Azərbaycanda multikultural mühit dərin tarixi köklərə malikdir
28.07.2016 [10:13]
Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikir iyulun 27-də Balakən rayon Mədəniyyət Mərkəzində keçirilən “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfransda səsləndirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Balakən Rayon İcra Hakimiyyəti və Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyətin nümayəndələri, ziyalılar, gənclər, həmçinin DQİDK ilə Dövlət Sərhəd Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq sərhəd qoşunlarının “N” saylı hərbi hissənin zabit və əsgərləri də iştirak ediblər.
Konfrans DQİDK-nın sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Azad Balayev tədbiri açaraq rayondakı mövcud dini durum barədə məlumat verib. Vurğulanıb ki, iyirmiyə yaxın milli azlığın yaşadığı Balakən rayonu həmişə tolerantlığı və multikultural dəyərləri ilə tanınıb. Burada müxtəlif xalqların nümayəndələri uzun illərdir ki, dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin Azərbaycanın multikulturalizm siyasətinin daha dərindən mənimsənilməsinə, milli mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqinə nail olmaq, bu sahədə qarşıda duran vəzifələri müzakirə etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, DQİDK-nın sifarişi ilə hazırlanan “Fitnə” filmində dini ekstremizm və radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri öz əksini tapıb. Film gənclərin maarifləndirilməsi, onların radikal dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması, milli mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, ölkəmizdə mövcud olan tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Vurğulanıb ki, Azərbaycanda multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Müxtəlif dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.
Bildirilib ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin ideoloji prinsiplərinin ana xəttini Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq təşkil edir. Azərbaycanda milli mənəvi dəyərlərə, burada yaşayan xalqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılıb. Tolerantlıq Azərbaycan xalqının ən yüksək dəyərlərindən biridir. Azərbaycanda İslam dini ilə bərabər, digər dinlərə də hörmət və ehtiram göstərilir.
Komitə sədri diqqəti son dövrlər dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasına çəkərək, bu sahədə maarifləndirmə işinin vacibliyini xüsusi vurğulayıb. Bildirilib ki, dini radikalizm və ekstremizmə qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizdə mühüm qanunvericilik bazası yaradılıb. 2015-ci ilin sonunda qəbul edilən “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun dini ekstremizmə qarşı mübarizənin təşkili və hüquqi əsaslarını müəyyənləşdirir, eyni zamanda, belə hallara qarşı mübarizə aparan həm hüquq mühafizə orqanlarının, həm də vətəndaşların vəzifələrini təsbit edir.
Məruzə ətrafında müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

