/ / Nigar Arpadarai: AZƏRTAC ilə əməkdaşlığımız “Formula-1” Avropa Qran-prisinin geniş işıqlandırılmasına töhfə verə bilər
Nigar Arpadarai: AZƏRTAC ilə əməkdaşlığımız “Formula-1” Avropa Qran-prisinin geniş işıqlandırılmasına töhfə verə bilər
13.10.2015 [10:10]
Gələn il Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarını təşkil edəcək “Baku Grand Prix” şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Nigar xanım, Azərbaycan gələn il daha bir beynəlxalq yarışa - “Formula-1” yarışlarına ev sahibliyi edəcək. Yarışın təşkilatçısı və əməkdaşı olduğunuz “Baku Grand Prix” şirkəti bu işdə nə kimi təcrübəyə malikdir?
- Son zamanlar ölkəmiz bir çox mötəbər tədbirlərə və yarışlara ev sahibliyi edib. Əslində biz “Bakı-2015” ilk Avropa Oyunlarından sonra növbəti mərhələyə addım atırıq. İndi də “Formula-1” kimi çox möhtəşəm və azarkeşlərin çox sevdiyi yarışı keçirməyi planlaşdırırıq. Əlbəttə, bunun üçün xüsusi komanda yaradılıb və “Baku Grand Prix” şirkəti, məhz təşkilatçı olaraq bu yarışın keçirilməsi üçün məsuliyyət daşıyır. Yarışın təşkilati və təbliğati işləri ilə məşğul olan digər şirkətlərlə də əlaqələrimiz var. Digər ölkələrə səfərlər həyata keçirilir, onların təcrübəsi öyrənilir, maarifləndirmə işləri aparılır. Bildiyiniz kimi, “Formula-1” yarışları dünyanın 20 ölkəsində keçirilir, gələn il isə Azərbaycan ilə birlikdə 21 ölkədə təşkil olunacaq. Bizim kimi, şəhər trasının keçirildiyi Sinqapur və Monako ilə təcrübə mübadiləsi aparılıb.
- Yarış iyulda nəzərdə tutulsa da, Beynəlxalq Avtomobil İdmanı Federasiyasının son qərarına əsasən iyun ayına təyin olunub. Vaxtın qabağa çəkilməsinin yarışlara hazırlığa hər hansı təsiri ola bilərmi?
- Biz gözləyirdik ki, rəsmi olaraq təqvimin vaxtı dekabrda açıqlanacaq. Sadəcə, yeni tarixə uyğunlaşma baş verəcək. Digər təşkilatçı şirkətlər də təqvimə əsasən öz işlərini həyata keçirirlər.
- Bakı küçələrində təşkil olunacaq bu yarışa hazırlıq işləri nə yerdədir?
- Şəhərimizdə baş tutacaq yarışa hazırlıq plana uyğun olaraq davam edir. Trasın layihəsi Hermen Tilke bürosu tərəfindən hazırlanıb və Beynəlxalq Avtomobil İdmanı Federasiyasına təqdim olunub. Layihə təsdiqləndikdən sonra gələn il tikinti işlərinə start verəcəyik. Hazırda könüllülərin, marşalların cəlb olunması və təlimi gündəmdə olan məsələlərdəndir. Strategiyamıza uyğun olaraq bir müddətdən sonra maarifləndirmə işlərinə başlayacağıq.
- Yarışa nə qədər könüllünün cəlb olunmasını planlaşdırırsız?
- Əslində könüllülük hərəkatı “Bakı-2015” ilk Avropa Oyunları zamanı çox gözəl təşkil olunmuşdu. Bu onlar üçün çox yaxşı təcrübə oldu. “Formula-1” yarışlarında da könüllülərin iştirakı nəzərdə tutulub. Yarış zamanı 4 minə yaxın könüllünün əməyindən yararlanmağı planlaşdırırıq. Bir müddətdən sonra könüllülərin cəlb olunması üçün bir neçə tədbir həyata keçirəcəyik. Könüllü olmaq istəyən insanlara müraciət ediləcək və yaxın günlərdə bununla bağlı KİV-lərdə məlumatlar yayılacaq.
- Yarış ərzində “Formula-1” şəhərciyinə baş çəkəcək ziyarətçilər üçün nə kimi proqramlar nəzərdə tutulub?
- İlk növbədə qeyd etmək istərdim ki, “Formula-1” idman sevərlər üçün çox maraqlı yarışdır. Tamaşaçı kütləsinə görə, “Formula-1” yarışları futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra üçüncü yerdədir. Bu yarışı televiziya vasitəsilə 187 ölkədə 500 milyon tamaşaçı izləyir. Televiziya tamaşaçılarından əlavə, turistlər də yarışa baxmaq üçün ölkəmizə gələcəklər. Turistlər üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub. “Formula-1” Kəndi” əyləncəli proqramla bol bir məkan olacaq. Çalışacağıq ki, burada təkcə yarış deyil, həm də konsertlər və müsabiqələr təşkil edilsin. Əsl festival ab-havası yaradılsın.
- Bakıdakı yarış zamanı nəqliyyatın hərəkəti necə tənzimlənəcək?
- Yarışın mərkəzi küçələrdə təşkil olunmasının bir çox müsbət məqamları var. Televiziya auditoriyasına və ölkəmizə gələn qonaqlara şəhərin tanıdılması, turizm potensialının nümayiş etdirilməsi baxımından çox önəmlidir. Təbii ki, sakinlər üçün müvəqqəti narahatlıq olacaq. Hazırda aidiyyatı orqanlarla danışıqlar aparılır. Xüsusi nəqliyyat planlarının hazırlanması, marşrutun müəyyən edilməsi baxımından çalışacağıq ki, bu narahatlıq maksimum azaldılsın.
- Yarışlarda hansı ölkələrin iştirakı nəzərdə tutulur? Dünya şöhrətli idmançıları Bakı küçələrində görə biləcəyikmi?
- Bu ilin dekabr ayında gələn mövsüm üçün pilotların və komandaların siyahısı müəyyənləşəcək. Biz gözləyirik ki, “Formula-1” yarışlarının bütün daimi iştirakçıları Bakı Qran-prisinə qatılacaq.
- Bakı Qran-prisinin özəlliyi nədir?
- Bakı şəhərindəki tras 6 kilometrdir və unikal bir trasdır. Bolidlər şəhərin mərkəzi küçələrində yarışacaqlar. Onlar Hökumət evinin start-finiş hissəsindən başlayaraq saat əqrəbinin əksi istiqamətində irəliləyəcək və İçərişəhərin ətrafı boyunca dövr edəcəklər. Bakı bulvarı ilə hərəkət edərək finiş xəttinə yaxınlaşacaqlar. Bu o deməkdir ki, yarışları izləyən tamaşaçılar paytaxtımızın üç simasını görə biləcəklər. Həmçinin Bakı trasının digər özəlliyi odur ki, burada sürətlə hərəkət etmək üçün xüsusi zona olacaq. Bulvar boyunca hərəkət zamanı bolidlər saatda 340 kilometr sürətlə hərəkət edə biləcəklər. Bu da yarışın ən həyəcanlı məqamı olacaq.
- Siz bu yaxınlarda AZƏRTAC-da oldunuz. Görüşdə bu mühüm idman hadisəsinə hazırlıq işlərinin və turnirin işıqlandırılmasında AZƏRTAC ilə əməkdaşlıq məsələləri müzakirə edildi. Yəqin ki, bu əməkdaşlığa marağınız AZƏRTAC-ın bir sıra mötəbər beynəlxalq yarışları işıqlandırmaq sahəsində kifayət qədər təcrübəsinin olması ilə bağlıdır.
- AZƏRTAC-dakı görüşdən çox məmnun qaldıq. AZƏRTAC ölkəmizdə ciddi və nüfuzlu informasiya agentliklərindən biridir. Biz təbliğat məsələləri ilə bağlı agentliyinizə müraciət etdik. Bu yarışın yüksək səviyyədə təşkil olunması və keçirilməsi üçün əhalini maarifləndirmək lazımdır. Əminik ki, AZƏRTAC ilə əməkdaşlığımız bu işə töhfə verə bilər.
- Müsahibə üçün çox təşəkkür edirik.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

