” “ bölmələri yaradılıb.
“Namizədlər” bölməsində Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər haqqında məlumat yer alıb.
“Yeni hədəflərə doğru” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının seçki proqramını özündə əks etdirən buklet artıq nəşr edilib. Seçkilərin təbliğat-təşviqat kampaniyası dövründə təbliğat vasitəsi kimi istifadə ediləcək bu bukletdə Azərbaycanın son 10 ildə qazandığı möhtəşəm uğurlar və qarşıdan gələn 10 il üçün müəyyənləşmiş yeni hədəflər öz əksini tapıb.
Bukletdə 2005-2015-ci illərdə Azərbaycanda fəth edilmiş 10 uğurlu zirvə sahələr üzrə təqdim edilib.
Yeni Azərbaycan Partiyası tərəfindən təbliğat-təşviqat vasitəsi kimi daha bir material - “Azərbaycan: 2005-2015” seçki flayeri hazırlanaraq seçicilərin ixtiyarına təqdim edilib. Təşviqat vasitəsi kimi nəzərdə tutulan bu flayerdə Azərbaycanın son 10 ildə qazandığı möhtəşəm uğurlar konkret rəqəmlərlə ifadə edilib.
Göründüyü kimi, Yeni Azərbaycan Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işlərini ən yüksək səviyyədə başa çatdırıb və bu yüksək hazırlıq işlərinin sayəsində seçkilərin təbliğat - təşviqat kampaniyasına uğurla start verib. Möhtəşəm kampaniya möhtəşəm qələbənin təminatıdır. Yeni Azərbaycan Partiyasını bu seçkilərdə növbəti möhtəşəm qələbə gözləyir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59

