/ / NATO PA-nın Kiyevdə keçirilən Rouz-Rout seminarında Ermənistanın təcavüzkar siyasətindən danışılıb
NATO PA-nın Kiyevdə keçirilən Rouz-Rout seminarında Ermənistanın təcavüzkar siyasətindən danışılıb
24.06.2016 [10:05]
Bu günlərdə Kiyev şəhərində NATO Parlament Assambleyası Ukraynanın Ali Radası ilə birgə “Problemli regional kontekstdə Ukraynanın transformasiyası” mövzusunda 92-ci Rouz-Rout seminarı keçirib. Seminarda ölkəmizi Milli Məclisin NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvləri Kamran Bayramov, Məlahət İbrahimqızı və Milli Məclis Aparatının beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Rahim Axundov təmsil ediblər. Seminarın bir sessiyası Cənubi Qafqazdakı münaqişələrin bugünkü vəziyyətinə həsr olunub.
Seminar çərçivəsində problemli bölgələr kontekstində keçmiş sovet respublikaları üzrə Ukraynanın transformasiyası, Donbas bölgəsində vəziyyət, müdafiə sektorunda, siyasi, iqtisadi, antikorrupsiya sahələrində həyata keçirilən islahatlarla bağlı, eləcə də Cənubi Qafqazda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda sessiyalar keçirilib. Məlahət İbrahimqızı və Kamran Bayramov sessiyalarda çıxış ediblər.
Onlar Ermənistan-Azərbaycan münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, işğalçı Ermənistanın təxribatı nəticəsində atəşkəsin müntəzəm olaraq pozulması və cəbhə bölgəsində hazırkı durumla əlaqədar çıxış edərək seminar iştirakçılarına məlumat veriblər. Çıxışlarda aprel hadisələrinin Ermənistan-Azərbaycan münaqişəsinin dondurulmuş münaqişə olmadığı və status-kvonun Azərbaycan üçün qəbuledilməz olduğu bildirilib. BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və Avropa Parlamenti Ermənistanı işğalçı dövlət kimi tanıdığı halda, bu təşkilatların konkret tədbirlər görməməsinin ikili standart olduğu diqqətə çatdırılıb. Ermənistana heç bir imperativ instrument tətbiq edilməməsi bu təşkilatların qeyri-obyektiv münasibəti kimi dəyərləndirilib. Deputatlar, həmçinin Almaniya Bundestaqının 100 il əvvəl baş vermiş hadisələri heç bir əsas olmadan erməni soyqırımı kimi tanımasını pisləyib, 24 il öncə erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımına hüquqi qiymət verilməməsinin, Avropa təşkilatlarının və Avropa ölkələrinin bu görməzliyi və susqunluğunun təəssüf doğurduğunu bildiriblər. İşğalçı Ermənistanın BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymamasının yolverilməz olduğu diqqətə çatdırılıb.
Sessiyada çıxış edən ukraynalı deputatlar Azərbaycanın Avropanın təkcə enerji təhlükəsizliyində deyil, iqtisadi inkişafında da böyük rol oynadığını vurğulayıb, bu iki ölkənin inkişaf perspektivlərindən danışıblar. Azərbaycanın Ukrayna ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrinin gündən-günə inkişaf etdiyi vurğulanıb, Azərbaycanın böyük İpək Yolu layihəsinin reallaşmasındakı böyük rolundan danışılıb.
Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Azərbaycanın Ukraynanın xarici siyasətində strateji rola malik olmasını, ən çətin günlərdə Ukrayna xalqına dəstək olmalarını qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin deputatı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması məsələsində beynəlxalq birliyin məsuliyyət daşıdığını söyləyib, ATƏT-ın Minsk qrupunu bu məsələdə konkret addım atmağa çağırıb.
Seminarda iştirak edən azərbaycanlı deputatlar Ermənistanın işğalçı bir dövlət kimi Ukraynanın ərazi bütövlüyünü tanımadığını söyləyiblər.
Xarici ölkələrin deputatları Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, eləcə də tranzit yükdaşımalarda etibarlı tərəfdaş olmasını xüsusi vurğulayıblar.
Məlahət İbrahimqızı regional təhlükə olan Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinə xitam verilməsinin zəruriliyini bildirərək regionda Ermənistan hökumətinin radioaktiv nüvə tullantılarının qeyri-qanuni ticarəti ilə məşğul olduğunu faktlarla iştirakçıların diqqətinə çatdırıb.
Müzakirələr zamanı Milli Məclisin deputatı Kamran Bayramov erməni deputatlara cavab olaraq Azərbaycan hökuməti və xalqının ölkə ərazisində ikinci dəfə separatçı erməni dövlətinin qurulacağına heç vaxt imkan verməyəcəyini söyləyib, erməniləri Azərbaycan Milli Ordusunun aprel zəfərindən dərs çıxarmağa çağırıb. Milli Məclisin deputatları Azərbaycan Prezidentinin işğal altındakı torpaqlarımızın hər zaman sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu, danışıqlar prosesində işğalçı Ermənistanın destruktiv mövqe göstərdiyini və beynəlxalq hüquq normalarına məhəl qoymadığını diqqətinə çatdırıblar. İşğalı Ermənistanın həm Cənubi Qafqaz, həm də Avropanın enerji təminatı olan layihələr üçün təhlükə olduğu vurğulanıb, beynəlxalq təşkilatlar bu rejimə qarşı sanksiyalar tətbiq etməyə çağırılıb.
Xəbər lenti
Hamısına baxSosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35

