"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin ikinci cildi çapdan çıxıb
19.06.2009 [11:22]
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” adlı çoxcildliyinin 2-ci cildindən, 2004-cü il fevralın 4-də ATƏT-in Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdəki söhbətindən götürülüb. Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.
Dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsi ilə əlaqədar andiçmə mərasimindəki nitqi ilə açılan bu cilddə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilib daha da inkişaf etdirilməsinə, respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişinə, sosial sahələrdə aparılan islahatlara dair materiallar - nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər əksini tapıb. Bu materiallar 2003-cü ilin oktyabrından 2004-cü ilin fevralınadək olan dövrü əhatə edir.
Kitabda dövlətimizin başçısının Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitindəki nitqi, BMT-nin baş katibi Kofi Annan, həmçinin, bir sıra dövlət və hökumət başçıları ilə görüşlərdəki söhbətlərinə də yer verilib. Eyni zamanda, xaricə - Fransaya ilk rəsmi səfəri zamanı Prezident Jak Şirakla, Fransa Senatının rəhbərləri və üzvləri, nüfuzlu işgüzar dairələrin, ölkənin xarici işlər, müdafiə, iqtisadiyyat, maliyyə, sənaye nazirliklərinin nümayəndələri, sahibkarlar təşkilatının üzvləri, Fransa Beynəlxalq Əlaqələr İnstitutunun kollektivi ilə görüşləri, çıxışları, nitqləri, ölkənin ən nüfuzlu mətbuat orqanlarına və televiziya kanalına verdiyi dolğun bəyanat və müsahibələri, “Kastel” qrupunun, “Total” şirkətinin prezidentləri ilə söhbətləri verilib.
İkinci cilddə, həmçinin, Prezident İlham Əliyevin Rusiya Federasiyasına ilk rəsmi səfərinə, Moskvada keçirdiyi yüksək səviyyəli görüşlərə, apardığı danışıqlara, verdiyi bəyanata, imzalanmış dövlətlərarası sənədlərə dair materiallar da yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar göstəricisi”, “Coğrafi adlar göstəricisi” də daxil edilib.
“Azərnəşr”də buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15

