Marqot Vallström: Azərbaycan cəmiyyətində qadınlar mühüm rola malikdirlər
11.02.2016 [09:59]
Milli Məclis sədrinin müavini Bahar Muradova fevralın 10-da İsveçin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Bahar Muradova Azərbaycan cəmiyyətində, dövlət siyasətində qadın amilinə hər zaman böyük diqqət yetirildiyini söyləyib. O, ölkə həyatının bütün sahələrində, eləcə də parlamentdə təmsil olunan qadınların əldə etdikləri nailiyyətlərdən söhbət açıb. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan Milli Məclisinin deputatlarından 20-si qadındır. Bahar Muradova Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk ölkənin məhz Azərbaycan olduğunu deyib.
Azərbaycanda qanunların gender aspektinə xüsusi diqqət göstərildiyini deyən Milli Məclis sədrinin müavini qeyd edib ki, cəmiyyətdə əldə olunan nailiyyətlərin bir çoxu qadınların bu prosesdə iştirakının nəticəsidir.
Marqot Vallström Azərbaycana ölkəmizin dostu olaraq səfər etdiklərini deyib. O, səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya imzalandığını xatırladıb. Qeyd edib ki, bu sənəd ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişafına şərait yaradacaq. Nazir Konvensiyanın iki ölkə sahibkarları üçün faydalı olacağına əminliyini ifadə edib.
Marqot Vallström Şərqdə qadınlara ilk səsvermə hüququ verən ölkə kimi Azərbaycanda qadınların cəmiyyətdə rolunun mühüm olduğunu deyib. O, eyni zamanda, İsveçin gender bərabərliyi sahəsində gördüyü işlərdən danışıb. Nazir dünyada gedən sülh danışıqları prosesində qadınların iştirakının vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

