Mənzil Məcəlləsi parlamentin müzakirəsinə çıxarılacaq
23.06.2009 [11:29]
Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət komitələrinin birgə iclasında Mənzil Məcəlləsinin 3-cü, sonuncu oxunuşunun müzakirəsi keçirilib. Məcəllə barədə məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov öncə bildirib ki, qanun layihəsi parlamentdə və sözügedən komitələrdə iki oxunuşda müzakirə edilərək qəbul olunub: “Hər iki oxunuşun müzakirəsi zamanı komitə üzvləri tərəfindən maraqlı təkliflər olub və onlar sonradan öyrənilib. Eyni zamanda, parlamentin plenar iclaslarının müzakirələrində millət vəkillərinin də maraqlı təklifləri səslənib. ümumiyyətlə, bu məcəllə ölkə vətəndaşlarını, bütün əhalini maraqlandırır. Bu baxımdan, saytımıza məcəlləylə bağlı vətəndaşların özləri tərəfindən də müraciətlər olunub, təkliflər irəli sürülüb. Əslində, bununla bir növ sözügedən məcəllənin ictimai müzakirəsi həyata keçirilib. Onu da qeyd edim ki, bu məcəllə Şəhərsalma, Tikinti məcəllələri, həmçinin, Mülki Məcəllə ilə birgə öyrənilib və bu barədə qanunvericilik təşəbbüsü subyektinin özü məlumatlandırılıb. Yəni, demək istəyirəm ki, istər komitə üzvlərinin, istər millət vəkillərinin, istərsə də vətəndaşların adıçəkilən məcəllə ilə bağlı irəli sürdükləri təkliflərin böyük bir qismi qanun layihəsində nəzərə alınıb”.
MM-in şöbə müdiri Adilə Abbasova ümumiyyətlə, məcəllə üzərində uzun müddətdən bəri işlərin aparıldığını bildirərək, onun qəbulunun labüd və zəruri olduğunu önə çəkib: “Birinci oxunuşun müzakirəsi zamanı millət vəkilləri tərəfindən xeyli irad və təkliflər olmuşdu ki, onların da mütləq əksəriyyəti ikinci oxunuşda nəzərə alınıb. Eyni zamanda, ikinci oxunuş zamanı da müəyyən təkliflər irəli sürülüb. Hətta Ali Məhkəmə tərəfindən 3 təklif irəli sürülüb ki, onların da hər üçü üçüncü oxunuşda nəzərə alınıb”.
A.Abbasovanın sözlərinə görə, ikinci oxunuş zamanı müzakirə predmeti olan 23-cü və 28-ci maddələrə növbəti oxunuşda tam aydınlıq gətirilib. O, bildirib ki, məcəllədə müzakirəyə səbəb olmuş məqamlardan birinə də üçüncü oxunuşda aydınlıq gətirilməyə çalışılıb: “Qeyd edim ki, hər iki oxunuş zamanı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı məsələ ciddi müzakirə obyektinə çevrilmişdi. Odur ki, biz bu məsələyə məcəllənin 3-cü oxunuşunda tam aydınlıq gətirməyə çalışmışıq. Yəni, məcəllənin 20.3-cü maddəsində göstərilir ki, çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmçinin, 20.4-cü maddədə qeyd olunur ki, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Bir sözlə, bundan sonra yaşayış sahəsinin yerləşdiyi mərtəbənin üstündəki mərtəbələrdən ofis kimi və yaxud digər qeyri-yaşayış sahəsi növü kimi istifadə etmək mümkün olmayacaq”.
Millət vəkili Nizami İsgəndərov çıxışı zamanı əsasən standartlara cavab verməyən yaşayış sahələrinin, binaların birinci mərtəbələrinin mağaza, restoran, kafe kimi istifadə edilməsinin yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, bunlar həmin binalarda yaşayan insanlara çox böyük ziyan vurur. Odur ki, bu məsələyə məcəllədə tam aydınlıq gətirilməlidir.
Millət vəkili Rövşən Rzayev isə yaşayış sahəsinin üst mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi istifadəsinə qadağanın qoyulmasına öz narazılığını gizlətməyib: “Məsələn, hansısa bir şəxs, hansısa bir şirkət hündür mərtəbəli bir bina tikir və kimsə həmin binanın 25-ci mərtəbəsini bütövlükdə ofis kimi istifadə edir və ya etmək istəyir. İndi belə olan halda, nəyə görə, həmin yaşayış sahəsinin üst mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına qadağa qoyulur? Elə bilirəm ki, bu məsələyə daha dəqiq aydınlıq gətirilməlidir”.
Müzakirələrdən sonra Mənzil Məcəlləsi 3-cü oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15

