Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb ediliblər

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb ediliblər

12.08.2026 [14:20]

Ötən gün Cəlilabad rayonunun Maşlıq, Goranboyun Düzqışlaq, Oğuzun Yaqublu və İsmayıllının Qəzli kəndlərinin ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmalar nəticəsində yanğınların həmin rayonların sakinləri - F. Zeynalov, Ə. Əliyev, A. Ağayev və M. Şükürov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31