/ / Rusiya Hökuməti sədrinin müavini Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında olub
Rusiya Hökuməti sədrinin müavini Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında olub
01.10.2016 [12:48]
Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodetsin başçılıq etdiyi nümayəndə heyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialında olub.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Əziz Əliyev bu ali məktəbin yaranması barədə danışıb. Qeyd edilib ki, İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, habelə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Rektor vurğulayıb ki, Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci MDTU-nun məzunu və fəxri professorudur. Rusiyanın Səhiyyə Nazirliyi də universitetin Bakı filialının yaradılması barədə müvafiq əmr verib. Diqqətə çatdırılıb ki, 2015-ci il sentyabrın 15-də dünyanın ən nüfuzlu ali məktəblərindən birinin Bakı filialının təntənəli açılış mərasimi keçirilib. Həmin tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
Rektor Əziz Əliyev daha sonra deyib: “Filial Azərbaycanda tibbi təhsilin təkmilləşdirilməsi, bu sahədə dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, habelə ölkə vətəndaşlarının Rusiyanın ali tibb məktəblərində təhsil almaq arzusunun təmin edilməsi məqsədilə yaradılıb. Mən, həmçinin İ.M.Seçenov adına Birinci MDTU-nun rektoru, professor Pyotr Qlıboçkoya da Bakı filialında tədris prosesinin təşkilində göstərdiyi dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bakı filialında 31.05.01 “Müalicə işi” ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu il birinci kursa 125 tələbə daxil olub, iki kursda təhsil alan tələbələrin ümumi sayı isə 225 nəfərdir. Müəllimlərin əksəriyyəti Moskvadan olan professorlardır. Onların mühazirələri ən yüksək səviyyədə keçir”.
Rektor Ə.Əliyev görüşdə vurğulayıb ki, Rusiya Tibb Universitetinin Bakı filialı Rusiya, ABŞ və Almaniyanın, habelə Azərbaycanın aparıcı klinikaları ilə müqavilələr bağlayıb. Rektor daha sonra deyib: “Sentyabrın 28-də Amerikadakı M.D.Anderson adına Onkoloji Mərkəzlə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmin sənədə uyğun olaraq, İ.M.Seçenov adına Birinci MDTU-nun Bakı filialının tələbələri M.D.Anderson adına Onkoloji Mərkəzdə klinik ixtisaslar üzrə praktiki rotasiya keçə biləcəklər. Təhsildə fərqlənən tələbələr həmin klinikalarda ixtisasartırma kursları keçəcəklər. Bundan əlavə, bizim ali məktəbdə V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları - 1993-cü il üçün fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatı ser Riçard Con Roberts (Böyük Britaniya), 2004-cü il üçün kimya üzrə Nobel mükafatı laureatları Avram Gerşko və Aaron Çexanover (İsrail) ilə görüş keçirilib”.
Sonra Rusiya nümayəndə heyətinin üzvləri Bakı filialında yaradılmış şəraitlə tanış olublar. Qeyd edilib ki, universitetin Bakı filialının muzeyində İ.M.Seçenov adına Birinci MDTU-nun tarixini əks etdirən fotoşəkillər və eksponatlar sərgisi təşkil olunub. Konfrans zalında filialın və Moskvadakı universitetin müəllimləri arasında onlayn-seminarlar, veb-konfranslar, telekörpülər keçirilir. Ali məktəbdə yaradılmış simulyasiya mərkəzi müasir texnologiyaları tətbiq etməyə imkan verən innovativ təhsil platformasıdır. Bu mərkəz tələbələrin praktiki klinik biliklərə yiyələnmələri üçün nəzərdə tutulub. Filialda həkim-mütəxəssislərin hazırlanmasında innovativ təhsil texnologiyaları tətbiq edilir, ustad dərsləri keçirilir. Filialın fizika, kimya və biologiya auditoriyaları da peşəkar mütəxəssislər hazırlanmasına xidmət edən ən müasir avadanlıqla təchiz olunub. Bu laboratoriyalarda müəllimlər və tələbələr üçün avtomatlaşdırılmış iş yerləri, interaktiv yazı lövhələri quraşdırılıb. Təbabət sahəsində fundamental elm sayılan anatomiyanın öyrənilməsi üçün Bakı filialında Anatomiya Zalı yaradılıb. Burada həm ənənəvi vasitələrin, həm də müasir texnologiyaların köməyi ilə insan orqanizmi haqqında biliklərə yiyələnmək olar. Zalda 3D stolu vasitəsilə virtual anatomiya tədris edilir. Burada, həmçinin insan əzələlərinin sintetik zülaldan hazırlanmış modeli vardır. Həmin modeldəki əzələlərin tərkibi insan əzələlərinin tərkibi ilə tam eyniyyət təşkil edir. Anatomiya auditoriyasında praktiki məşğələlər keçirilir.
Sonra Olqa Qolodets təhsil prosesi ilə tanış olub və Bakı filialında yaradılmış şəraitdən məmnun qaldığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14

