Azərbaycan ilə Suriya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
04.06.2009 [09:33]
Dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan suriyalı həmkarı Valid əl-Muallem ilə görüşüb. Nazir Valid əl-Muallem Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək Bakıda gedən uğurlu inkişafın onda dərin təəssürat yaratdığını bildirib. ölkələrimiz arasında münasibətlərin tarixi köklərə söykəndiyini vurğulayan qonaq deyib ki, Bakıya gəlişində məqsəd Suriya Prezidenti Bəşşar əl-Əsədin Azərbaycana səfərinin təşkili ilə bağlı məsələlərin həll edilməsidir.
Hazırkı münasibətlərin səviyyəsindən məmnunluğunu bildirən suriyalı nazir ölkələrimiz arasında əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin, müxtəlif səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd edərək iqtisadi, enerji, mədəniyyət, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Valid əl-Muallem Yaxın Şərqdə gedən proseslər barədə məlumat verərək, ölkəsinin mövcud münaqişələrin yalnız siyasi dialoq vasitəsilə həll edilməsinə tərəfdar olduğunu vurğulayıb.
Görüşdə nazir E.Məmmədyarov mayın sonunda İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçirilmiş 36-cı konfransının yüksək səviyyədə təşkil olunduğunu bildirib. E.Məmmədyarov ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğunu vurğulayaraq Suriya Prezidenti Bəşsar əl-Əsədin Azərbaycana nəzərdə tutulan səfərinin bu əlaqələrə böyük təkan verəcəyinə əminliyini ifadə edib.
Cənubi Qafqaz bölgəsindəki vəziyyət barədə danışan nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin mümkünlüyünü vurğulayıb, problemin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib.
Suriyanın xarici işlər naziri Valid əl-Muallem ölkəsinin hər bir dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinə tərəfdar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər haqqında məlumat veriblər. Nazir E.Məmmədyarov bildirib ki, görüşdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib. E.Məmmədyarov deyib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunulub, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmasının mümkünlüyü vurğulanıb.
Görüşdə, həmçinin Suriya Prezidenti Bəşşar əl-Əsədin Azərbaycana planlaşdırılan səfəri, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər, Yaxın Şərq münaqişəsi də müzakirə olunub. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Azərbaycan ilə Suriya arasında ticarət dövriyyəsinin həcmi artacaq.
Suriyalı nazir Valid əl-Muallem isə üç il əvvəl Azərbaycanda olduğunu və keçən dövr ərzində Bakının sürətlə inkişaf etdiyini deyib. Nazir Valid əl-Muallem Suriya üçün Azərbaycan ilə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edərək bildirib ki, səfərinin əsas məqsədi ölkələrimiz arasında dialoqun davam etdirilməsi və möhkəmləndirilməsidir.
Dağlıq Qarabağ probleminin həll edilməməsinin bütün region üçün təhlükə doğurduğunu deyən nazir Valid əl-Muallem vurğulayıb ki, ölkəsi bu münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

