Ailə, qadın və uşaq məsələlərinin işıqlandırılmasında medianın rolu müzakirə olunub
21.07.2016 [09:53]
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın milli mətbuatı tarixində yeni və parlaq səhifə açılıb. Bu dövrdə söz və mətbuat azadlığını məhdudlaşdıran maneələrin aradan qaldırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Ulu öndərin Fərmanı ilə senzuranın ləğv edilməsi isə ölkəmizin demokratikləşməsi və vətəndaş cəmiyyətinin təşəkkül tapmasında mühüm əhəmiyyət kəsb edib. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 20-də Beynəlxalq Mətbuat Mərkəzində “Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda səsləndirilib.
Dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət adamlarının, jurnalistlərin iştirak etdikləri tədbirdə Azərbaycanda dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində kütləvi informasiya vasitələrinin roluna dair çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.
Jurnalistləri peşə bayramı münasibətilə təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 141 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdiyini söyləyib. Bildirib ki, Azərbaycan mediası maarifçilik missiyasını uğurla həyata keçirir. Mətbuatda ailə problemlərinin işıqlandırılmasına toxunan H.Hüseynova vurğulayıb ki, mediada ailədaxili məsələlərin işıqlandırılmasında konfidensiallıq mütləq qorunmalıdır.
Komitə sədri ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində media qurumları ilə birgə işin aparılmasının çox effektiv nəticələr verdiyini diqqətə çatdırıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov milli mətbuatımızın tarixindən danışaraq bildirib ki, Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlamış bu günədək milli mənəvi dəyərlərin möhkəmlənməsində, Azərbaycan dilinin saflığının qorunmasında müstəsna rol oynayıb. Azərbaycan ailə modeli dünyaya örnəkdir və bu reallıq mütləq mətbuat səhifələrinə çıxarılmalıdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyev bildirib ki, Azərbaycan dövləti özünün ailə, qadın və uşaq məsələləri üzrə prioritetlərini müəyyənləşdirib. Ölkəmiz bu sahədə bir çox beynəlxalq aktlara qoşulub. Bu gün Azərbaycanın ailə modeli sağlam təməl üzərində qurulmuş bir instituta çevrilib. “Biz bu gün qadın jurnalistlərin imzası olmadan Azərbaycan mediasını təsəvvür edə bilmirik. Burada təbii ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin çox böyük rolu var. Azərbaycanda senzura, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib, medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı mükəmməl qanunvericilik yaradılıb. Azərbaycan mediasının inkişafına konseptual yanaşma 2008-ci ildə baş verib. Bu konsepsiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Azərbaycan dünyada yeganə dövlətdir ki, dövlət öz hesabına jurnalistləri mənzillə təmin edir. Bu proses davamlı olacaq”, - deyə V.Əliyev bildirib.
Milli Televiziya və Radio Şurası sədrinin müavini Sona Vəliyeva çıxışında Həsən bəy Zərdabinin bütün ailələrə müraciət edərək övladlarını təhsil almağa çağırdığını xatırladıb. S.Vəliyeva deyib: “O, çox gözəl bilirdi ki, millətin inkişafı maarifdən keçir. Azərbaycan ailə modeli dünya ailə modellərindən yaxşı mənada fərqlənir. Tarixin çətin sınaqlarından uğurla keçən Azərbaycan ailəsi inkişaf edir. Bugünkü inkişaf və müasirlik fonunda da ailə dəyərlərimizi tarixin sınağından üzüağ çıxarmalıyıq. Sevindirici haldır ki, ölkəmizdə boşanmaların sayı bir qədər azalıb”.
Natiq vurğulayıb ki, ən böyük dəyər ailədir. Azərbaycan ailə modeli dünyanın heç bir yerində yoxdur. S.Vəliyeva qeyd edib ki, Ulu öndər Heydər Əliyev ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaratmaqla Azərbaycan qadınının dünya tribunasına çıxışını təmin edib. “Hay-küylü sərlövhələr mətbuata uğur gətirə bilməz. Qalib ana obrazı yaratmaq medianın əsas vəzifəsi olmalıdır”, - deyə o əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Fond qəbul olunmuş konsepsiya əsasında fəaliyyət göstərir. Konsepsiyada əksini tapan istiqamətlərdən biri də gender bərabərliyinin işıqlandırılmasıdır. Bununla bağlı 5 müsabiqə keçirilib. Müsabiqələrə 50-dən çox yazı təqdim olunub. Müəlliflərdən 30-u mükafatlandırılıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və başqaları milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıblar, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində qazanılan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.
Konfransda hazırda Azərbaycanda dövlət ilə mətbuat arasında sağlam münasibətlərin olduğu diqqətə çatdırılıb, həmçinin ölkəmizdə mətbuata olan diqqət və qayğıdan söz açılıb.
Sonda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına və səmərəli əməkdaşlığa görə bir neçə media orqanı mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

