Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Milli şura”nın sonuncu mitinqində yalnız 800 nəfər müxalifətçi olub”

“Milli şura”nın sonuncu mitinqində yalnız 800 nəfər müxalifətçi olub”

15.09.2016 [10:30]

“Milli şura”nın mitinqinə qatılmış 2500-ə yaxın insanın hamısı onların tərəfdarları olmayıb”.
Bu barədə Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, “Milli şura”nın sonuncu mitinqində yalnız 800 nəfər müxalifətçi olub: “2500 nəfərin içində jurnalistlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və digər şəxslər də var idi. Əslində, mitinqdə “Milli şura”nın öz kontingenti 800 nəfərdən yuxarı olmayıb. 800 nəfərin içində olan qohum-əqrəbaları, pulla tutulmuş adamlar, yolundan azdırılmış insanlar həmin mitinqə toplanmışdılar”.
“Nəyə görə bu dəfə müxalifətin mitinqini müşahidə etmədiniz” sualına Siyavuş Novruzov belə cavab verib: “Onu kim deyir ki, mən “Milli şura”nın mitinqə qatılmamışam? Mən hər bir prosesi yaxşı izləyirəm. Harada nə baş verirsə, çox gözəl bilirəm”.

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30