Dövlət Komitəsinin sədri Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib
24.09.2016 [10:30]
Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib.
Komitə sədri səfirə fəaliyyətində uğurlar arzulayaraq onun Azərbaycan-Almaniya arasında münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Ölkəmizdəki mövcud dövlət-din münasibətlərindən bəhs edən Mübariz Qurbanlı Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, DQİDK qanunvericiliyə əsasən dövlətin din siyasətini həyata keçirir, dini radikalizm və ekstremizm hallarının qarşısının alınmasında yaxından iştirak edir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Azərbaycan əhalisinin 96 faizinin İslam dininə etiqad etdiyini deyən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb. Mübariz Qurbanlı bu ənənələrin dərin tarixi köklərdən qaynaqlandığını bildirib. Komitə sədri deyib ki, bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Vaxtilə almanların Azərbaycanın daha çox Şəmkir və Göygöl rayonlarında məskunlaşdıqlarını, ölkəmizdə Alman Lüteran kilsələrinin indiyədək qorunub-saxlandığını deyən Komitə sədri 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olduğunu və Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qarşılanmasını təmin etmək məqsədi ilə Sərəncam imzaladığını da səfirin diqqətinə çatdırıb.
Görüşdə Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən qeyd edib ki, Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. Lakin ölkəmizin paytaxtında ermənilərə məxsus kilsə hələ də qalmaqdadır.
Səfir qısa müddətdir fəaliyyət göstərməsinə baxmayaraq ölkəmizdə, xüsusilə paytaxt Bakıda dinamik inkişafın şahidi olduğunu, paytaxtımızın Avropanın ən gözəl şəhərlərindən biri olduğunu deyib. O, son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını, ölkəmizdə dövlət-din, konfessiyalararası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, nümunəvi multikultural və tolerant mühitin mövcud olduğunu bildirib. Mixael Kindsqrab ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi məsələsində Almaniyanın da maraqlı olduğunu önə çəkib, Azərbaycanla multikulturalizm və tolerantlıq təcrübəsinin öyrənilməsi sahəsində əməkdaşlıq etmək istəklərini diqqətə çatdırıb. O qeyd edib ki, gələcəkdə ölkəmizdə mövcud olan dini icmalarla Almaniyada fəaliyyət göstərən icmaların birgə əməkdaşlıqlarına maraqlıdırlar.
Qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47

