/ / Bəhruz Quliyev: Con Kerrinin bu proseslərdəki qeyri-ciddi fəallığı heç bir siyasi-diplomatik məntiqə uyğun gəlmir
Bəhruz Quliyev: Con Kerrinin bu proseslərdəki qeyri-ciddi fəallığı heç bir siyasi-diplomatik məntiqə uyğun gəlmir
06.10.2016 [09:42]
“Ümumiyyətlə, Azərbaycan ictimaiyyəti Con Kerrinin bəyanatlarına ciddi yanaşmır və bütün bunlar onun Dağlıq Qarabağ probleminin həllində, eləcə də Azərbaycanla münasibətdə ikitərəfli oyunçu olduğunu sübuta yetirir”. Bu fikirləri SİA-ya “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi “liderlər buna hazır deyillər” açıqlamasına şərh verərkən deyib.
Baş redaktor qeyd edib ki, əslində, Con Kerri bu kimi açıqlamalar verdiyi zaman üzərində öhdəliyinin olmasını, o cümlədən hansı məsuliyyət daşımasını dərk etməlidir: “Lakin təəssüflər olsun ki, biz ABŞ-ın dövlət katibinin bu tipli davranışlarının ilk dəfə şahidi olmuruq. Çünki o unudur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində təmsil etdiyi dövlətin üzərində ciddi öhdəliklər var və bu öhdəliklərə barmaqarası baxmağın özü bir sıra məsələlərin üzə çıxmasına səbəb olur. Məsələn, ABŞ ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri kimi vasitəçilik missiyasını üzərinə götürdüyü halda biz seçkilər və s. ərəfəsində bu ölkənin müxtəlif siyasi dairələri tərəfindən qərəzli münasibətlərin şahidlərinə çevrilirik. Xüsusilə Con Kerrinin bu proseslərdə qeyri-ciddi fəallığı heç bir siyasi-diplomatik məntiqə uyğun gəlmir”.
“Hesab edirəm ki, Con Kerrinin məlum açıqlaması Qarabağ probleminin nizama salınması istiqamətində nəinki təşəbbüskar rolunu oynamır, o cümlədən qızışdırıcılıq faktorunu açıq-aydın nümayiş etdirir. Biz bundan sonra onun hansı bəyanatını, siyasi mövqeyini ciddi qəbul etməliyik?! Diqqət yetirin, Kerri üzərinə düşən öhdəliyi qoyur bir kənara və yönəldir münaqişə tərəflərinə. Sonra da iddia edir ki, “liderlər buna hazır deyillər”. Halbuki, ölkə başçısı, cənab İlham Əliyev dəfələrlə münaqişənin həlli prosesində Azərbaycanın ədalətli və haqlı tələblərini bəyan edib və bu gün də Qarabağ probleminin həllini ölkənin bir nömrəli məsələsi kimi yüksək tribunalarda beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Necə ola bilər ki, danılmaz faktlar ortada ola-ola, ABŞ kimi bir ölkənin dövlət katibi liderlərin buna hazır olmadığını söyləsin?! Əlbəttə ki, burada ciddi məntiqsizlik var və bu, qəbuledilməzdir. Hesab edirəm ki, bu kimi bəyanatlar verilərkən beynəlxalq hüquq normasına, hüquqi standartlara diqqət edilməlidir”, - deyə B.Quliyev bildirib.
Xatırladaq ki, Con Kerri daha öncələr də ikili standartlardan çıxış edən, dolayısı ilə Ermənistanın işğalçılıq siyasətinə göz yuman, ermənipərəst siyasətçi kimi tanınıb. Erməni lobbisi tərəfindən Azərbaycanın dövlətçilik maraqlarına qarşı işə salınan çirkin kampaniyalarda iştirak edib. O, eyni zamanda, “907-ci düzəliş”in müəllifi kimi də tanınmaqdadır və fəaliyyətinin istiqaməti onun ofisinin Azərbaycanın əleyhinə işləməsinə yönəlib.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

