Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb terminalı” istifadəyə verilib
15.09.2016 [10:32]
Sentyabrın 11-də Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb terminalı” istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov açılışı bildirən lenti kəsiblər.
Məlumat verilib ki, Naxçıvan Beynəlxalq Hava Limanının aerovağzal binası tamamilə yenidən qurulub, keçid körpüləri və teloskopik traplar quraşdırılıb. Aerovağzal binası Şərq və Qərb terminallarından ibarətdir. “Qərb terminalı”nda minik və enişlərin təmin olunması üçün ən müasir tipli teleskopik trap quraşdırılıb. Teleskopik trap vasitəsilə sərnişinlər rahatlıqla təyyarələrə minəcək, həmçinin təyyarədən terminal binasına keçəcəklər. Müasir avadanlıqların quraşdırılması sərnişinlərin rahatlığına və uçuşların təhlükəsizliyinə imkan verəcək.
Sərnişin və yüklərin təhlükəsiz və beynəlxalq normalara uyğun daşınmasının təşkil edilməsi üçün terminalda yüksək standartlara cavab verən yoxlama avadanlıqları, 2 ədəd eskalator, məhdud hərəkətli sərnişinlər üçün lift, uşaq əyləncə guşəsi, tranzit səyahət edən sərnişinlər üçün zal, 41 metr uzunluğunda yeni baqaj konteyneri, ana və uşaq otaqları, kafe, tibb otağı, hərbiçi ailələri üçün istirahət otağı və digər xidməti otaqlar istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb. Həmçinin Naxçıvan Beynəlxalq Hava Limanı eyni vaxtda bir neçə təyyarəni, o cümlədən tranzit uçan təyyarələri qəbul edib, yolasalma imkanına malikdir.
Binada xarici reyslərin qarşılanıb-yola salınması üçün pasport-qeydiyyat bölmələri və viza otağı, o cümlədən sərhəd, gömrük və miqrasiya xidmətlərinin əməkdaşları üçün müasir iş şəraiti yaradılıb, Azərbaycan, ingilis və rus dillərində elektron informasiya köşkü qurulub. Terminal videonəzarət sistemi ilə təmin edilib, kafe fəaliyyətə başlayıb.
“Qərb terminalı” ilə tanışlıqdan sonra kollektivlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kollektivi təbrik edərək deyib: “Yaxşı iş şəraiti yaxşı əhval-ruhiyyə deməkdir. Naxçıvan Beynəlxalq Hava Limanında işçilər üçün hərtərəfli iş şəraiti yaradılmış, aerovağzal binası ən müasir tələblər səviyyəsində qurulmuşdur. Dövlətimiz tərəfindən bu tədbirlər ona görə həyata keçirilir ki, ölkəmizə gələn qonaqların və əhalinin rahatlığı hava limanlarında təmin olunsun. Naxçıvan Muxtar Respublikası üçün hava nəqliyyatında xidmətin hərtərəfli təşkili daha vacibdir. Çünki muxtar respublikaya gələn qonaqlar əsasən hava limanından istifadə edirlər. Hava limanında yaradılan şərait, göstərilən xidmət gələn qonaqlarda Naxçıvan haqqında ilk təəssürat yaradır. Ona görə də işçilər yaradılan şəraitdən səmərəli istifadə etməli, qurulanları qoruyub saxlamalı, xidməti vəzifələrini öyrənməli, nümunəvi xidmət göstərməlidirlər”.
Ali Məclisin Sədri bildirib: “Bu gün ölkəmiz müharibə şəraitində yaşayır. Lakin ölkə Prezidentinin diqqət və qayğısı ilə digər sahələrdə olduğu kimi, hava nəqliyyatının inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür. Naxçıvan Beynəlxalq Hava Limanının yenidən qurulması da bu tədbirlərin tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2015-ci ildə Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq terminalı” istifadəyə verilmişdir. Bu gün isə “Qərb terminalı” fəaliyyətə başlayır”.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, hava limanının yenidən qurulmasında əməyi olanlara təşəkkür edib.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

