/ / Sevinc Fətəliyeva: Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir
Sevinc Fətəliyeva: Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir
11.11.2016 [10:14]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva noyabrın 9-dan 11-dək Böyük Britaniyanın Vest Sussex şəhərində Avropa Şurası Parlament Assambleyası çərçivəsində təşkil olunmuş “Uşaqların zorakılıqdan qorunması: effektiv strategiya üçün növbəti addımlar” mövzusunda tədbirdə iştirak edir. O, AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Uşaqlar üzrə baş məruzəçisi qismində tədbirə qatılıb.
Millət vəkili “Uşaqların radikallaşmadan və ekstremizmdən qorunması” mövzusunda keçirilən iclasda çıxış edib. S.Fətəliyeva bildirib ki, bu gün dini radikalizm, dini inancından asılı olmayaraq, bütün dünyada təhdid doğurur və hazırda bütün dövlətlər tərəfindən tanınan terrorçu təşkilatların əsas mahiyyətini təşkil edir. Onun sözlərinə görə, Azərbaycanda isə xalq ənənəvi islam dəyərlərinə əməl etdiyi üçün radikal qrupların apardığı təbliğat heç bir nəticə vermir: “Cəmiyyət birmənalı olaraq onları qəbul etmir və bu sahədə aidiyyəti qurumlar tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılır. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik, dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda digər din və mədəniyyətlərə dözümlü münasibət yaşam və həyat tərzinə çevrilib. Ölkəmiz müxtəlif millətlərin, dini konfessiyaların birgə yaşaması baxımından unikal nümunədir. Dini icmalar arasında daim möhkəm dözümlülük, qarşılıqlı anlaşma olmuş, milli, irqi, dini ayrı-seçkilik müşahidə edilməmiş, ayrı-ayrı dinlərə etiqad bəsləyən insanlar mehriban bir ailə kimi yaşamışlar”.
S.Fətəliyeva qeyd edib ki, müasir dövrdə də ölkəmizdə bu zəngin ənənə qorunub saxlanılaraq, uğurla davam etdirilir. Onun sözlərinə görə, digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının tolerantlığından, multikulturalizmin dövlət siyasətinin tərkib hissəsi olmasından irəli gəlir: “Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Beynəlxalq böhran bir daha onu göstərdi ki, tolerantlıq, sadəcə, insanların birgə yaşam tərzini müəyyənləşdirən mədəni-psixoloji amil deyil, cəmiyyətdə və bütün dünyada regional, hətta qlobal səviyyədə sülhün bərqərar olunması üçün mühüm vasitədir. Qloballaşmadan kənarda qalmayan ölkəmiz bu prosesdə məhz öz inkişaf yolunu, özünəməxsus dəyərlərini əsas götürərək gələcəyə doğru inamla addımlayır. Dünyada gedən proseslər onu göstərir ki, radikallaşma, ekstremizm, terrorizm, münaqişə və miqrasiya bir-birinə bağlı olan anlayışlardır. Bizim məqsədimiz bu sahədə fəaliyyətimizi birləşdirərək cəmiyyətin hər bir fərdinin sağlam mühitdə tərbiyə almasına töhfə verməkdir. Bunun müsbət həlli üçünsə hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli, bu işə məsuliyyətlə yanaşmalıdır”.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

