Konstitusiyaya əlavə və dəyişikliklər olunması vacib və qaçılmazdır
24.09.2016 [09:46]
Qloballaşan dünyada baş verən hadisələr dövlətçiliyin qorunması və idarə olunmasında, insanların azad və firavan həyat sürməsində müəyyən problemlər yaradır. Müasir dövrün beynəlxalq siyasi oyunlarına tab gətirmək və bu çətin, mürəkkəb dünyada balanslaşdırılmış siyasət yürütmək dövlətçilik baxımından heç də asan məsələ deyil. Şübhəsiz ki, bu problemləri aradan qaldırmaq üçün dövlət tərəfindən düşünülmüş, uzaqgörən addımlar atılır. Bu səbəbdən də günümüzün tələbinə uyğun olaraq Konstitusiyada müəyyən dəyişikliklər etmək vacib və qaçılmazdır.
Referendum Aktında ən geniş müzakirə mövzusuna çevrilən 101-ci maddədir ki, bu da Azərbaycan Konstitusiyasi üçün ilk, dünyada isə artıq istifadə olunan praktikadır. Burada söhbət prezidentin fəaliyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasından gedir.
Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, lap qədim zamanlardan bu günümüzə qədər və bundan sonra da daima böyük dövlətlərin, böyük güclərin marağı dairəsində olmuş və olacaq. Bu baxımdan dövlət daha güclü və peşəkar idarəçilik tələb edir, o, müstəqilliyimizin ilk günlərindən bəllidir. Məhz Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, dövlətçiliyimizin nə vəziyyətə düşəcəyini təsəvvür etmək elə də çətin deyildi. Dövləti qurmaq nə qədər çətindirsə, onu yaşatmaq, inkişaf etdirmək bir o qədər də mürəkkəbdir. Bunun da öhdəsindən yalnız Heydər Əliyev siyasətinə, ən əsası Heydər Əliyev təcrübəsinə daha dərindən bələd olan cənab Prezident İlham Əliyev gələ bilərdi. Şübhəsiz, cəmiyyət öz seçimini 2003-cü ildə edib.
Bu gün qonşu ölkələrin həm siyasi, həm iqtisadi baxımdan hansı vəziyyətdə olması heç kəsə sirr deyil. Lakin Azərbaycan özü də məhz dünyada baş verən iqtisadi tənəzzül dövründə bütün istiqamətlər üzrə inkişaf edir, beynəlxalq səviyyədə öz nüfuzunu daha da artırır. Düzdür, müəyyən beynəlxalq təşkilatlar bizə təzyiq etməyə çalışır, amma bu təşkilatların qərəzliliyi aşkardır. Azərbaycan dünyaya tam açıq ölkədir, demokratiya, insan haqlarının qorunması sahəsində dünyada ən qabaqcıl yerlərdə qərarlaşıb. Hər bir azərbaycanlı bilir ki, qısa müddət ərzində Azərbaycanın yüksək səviyyədə hərtərəfli inkişafı üçün hər birimiz iki şəxsə - Ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə borcluyuq. Bu, azərbaycanlıların, Azərbaycan gəncliyinin və mənim seçimimdir. Dırnaqarası demokratiya adı altında fəaliyyət göstərən, Azərbaycana qarşı çirkin kampaniya aparan təşkilatlar da bizim bu seçimimizi gərək qəbul etsinlər. Çünki biz, hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik və Azərbaycanı həm daxili, həm də xarici düşmənlərdən qoruyacağıq. Bu, bizim hüququmuz və vətəndaş borcumuzdur!
Altay Cəfərov
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34

