Siyavuş Novruzov: ATƏT DTİHB ilə əməkdaşlıq etməyə dəyməz
05.11.2015 [10:28]
“Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) həmişə Azərbaycanın seçkiləri haqqında mənfi rəy formalaşdırıb”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavininin sözlərinə görə, reallıq ondan ibarətdir ki, bu mənfi rəyi heç də onlar özləri yazmırlar: “Bu kimi qurumlar Azərbaycanda müəyyən bir-iki siyasi partiyanın nümayəndələrinin yazdığı material əsasında və heç bir nöqtə, vergülə toxunmadan çap edərək təqdim edirlər. Bu baxımdan da onlar həmişə qərəzli olublar. Onlar Azərbaycandan qat-qat pis vəziyyətdə keçirilən seçkiləri hər zaman dəstəkləyiblər. Lakin onlar Azərbaycanda keçirilən azad, ədalətli, demokratik seçkilərə həmişə çalışıblar ki, mənfi rəy versinlər. Təbii ki, bu da Azərbaycanın müstəqil siyasət aparması, xalqla-iqtidarın bir yerdə olması, ölkəmizin iqtisadi inkişafı, Azərbaycan Prezidentinin ölkə xalqının maraqlarını tam qüvvəsi ilə müdafiə etməsi və beynəlxalq təşkilatlarda təmsil etməsi ilə bağlıdır. Məhz bunun da nəticəsi olaraq onlar istəyirlər ki, bu cür üsullarla ölkəmizə qarşı təzyiq metodu seçsinlər. Təbii ki, belə olan halda da onlar öz simalarını itirirlər. Həmçinin onlar seçki ilə deyil, əksinə siyasi fəaliyyətlə məşğul olurlar. Bu siyasi fəaliyyətin də arxasında maliyyə məsələləri dayanır”.
S.Novruzov əlavə edib ki, erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr tərəfindən maliyyə dəstəyi alan bu təşkilatlar ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar: “Lakin hakimiyyətin mənbəyi xalqdır. Xalq öz sözünü 1 noyabrda Azərbaycanda Milli Məclisə 5-ci çağırış seçkilərində dedi. Beləcə, Azərbaycanda azad, ədalətli və demokratik seçkilər keçirildi. Bununla da Azərbaycan xalqı öz parlamentini formalaşdırdı. Yəni xalqın iradəsinə qarşı onlar heç nə edə bilmədilər. 500-dən artıq xarici müşahidəçilər bu seçkiləri izləyirdi. Onların da hər biri (istər Avropa, istərsə də Asiya dövlətlərindən gələn təşkilatlar və s.) Azərbaycanda keçirilən seçkilərlə bağlı müsbət rəylərini bildirdilər. O baxımdan da ATƏT DTİHB ilə heç əməkdaşlıq etməyə dəyməz. Çünki artıq bunun qərəzliliyi bəllidir. Hesab edirəm ki, bundan sonra bu cür qərəzli mövqe ilə yanaşan hər hansı bir təşkilat Azərbaycanın hansısa uğuruna nə sevinəcək, nə də ki onu dəstəkləyəcək”.
Xəbər lenti
Hamısına baxSosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48

