Azərbaycan nümayəndə heyəti Macarıstanda keçirilən Turan Qurultayında iştirak edib
17.08.2016 [16:06]
Avqustun 12-15-də Macarıstanın Buğac bölgəsində III Turan Qurultayı keçirilib. Qurultayda Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Macarıstanda fəaliyyət göstərən Macar Turan Fondu iki ildən bir paytaxt Budapeştdə Böyük Turan Qurultayı təşkil edir. Məqsəd türk xalqları və onların diaspor təşkilatları arasında birliyin yaranmasına xidmət göstərməkdir. İldən-ilə marağın artdığı qurultay bu il daha geniş formada təşkil olunub. Təsadüfi deyil ki, bu il qurultaya rekord sayda - 300 mindən çox insan qatılıb. Ümumilikdə isə tədbirdə 26 ölkədən 270 nümayəndə iştirak edib. Bununla yanaşı, türkdilli ölkələrdən Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, o cümlədən Tatarıstan, Dağıstan və digər xarici ölkələrdə məskunlaşan türk icmalarından da çoxlu sayda qonaq tədbirə gəlib.
Bu qurultayda ölkəmizi Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev, Milli Məclisin deputatları Əflatun Amaşov, Qənirə Paşayeva, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və digərləri də daxil olmaqla ümumilikdə 26 nəfər təmsil edib. Nümayəndə heyətinin tərkibində ictimai xadimlər və incəsənət nümayəndələri də olublar. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri dövlət ansamblının kollektivi və sənətçilər Nuriyyə Hüseynova, Şəmistan Əlizamanlının qurultay çərçivəsində geniş auditoriya qarşısında bir neçə dəfə çıxış etməsi rəğbətlə qarşılanıb.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri bir sıra xarici ölkələrin nümayəndə heyətləri ilə də görüşlər keçiriblər. Görüşlərdə əsas müzakirə mövzusu birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək və qısa müddətdə ortaq maraqlara uyğun birgə fəaliyyətə başlamaq məsələləri olub.
Qurultayı və keçirilən görüşləri şərh edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib ki, tədbiri təşkil edən Macar Turan Fondu türk xalqları və onların diaspor təşkilatları arasında birliyin yaranması üçün böyük işlər görür. Dünyanın dörd bir tərəfindən yüzlərlə təşkilat və diaspor təşkilatlarının rəhbərlərinin qatıldıqları bu qurultay həm də Azərbaycan həqiqətlərinin tanıdılması və müxtəlif xalqların diaspor təşkilatları arasında ikitərəfli əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, əksər türk xalqları 70 il ərzində türk milli kimliyini ortaya qoymaq imkanından məhrum halda yaşayıb. Bu günün özündə də türk milli kimliyi məsələsində problemlər var. Ancaq Turan Qurultayı bütün mənfi stereotiplərə, sözün yaxşı mənasında, meydan oxumaq əzmindədir. Üç yüz minə qədər iştirakçının qatıldığı qurultay müasir dövrdə türk xalqlarının konsolidasiyasını nəzərdə tutan müxtəlif tədbirlərin mərkəzində dayanmağa layiqdir.
Deputat Qənirə Paşayeva çıxış edərək türk xalqlarının birlik və bərabərliyini gücləndirməsinin çox önəmli olduğunu deyib. O vurğulayıb ki, hazırda dünyada bütün türk xalqlarının bu birliyə və gücə ehtiyacı var. Q.Paşayeva macar və türk dünyası ictimai xadimlərini, elm adamlarını Azərbaycana gəlməyə və ölkəmizdə gördüklərini öz cəmiyyətlərinə daha geniş çatdırmağa dəvət edib.
ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, bu Qurultay həm də böyük bir əməkdaşlıq platformasıdır və Azərbaycan nümayəndə heyəti də bu imkanlardan yararlanmağa çalışır.
Tədbirə qatılan qonaqlar arasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Jandos Asanov və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev də olub. Qurultayın geniş ictimaiyyətə çatdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycanın Macarıstandakı səfiri xüsusi mükafata layiq görülüb.
Macar-Turan Fondunun rəhbəri Andraş Biro Azərbaycan nümayəndə heyətinin Turan Qurultayına qatılmasını mühüm hadisə adlandırıb.
Tədbir haqqında fikirlərini bölüşən Azərbaycan nümayəndə heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev deyib ki, rəhbərlik etdiyi təşkilat son illər mütəmadi olaraq Macarıstanda keçirilən Turan Qurultayının tədbirlərində iştirak edir. BAMF bu il ilk dəfə olaraq Azərbaycanın Macarıstandakı səfirliyi ilə birlikdə koordinasiya işlərini həyata keçirib.
Xatırladaq ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi “Atəşkəs” sənədli filmi 2016-cı ildə geniş ictimaiyyətə təqdim olunub. Azərbaycan və Macarıstandan olan jurnalistlərin birgə fəaliyyəti nəticəsində hazırlanan filmdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tarixi mərhələləri haqda məlumatlar yer alıb. Avropalı ekspertlərin də iştirak etdikləri filmdə bütövlükdə Cənubi Qafqazda baş verən hadisələr öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

