/ / Los-Ancelesdə xristian, müsəlman və yəhudi dini icmaları Xocalı soyqırımı qurbanlarının xatirəsini birgə anıblar
Los-Ancelesdə xristian, müsəlman və yəhudi dini icmaları Xocalı soyqırımı qurbanlarının xatirəsini birgə anıblar
24.02.2016 [10:05]
Xocalı soyqırımının 24-cü ildönümü ABŞ-ın Los-Anceles şəhərində müxtəlif dini etiqad daşıyıcılarının iştirakı ilə keçirilmiş geniş tədbirlə qeyd edilib. Tədbir Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun, şəhərdə fəaliyyət göstərən Pico Shul yəhudi sinaqoqunun və nüfuzlu Kral Fəhd Məscidinin birgə təşkilatçılığı ilə bu məsciddə keçirilib.
Tədbirdə Los-Ancelesdəki müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri, eləcə də bu dinlərin müxtəlif cərəyanlarına mənsub geniş ictimaiyyət nümayəndələri iştirak ediblər. Həmçinin Federal Təhqiqatlar Bürosunun Los-Anceles nümayəndəliyinin əməkdaşları, müxtəlif siyasətçilər, bir sıra ölkələrin baş konsulları, fəxri konsulları və konsulluq əməkdaşları, eləcə də müxtəlif etnik icmaların fəalları tədbirə qatılıblar.
Müsəlman icması adından Kral Fəhd Məscidinin direktoru Məhəmməd Xan, İmam Əbdül Hafiz, yəhudi icması adından Ravvin Dov Kohen və Ravvin Yona Bukstayn, eləcə də xristian icması adından Rahib Oliver E.Blue, Yepiskop Xuan Karlos Mendez və Eamon Kelli Ata çıxış edərək Xocalı qətliamının dəhşətləri ilə bağlı fikirlərini bölüşüblər. Onlar hazırda dünyanın müxtəlif ölkələrində münaqişələr nəticəsində hər gün yüzlərlə insanın qətlə yetirilməsinə diqqət çəkərək bildiriblər ki, bugünkü faciələrin kökündə Xocalı qətliamı kimi dəhşətli hadisələrin vaxtında qarşısının alınmaması dayanır.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Xocalı qətliamının bəşəriyyətin yaddaşında qanlı bir ləkə olduğunu bildirib, Ermənistanın ölkəmizə qarşı apardığı tarixi işğalçılıq siyasətindən bəhs edib. Baş konsul bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan da daxil olmaqla, ölkənin siyasi rəhbərliyində təmsil olunan bir çox şəxslərin Xocalı qətliamında iştirakı faktlarla sübuta yetirilsə də, onlar indiyə qədər məsuliyyətdən yayına biliblər. Diplomat bununla belə son illərdə Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin maariflənməsinə dair Azərbaycan tərəfindən aparılan məqsədyönlü işin, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm nəticələr verdiyini diqqətə çatdırıb. O, Xocalı soyqırımının artıq dünyanın 10-dan çox dövləti və ABŞ-ın 20 ştatı tərəfindən tanındığını və qətiyyətlə pislənildiyini vurğulayıb. Baş konsul son bir neçə həftə ərzində qətliamın pislənilməsi ilə bağlı bəyannamələr imzalamış Havay, Montana və Nebraska ştatlarının qubernatorlarına təşəkkürünü bildirib. İşğalın vurduğu ziyana və yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanın müstəqil dövlət kimi inkişafından bəhs edən baş konsul Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə müasirləşdiyini, əsl tolerantlıq məkanına çevrildiyini qeyd edib.
Daha sonra Xocalı qətliamının canlı şahidlərindən Anar Usubov çıxış edərək, öz kədərli xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Tədbir Xocalı qətliamı zamanı ermənilərə əsir düşən azərbaycanlı Dürdanə Ağayeva ilə baş konsulluğun sifarişi əsasında 2015-ci ildə Los- Ancelesdə lentə alınmış videomüsahibənin nümayişi ilə davam edib. Müsahibə tədbir iştirakçılarını dərindən mütəəssir edib.
Tədbir dua mərasimi ilə başa çatıb. Müsəlman, xristian və yəhudi din xadimləri tərəfindən Xocalı qətliamının qurbanlarının xatirəsinə hər üç dinə mənsub dualar oxunaraq, dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün həmrəylik nümayiş etdirilib.
Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30

